Icma.az
close
up
RU
Dünya liderlərinin doğru siyasi yola qayıdışının təzahürü

Dünya liderlərinin doğru siyasi yola qayıdışının təzahürü

Newscenter.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Siyasi xəstəlik anlayışı bəzən metaforik və tənqidi mənada ifadə olunur. Bu, tibbi xəstəlik sayılmır. Amma tibbi xəstəliklə üst-üstə düşəndə, bu artıq ciddi bir məsələyə çevrilir. Çünki belə insanların siyasətdə olması ən mənasız, faydasız və yaramaz bir işdir. Bizdə tibbi baxımdan özlərini xəstə halına gətirən, psixoz xəstəliyinə düçar edənlər elə gülünc bir vəziyyətə düşüblər ki, güzgüyə baxsalar, özləri nə demək istədiyimi anlayacaqlar.
İdeologiyalarda və siyasi sistemlərdə baş verən zərərli, qeyri-sağlam, disfunksional vəziyyəti təsvir etmək üçün “siyasi xəstəlik” anlayışı vacib bir termindir. Siz – siyasi xəstələr – populizm, manipulyasiya və qeyri-rasional davranışlarınızla özünüzü xəstələndirmisiniz. İdeoloji fanatizm yolu ilə xəstəliyə yoluxmusunuz.
Cəmiyyətin qütblənməsi xətti ilə, insanları düşmən obrazı ilə bir-birinə qarşı çıxması, dialoqların sağlam siyasi mühitin əleyhinə getməklə siyasi xəstə olduğunuzu sübut etmisiniz. Bu, siyasi xəstəlik simptomlarıdır – və bu simptomlar sizdə açıq şəkildə mövcuddur. Siz bu vəziyyətdən maksimum dərəcədə bəhrələnir, hətta həzz alırsınız.
Xəstə siyasətin nə dövlətə, nə də millətə heç bir faydasının olmaması ilə bağlı fikir mübadiləsi aparmaq isə birmənalı olaraq lazım deyil. Çünki bu ziyanlıdır və elmi-praktiki cəhətdən də artıq öz təsdiqini tapıb.
Tibbi cəhətdən də siz özünüzü yoluxdurmusunuz, çünki bir siyasi şəxsin əgər dövlətə, millətə, ətrafına bir faydası dəymirsə, bu artıq xəstəliyə yoluxmasıdır. Tibdə buna “pestlər” deyilir, yəni tibbi kontekstdə insan sağlamlığına, düşüncəsinə zərər verənlər sinfinə aid olur.
Bu tip adamlar siyasətdə isə faydasız, mənasız, boş kürsü sahibi — yəni sadəcə kreslo tutan, fəaliyyət göstərməyən siyasi meyit, cəmiyyət üçün dəyəri qalmamış tip, simvolik fiqur, yönəldilən fiqur, təsirsiz fiqur, nümayişçi davranışlara cəhd edən siyasətçilər — yalnız görüntü yaratmaqla məşğul olanlardır.
Sizin adınız bəlli, özünüz bəlli.
Bu qədər faydasız ola-ola kimlərəsə ziyan vermək işinizdən, sinantrop davranışlarınızdan qalmırsınız. Makaron Ermənistanı müdafiə edib, özünü haqlı sayan təsirsiz fiqurdır. Sözüm Ermənistana silah verib, Azərbaycana qarşı düşmənçilik və siyasi davranış nümayiş etdirənlərədir.
Bu, dövlətimizə, xalqımıza qarşı həqarət olduğuna görə müxtəlif siyasi və dövlət üçün faydalı şəxslər ona görə mövqe ortaya qoyublar. Çünki mənim heç kimdən asılılığım yoxdur, heç kimsə mənə təsir edərək nəyisə diqtə edə bilməz. Makrona qarşı səslənən ifadələr haqq etdiyi ifadələrdir, dövlətimizin dövlətçilik prinsiplərinin və maraqlarının qorunması üçün ortaya qoyulan mövqedir.
Siz yönəldilən şəxs olduğunuz üçün hamını özünüz kimi bilirsiz. Tükənmiş bir siyasi şəxsin tərzi belə olmalıdır.
Sizin zamanında dövlətimizin düşmənlərinə cavab verməyə cürətiniz çatmadı. Cavab verənlərə qarşı isə xislətinizdən, siyasi xəstəlikdən irəli gələn həyat tərzinizlə davranmağınız kimliyimizin təsdiqidir.
Dövlət başçılarının beynəlxalq siyasi tədbirlərdə görüşləri beynəlxalq standartlara uyğun qəbul olunmuş protokollarla tənzimlənir.
Makaronun Cənab İlham Əliyevə yaxınlaşıb etdiyi hərəkətləri bədən dili ilə analiz edənlər bir daha görürlər ki, İlham Əliyev Azərbaycanı necə layiqincə təmsil edir və yanlış siyasi yolda olan dünya liderlərinin doğru siyasi yola qayıdışının təzahürüdür.
Sizin xəstəliyiniz buna imkan vermir, etiraf edin və məsələni başqa istiqamətə yönəltməyin.
Yerinizi bilin!
Ramil Hüseynov, "YENİ XƏTT" siyasi tədqiqatlar mərkəzinin rəhbəri
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:71
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 21 May 2025 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri