Icma.az
close
up
RU
İqtisadiyyat naziri Dünya İqtisadi Forumu çərçivəsində bir sıra görüşlər keçirib AZƏRTAC

İqtisadiyyat naziri Dünya İqtisadi Forumu çərçivəsində bir sıra görüşlər keçirib AZƏRTAC

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 22 yanvar, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davos İqtisadi Forumunda (DİF) iştirakı çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov “Liderlər Dairəsi: Enerji Keçidinin Maliyyələşdirilməsi - Yeni Üfüq” sessiyasına qatılıb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, sessiya çərçivəsində uğurlu enerji transformasiyası üçün mövcud imkanlar və əsas çağırışlar, enerji keçidinin maliyyələşdirilməsi məsələləri istiqamətində müzakirələr aparılıb.

Tədbirdə iqtisadiyyat naziri Azərbaycanın dünyanın enerji təhlükəsizliyində və davamlı enerji təminatında etibarlı tərəfdaş kimi fəal təşəbbüsləri, yaşıl enerji keçidi strategiyası haqqında məlumat verib. Ölkəmizdə həyata keçirilən günəş və külək enerjisinin istehsalı layihələri, eləcə də yaşıl enerjinin ixracı imkanları diqqətə çatdırılıb. Ölkəmizin ev sahibi olduğu COP29-da əldə edilən nəticələr iştirakçıların nəzərinə çatdırılıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov DİF çərçivəsində Prezidentin köməkçisi Şahmar Mövsümov və Dövlət Neft Fondunun icraçı direktoru İsrafil Məmmədovla birlikdə Harvard Universitetinin "Growth Lab" Beynəlxalq İnkişaf Mərkəzinin direktoru Rikardo Hausmanla görüş keçirib.

Görüşdə qlobal iqlim dəyişmələri ilə mübarizədə karbon emissiyalarının azaldılmasının və bərpaolunan enerjinin təşviqinin vacibliyi bildirilib. İqtisadiyyat Nazirliyi və Harvard Universitetinin birgə əməkdaşlığı ilə hazırlanmış qlobal “Yaşıl artım portalı”nın yaşıl keçid strategiyalarının təkmilləşdirilməsi və dayanıqlı inkişafın təşviqi baxımından əhəmiyyəti qeyd edilib. COP29 çərçivəsində həyata keçirilən səmərəli işbirliyi və gələcək birgə təşəbbüslər barədə fikir mübadiləsi aparılıb.

Azərbaycanın əmək bazarında həyata keçirdiyi islahatların, vergi sistemində tətbiq edilən təşviq mexanizmlərinin müsbət nəticələri vurğulanıb. Tərəflər dayanıqlı iqtisadiyyatın təşviqi istiqamətində aparılan təhlillərin əhəmiyyəti, gələcək tərəfdaşlıq imkanlarını müzakirə ediblər.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Davos İqtisadi Forumu çərçivəsində Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkətinin baş icraçı direktoru Marko Arçelli ilə görüş keçirib.

Görüşdə Azərbaycanın enerji ekosistemində bərpaolunan enerji mənbələrinin payının artırılması imkanlarına baxılıb. Birgə həyata keçirilən təşəbbüslərin əhəmiyyəti və reallaşdırılan layihələr ətrafında müzakirə aparılıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov DİF çərçivəsində ABŞ-nin "Planet Labs PBC" şirkətinin baş maliyyə və əməliyyatlar direktoru Eliş Consonla görüşüb.

Şirkətin enerji və infrastruktur, kənd təsərrüfatı və digər sektorlarda qabaqcıl texnologiyaların geniş tətbiqi imkanlarına malik olduğu bildirilib. Bu texnologiyalardan istifadə edərək məhsuldarlığın artırılması imkanları barədə məlumat verilib.

Energetika, ekologiya, sahibkarlıq və digər sahələrdə innovativ həllərin tətbiqi ilə resursların optimallaşdırılmasının əhəmiyyəti vurğulanıb, şirkətlə əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Yanvar 2025 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see264

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see189

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see163

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see151

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see139

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see137

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see135

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see133

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri