Icma.az
close
up
RU
Dünya Məktəbinin şagirdləri vəkillik peşəsinin üstünlükləri barədə məlumatlandırılıblar

Dünya Məktəbinin şagirdləri vəkillik peşəsinin üstünlükləri barədə məlumatlandırılıblar

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 21 oktyabr, AZƏRTAC

Oktyabrın 20-də Xəzər Universiteti Dünya Məktəbində Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırovun şagirdlərlə görüşü keçirilib.

Kollegiyanın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan məktəbin direktoru Rəna Həsənova bildirib ki, bu cür tədbirlər şagirdlərdə hüquq sahəsinə marağın artırılmasına, onların peşə yönümündə maarifləndirilməsinə və gələcəkdə hüquq ixtisasını seçmək istəyən gənclər üçün motivasiya mənbəyinə çevrilir.

Görüşdə çıxış edən Anar Bağırov iştirakçılara təhsillərində və gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Sədr şagirdlərlə təcrübələrini bölüşərək vəkillik peşəsinin üstünlükləri, VK-nın tarixi inkişaf yolu, son illərdə həyata keçirilən mühüm islahatlar və vəkillik institutunun gücləndirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.

Kollegiya ilə hüquq fakültələri fəaliyyət göstərən bütün universitetlər arasında əməkdaşlıq memorandumu imzalandığını qeyd edən Anar Bağırov bu əməkdaşlığın nəticəsində bir çox faydalı təşəbbüslərin reallaşdırıldığını deyib.

Sədr vurğulayıb ki, VK tərəfindən həyata keçirilən layihələrin əksəriyyəti gənclərin hüquqi biliklərinin artırılmasına və onların vəkillik peşəsinə marağının gücləndirilməsinə yönəlib. O diqqətə çatdırıb ki, bu gün vəkilliyə üz tutan hüquqşünasların böyük hissəsi gənclərdir və onların fəaliyyəti institutun inkişafına yeni dinamika gətirir.

Eyni zamanda, Anar Bağırov VK-nın hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatlarından biri olduğunu dilə gətirib. Nəzərə çatdırılıb ki, kollegiyanın tam dəstəyi ilə hər il gənc hüquqşünaslar tədbirlər keçirir, yüzlərlə tələbə isə müxtəlif vəkil qurumlarında təcrübə keçir və real iş mühiti ilə tanış olmaq imkanı qazanır. Həmçinin fərdi təqaüdlərin ayrılması, hüquq fakültələrinin layihələrinə sponsorluq edilməsi və tələbə təşkilatları ilə səmərəli əməkdaşlıq əlaqələrinin qurulması bu istiqamətdə görülən mühüm tədbirlər sırasındadır.

Daha sonra şagirdləri maraqlandıran suallar cavablandırılıb, bir sıra təkliflər irəli sürülüb.

Sonda Dünya Məktəbinin rəhbərliyinə VK-nın dəstəyi ilə dərc edilmiş nəşrlər və kollegiyanın rəsmi emblemi hədiyyə edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:74
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Oktyabr 2025 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see317

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see257

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see220

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see209

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see203

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see195

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see187

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see185

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see181

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see172

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see170

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see161

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see158

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see149

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see146

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see141

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see138

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see132

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see131

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri