Icma.az
close
up
RU
Dünya İqtisadi Forumu: 92 milyon insan peşəsi üzrə işsiz qalacaq AZƏRTAC

Dünya İqtisadi Forumu: 92 milyon insan peşəsi üzrə işsiz qalacaq AZƏRTAC

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qahirə, 11 yanvar, AZƏRTAC

Texnoloji inkişaf, yaşıl keçid, iqtisadi və demoqrafik dəyişikliklər qlobal əmək bazarını yenidən formalaşdırır. Qarşıdakı illərdə qlobal makrotrendlər təxminən 170 milyon yeni iş yeri yaradacaq. Bununla yanaşı, həmin tendensiyalar nəticəsində 92 milyon insan peşəsi üzrə özünə iş tapa bilməyəcək.

AZƏRTAC xəbər verir ki, bu məlumat Dünya İqtisadi Forumunun növbəti beş il ərzində əmək bazarının gələcəyini araşdıran yeni hesabatında yer alır. Bəs hansı peşələr sıradan çıxacaq və hansı yeni sahələr yaranıb inkişaf edəcək? Hesabatda bu suallara cavab tapmaq üçün sorğu keçirilib. Sorğu dünya üzrə 22 sənaye klasterini və 14 milyondan çox işçini özündə birləşdirən 1000-dən çox böyük işəgötürəni əhatə edib.

Hesabatda qeyd olunur ki, 2030-cu ilədək bəzi peşə sahibləri əmək bazarında iş tapmaqda çətinliklə üzləşəcəklər. Bildirilir ki, kassir və bilet satıcıları, inzibati işlər üzrə köməkçilər, evlərdə təmizlik işçiləri, çap işləri ilə əlaqəli işçilər, mühasibat və əməkhaqqı üzrə kargüzarlar, auditorlar, yük daşıyıcıları və konduktorlar, mühafizəçilər, bəzi bank işçiləri, data məlumat daxilediciləri, müştəri məlumatları üzrə işçilər, qrafik dizaynerlər, biznes servis və administratorlarının iş tapmaqda digər peşələrlə müqayisədə bəxtləri gətirməyəcək. Hesabata görə, qarşıdakı illərdə avtomobil, kiçik həcmli yük maşını və motosiklet sürücülərinə, kənd təsərrüfatı işçilərinə, çatdırılma xidmətləri göstərən sürücülərə, proqram və applikasiya təminatı işçilərinə, inşaat üçün konstruksiyaların quranlara, mağaza satıcılarına, qida emalçılarına, peşəkar tibb bacılarına, qida və ərzaq xidməti göstərənlərə, sosial xidmət işçilərinə, layihə menecerlerinə, orta və ali təhsil müəssisələrinin müəllimlərinə, fərdi qulluq işçilərinə ehtiyacın artacağı proqnozlaşdırılır.

Bəzi peşələr sürətlə inkişaf edir. Texnoloji inkişaf, xüsusən də süni intellekt ilə əlaqəli işlərə tələb sürətlə artır. Beləliklə, süni intellekt, böyük verilənlərlə (big data) iş, texnologiya mühəndisliyi 2030-cu ilədək ən çox tələb olunan peşələrdən olacaq.

Karbon emissiyalarının azaldılması və iqlim böhranına uyğunlaşma səylərini əhatə edən yaşıl keçid meylləri kənd təsərrüfatı sahəsində artımı sürətləndirəcək və 2030-cu ilə qədər 34 milyon əlavə iş yeri yaradacaq. Rəqəmsal əlçatanlığın genişlənməsi və yaşayış xərclərinin artması da bu sahə ilə əlaqəli peşələrin inkişafına töhfə verir.

Qida emalı sahəsində də işçilərə tələbatın artacağı gözlənilir. Bununla yanaşı, tibb bacıları, sosial işçilər və psixoloji məsləhətçilər kimi qayğı sektoru ilə bağlı işlərin də növbəti beş il ərzində əhəmiyyətli dərəcədə artacağı gözlənilir. Hesabat bunu əsasən demoqrafik tendensiyalar, xüsusən də işçi qüvvəsinin yaşlanması ilə izah edir.

İş bazarında tələb olunan əsas bacarıqların 39%-nin 2030-cu ilə qədər dəyişəcəyi gözlənilir. Ümumiyyətlə, qarşıdakı illərdə iş seçimində peşəkarlıqla yanaşı, yaradıcı və analitik düşünmə, çeviklik, bilik və bacarıqları artırmağa həvəs, təşəbbüskarlıq kimi xüsusiyyətlər əsas götürüləcək.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 Yanvar 2025 18:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri