Rusiya mediası yenidən İlham Əliyevin ŞƏT dəki çıxışından yazıb
Newscenter.az saytına istinadən Icma.az xəbər verir.
Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən zirvə görüşündən xeyli müddət keçsə də, lakin hələ də görüşün detalları, orada müzakirə edilən məsələlər və liderlərin diqqət çəkən çıxışları barədə Rusiya mediasında silsilə yazılar dərc edilir.
Newscenter.az xəbər verir ki, pravda.ru ŞƏT-in Bişkek zirvə görüşü barədə bu dəfəki yazısında Azərbaycan Respubliikasının Prezidenti İlham Əliyevin "ŞƏT+" çərçivəsində keçirilən iclasdakı çıxışına geniş yer ayırıb. Məqalədə bildirilir ki, Azərbaycan Prezidenti İlham Əliyev çıxışı zamanı daha bir fundamental məsələni qaldırdı. Bu da beynəlxalq təşkilatların öz qərarlarını həyata keçirmək qabiliyyəti ilə bağlı idi:
"Azərbaycan Prezidenti, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsinin onilliklər ərzində yerinə yetirilmədiyini xatırlatdı. O, BMT-nin həmin qərarların həyata keçirilməsində heç bir praktik rol oynamadığını və Azərbaycanın ərazi bütövlüyünü təkbaşına bərpa etməli olduğunu bildirdi".

Yazıda daha sonra qeyd edilir ki, İlham Əliyev BMT Təhlükəsizlik Şurasının qətnamələrinin müəyyən müddət ərzində yerinə yetirilməsini təmin etmək üçün mexanizm hazırlamağı təklif etdi:
"Bu çıxış müasir beynəlxalq sistemin əsas problemlərindən birinə toxundu".
Süleyman
Bu mövzuda digər xəbərlər:Rusiya mediası Əliyevin bu çıxışından yazır
14 Sentyabr 2025 21:28
Dünya mediası İlham Əliyevin Zəngilandakı çıxışından nələr yazır?
13 May 2026 11:56
Alman mediası Əliyevin bu çıxışından yazır
29 Dekabr 2024 21:51
“ƏşŞarq əlAvsat” nəşri İlham Əliyevin COP29da çıxışından yazıb
17 Noyabr 2024 21:06
Baxış sayı:131
Bu xəbər 14 Sentyabr 2026 02:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















