Icma.az
close
up
RU
Qəzzadakı atəşkəsə dünya liderlərinin mesajları

Qəzzadakı atəşkəsə dünya liderlərinin mesajları

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İsrail və HƏMAS arasında Qəzzada atəşkəs və əsir mübadiləsi ilə bağlı razılıq əldə olunub.
Bakıvaxtı.az
xəbər verir ki, razılaşmaya əsasən, atəşkəs 19 yanvarda başlayacaq.
Məlumata görə, ilk mərhələdə İsrail qüvvələri Qəzzadan mərhələli şəkildə çıxarılacaq və məcburi köçkün olan fələstinlilər öz bölgələrinə qayıdacaqlar. Atəşkəsin 16-cı günündə bütün İsrail əsirlərinin azad edilməsi və İsrail ordusunun tamamilə çıxması məqsədilə növbəti mərhələlər üzrə danışıqlar aparılacaq.

Atəşkəsin elanından sonra dünya liderləri öz fikirlərini bildirib.

Almaniya kansleri Olaf Şolts bəyan edib: “Bu atəşkəs münaqişənin daimi sona çatması və Qəzza zolağındakı ağır humanitar vəziyyətin yaxşılaşdırılması üçün bir fürsət yaradır. Bunun üçün çalışmağa davam edəcəyik.”

Fransa Prezidenti Emmanuel Makron isə qeyd edib: “15 aylıq haqsız əzabdan sonra Qəzzə sakinləri üçün böyük bir yüngüllük, əsirlər və onların ailələri üçün ümid. Bu axşam düşüncələrim fransız əsirlər Ofer və Ohadladır. Razılaşmaya əməl edilməlidir. Əsirlər azad olunmalı, Qəzzə sakinlərinə yardım edilməli və siyasi həll təmin edilməlidir.”

Misir Prezidenti Əbdülfəttah əs-Sisi isə bildirib: “Misir, Qətər və ABŞ-ın vasitəçiliyi ilə bir ildən çox davam edən intensiv səylər nəticəsində Qəzzada atəşkəs razılaşmasına nail olunmasından məmnunuq.”

İspaniya Baş naziri Pedro Sançes isə qeyd edib: “Bu razılaşma regional sabitliyin təmin olunması baxımından həyati əhəmiyyət kəsb edir. Bu, iki dövlətli həll yoluna və beynəlxalq hüquqa hörmət edən ədalətli sülhə gedən yolda vacib bir addımı təmsil edir.”

Razılaşmanın elan olunmasından sonra yayılan görüntülərdə insanların küçələrdə bayram etdiyi və uşaqların evlərdə bu xəbəri sevinclə qarşıladığı müşahidə olunub.
Nuriyyə Musayeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 16 Yanvar 2025 12:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see402

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see372

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see359

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see300

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see282

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see254

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see253

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see240

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see235

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see230

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see224

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see218

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see217

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see204

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see203

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see195

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see173

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see172

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see172

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri