Icma.az
close
up
RU
Menu

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

57 yaşlı Cennifer Lopez belə formada qalır

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

Dünya mediası İlham Əliyevin Zəngilandakı çıxışından nələr yazır?

Dünya mediası İlham Əliyevin Zəngilandakı çıxışından nələr yazır?

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

Dünyanın bir sıra aparıcı media qurumları Azərbaycan Prezidenti İlham Əliyevin Zəngilan şəhərində sakinlərlə görüşündəki çıxışından materiallar yayıblar. Materiallarda dövlətimizin başçısının Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət, Avropa İttifaqının missiyası və Qərb ölkələrinin regiona münasibəti ilə bağlı səsləndirdiyi əsas bəyanatlara, eləcə də işğaldan azad edilən ərazilərin bərpası, Zəngilanda aqrar və infrastruktur layihələrinin inkişafı ilə bağlı fikirlərinə yönəldilib.

Türkiyə mediası Prezident İlham Əliyevin Zəngilan səfərini diqqətdə saxlayıb. “Haber Global” kanalı Prezident İlham Əliyevin şəhərin ilk yaşayış kompleksinə köçən ailələrlə görüşü barədə material yayıb. Nəşrdə dövlətimizin başçısının Ümummilli Lider Heydər Əliyevin işğal altında olan torpaqların azad edilməsi ilə bağlı vəsiyyətinin yerinə yetirildiyi barədə sözləri təqdim olunur.

“Bursa Hakimiyet” də dövlətimizin başçısının Zəngilandakı çıxışına diqqət ayırıb. Materialda bildirilir ki, İlham Əliyev Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunmasında, vətəndaş qarşıdurmasının dayandırılmasında və sabitliyin təmin olunmasında rolunu xatırladıb. Bu isə sonradan ölkənin ərazi bütövlüyünün bərpasında mühüm rol oynayıb.

Zəngilanın bərpası və inkişafı mövzusunu “Anadolu” agentliyi davam etdirib. Dövlətimizin başçısının sözlərinə görə, Zəngilanda yaradılan “Dost Agropark” işğaldan azad edilən ərazilərdə ilk kənd təsərrüfatı müəssisəsidir. Regiondakı nəqliyyat layihələrinə toxunan Prezident İlham Əliyev bildirib ki, yaxın gələcəkdə - təxminən bir il və ya il yarımdan sonra Bakıdan Zəngilana dəmir yolu ilə getmək mümkün olacaq.

“Son Dakika” da Zəngilanda kənd təsərrüfatı və bərpa işləri barədə material yayıb. Nəşrdə qeyd olunur ki, Prezident İlham Əliyev şəhərin ilk yaşayış kompleksinə köçən ailələrə açarlar təqdim edib, həmçinin mənzil layihələrinin icrası və aqroparkın inkişafı barədə danışıb.

Rusiyanın RBK, “Vedomosti”, “Rossiyskaya qazeta”, “İzvestiya”, RT, REGNUM, “Komsomolskaya pravda”, “Moskovski komsomolets”, “Vzqlyad”, RTVI, Life, URA.RU, Lenta.ru, “Arqumentı i faktı” və digər nəşrləri də dövlətimizin  başçısının İrəvanda keçirilən sammit zamanı Avropa liderlərinin səsləndirdiyi bəyanatları “boş söz” adlandırması ilə bağlı fikirlərinə geniş yer veriblər. Media orqanları, həmçinin Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan sərhədində yerləşdirilmiş Avropa müşahidəçilərini tənqid etməsinə diqqət yetiriblər.

Rusiya mediası Prezident İlham Əliyevin Aİ missiyasının real effektivliyini şübhə altına aldığını vurğulayaraq, Avropa müşahidəçilərinin ilk ciddi təhlükə zamanı ərazini tərk edəcəkləri ilə bağlı fikirlərini ön plana çıxarıb. Bir sıra nəşrlər dövlətimizin başçısının regionda sülhün müəllifi və təminatçısının məhz Azərbaycanın olması barədə bəyanatını xüsusi qeyd ediblər. Nəşrlər, həmçinin Prezident İlham Əliyevin regional təhlükəsizlik və postmüharibə nizamlanması məsələləri ilə bağlı mövqeyini geniş işıqlandıraraq, Bakının Cənubi Qafqazda sabitliyi müstəqil şəkildə təmin etmək imkanlarına malik olduğunu vurğulayıblar. Materiallarda dövlət başçısının bəyanatlarının Rusiya media məkanında geniş rezonans doğurduğu və günün ən çox müzakirə olunan mövzularından birinə çevrildiyi qeyd olunur.

Gürcüstanın aparıcı informasiya portalları, televiziyaları da Azərbaycan Prezidenti İlham Əliyevin Zəngilan şəhərində sakinlərlə görüşündəki çıxışından materiallar yayıblar. Interpressnews.ge, bpn.ge, kvira.ge, exclusivenews.ge, mix.metronome.ge, palitranews.ge, palitranews.ge, timer.ge, newshub.ge portalları, 1tv.ge televiziya kanalı və televiziyası, eləcə də rustavi2.ge televiziyası Prezident İlham Əliyevin Azərbaycanın ədalətli mövqeyi və Ermənistan ilə bağlı fikirlərinə geniş yer ayırıb. Gürcü mətbuatı dövlətimizin başçısının Ermənistan-Azərbaycan sərhədində yerləşdirilmiş Avropa müşahidəçiləri ilə bağlı tənqidi fikirlərini də oxuculara çatdırıb.

Belarusun “Sputnik Belarus” nəşri Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan sərhədində Avropa İttifaqının mülki müşahidə missiyası ilə bağlı sözlərinə diqqət çəkib. Nəşrdə qeyd olunur ki, dövlət başçısının sözlərinə görə, Bakının “Ermənistanı məhv etmək və ya onun müstəqilliyini əlindən almaq” niyyəti olmayıb. Bununla yanaşı, Prezident İlham Əliyev vurğulayıb ki, avropalı müşahidəçilər elə davranırlar ki, sanki Ermənistanı Azərbaycandan qoruyurlar, halbuki buna heç bir ehtiyac yoxdur.

Qazaxıstanın Lada.kz nəşri də bu mövzunu davam etdirərək, Azərbaycan Prezidentinin Avropa İttifaqının müşahidə missiyasını tənqid etməsinə dair material yayıb. Nəşrdə qeyd olunur ki, dövlət başçısının sözlərinə görə, Avropa İttifaqının nümayəndələri sadəcə təhlükəsizlik görüntüsü yaradırlar, halbuki Bakı tərəfindən real təhlükə yoxdur.

Almaniyanın NEX24 nəşri də eyni mövzunu işıqlandıraraq yazır ki, İlham Əliyev Avropa İttifaqının Ermənistandakı müşahidəçilərini tənqid edib. Materialda dövlətimizin başçısının Ermənistanı Azərbaycandan qorumağa ehtiyac olmadığı barədə fikirləri də yer alıb.

Farsdilli Khabar Nab və Khabarpu portalları Ermənistandakı siyasi qüvvələr mövzusuna toxunublar. Materiallarda Prezident İlham Əliyevin Ermənistan cəmiyyətində Azərbaycana nifrət bəsləyən qüvvələrə münasibətdə ayıq-sayıq olmağa çağırışı yer alıb. Khabar Nab, həmçinin dövlət başçısının Azərbaycan torpağının hər qarışının Azərbaycan xalqına məxsus olması barədə sözlərini təqdim edib.

“Shafaqna” beynəlxalq informasiya agentliyinin farsdilli versiyası da Azərbaycan Prezidentinin Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası ilə bağlı bəyanatlarına diqqət ayırıb. Materialda bildirilir ki, dövlət başçısı Ermənistanla sərhəd boyunca fəaliyyət göstərən Aİ müşahidəçilərini tənqid edərək, onların elə davrandıqlarını bildirib ki, sanki Ermənistanı Azərbaycandan qoruyurlar.

Nardar BAYRAMLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:122
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 13 May 2026 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see318

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see316

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see303

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see297

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see296

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see293

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see292

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see291

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see283

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see283

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see258

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see257

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see254

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see253

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see248

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see247

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see243

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see242

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see239

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri