Icma.az
close
up
RU
VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

Icma.az, Azvision portalına istinadən məlumat yayır.

VK-dən AzVision.az -a verilən məlumata əsasən, tədbiri giriş sözü ilə açan məktəbin direktoru Rəna Həsənova görüşün əhəmiyyətindən danışıb, qeyd edib ki, bu cür tədbirlər şagirdlərdə hüquq sahəsinə marağın artırılmasına, onların peşə yönümündə maarifləndirilməsinə və gələcəkdə hüquq ixtisasını seçmək istəyən gənclər üçün motivasiya mənbəyinə çevrilir.
Görüşdə çıxış edən Kollegiya sədri Anar Bağırov iştirakçıları salamlayaraq onlara təhsillərində və gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Sədr şagirdlərlə təcrübələrini bölüşərək vəkillik peşəsinin üstünlükləri, VK-nın tarixi inkişaf yolu, son illərdə həyata keçirilən mühüm islahatlar və vəkillik institutunun gücləndirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.

Kollegiya ilə hüquq fakültələri fəaliyyət göstərən bütün universitetlər arasında əməkdaşlıq memorandumu imzalandığını qeyd edən Anar Bağırov bu əməkdaşlığın nəticəsində bir çox faydalı təşəbbüslərin reallaşdırıldığını bildirib.

Sədr vurğulayıb ki, VK tərəfindən həyata keçirilən layihələrin əksəriyyəti gənclərin hüquqi biliklərinin artırılmasına və onların vəkillik peşəsinə marağının gücləndirilməsinə yönəlib. Anar Bağırov qeyd edib ki, bu gün vəkilliyə üz tutan hüquqşünasların böyük hissəsi gənclərdir və onların fəaliyyəti institutun inkişafına yeni dinamika gətirir.

Eyni zamanda, Anar Bağırov VK-nın hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatlarından biri olduğunu dilə gətirib. Nəzərə çatdırılıb ki, Kollegiyanın tam dəstəyi ilə hər il gənc hüquqşünaslar tədbirlər keçirir, yüzlərlə tələbə isə müxtəlif vəkil qurumlarında təcrübə keçir və real iş mühiti ilə tanış olmaq imkanı qazanır. Həmçinin fərdi təqaüdlərin ayrılması, hüquq fakültələrinin layihələrinə sponsorluq edilməsi və tələbə təşkilatları ilə səmərəli əməkdaşlıq əlaqələrinin qurulması bu istiqamətdə görülən mühüm tədbirlər sırasındadır.
Daha sonra şagirdləri maraqlandıran suallar cavablandırılıb, bir sıra təkliflər irəli sürülüb. Sonda Dünya Məktəbinin rəhbərliyinə VK-nın dəstəyi ilə dərc edilmiş nəşrlər və Kollegiyanın rəsmi emblemi hədiyyə edilib.


AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:274
embedMənbə:https://azvision.az
archiveBu xəbər 22 Oktyabr 2025 10:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri