Icma.az
close
up
RU
Dünya Məktəbinin yubiley tədbiri keçirilib

Dünya Məktəbinin yubiley tədbiri keçirilib

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 26 aprel, AZƏRTAC

Fəaliyyətə başladığı 1998-ci ildən 10 000 şagirdin təhsil aldığı, 252 məzunu olan və hazırda 953 şagirdin yüksək təhsillə təmin edilməsində müstəsna xidmətləri olan Dünya Məktəbi əsrin dörddə birini təntənə ilə qeyd edib.

AZƏRTAC xəbər verir ki, Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında təşkil edilən yubiley tədbirində məktəbin yarandığı vaxtdan bu günədək keçdiyi inkişaf yolu, fəaliyyəti, şagirdləri, eyni zamanda, bu gün ölkəmizdə və onun hüdudlarından kənarda təhsil alıb, müxtəlif sahələrdə çalışan uğurlu məzunları haqqında geniş söz açılıb.

Xüsusilə vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü il 6 avqust tarixli Sərəncamına əsasən, Xəzər Universitetinin Dünya Məktəbi 2012/2013-cü dərs ilində keçirilmiş “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olub. Qeyd edilib ki, Dünya Məktəbi Azərbaycan-rus, Dünya IB Məktəbi və Dünya Ana Məktəbindən ibarətdir. Tədbirdə məktəbin Sumqayıt və Gəncə şəhərlərində yerləşən filiallarının da uğurlu fəaliyyətindən bəhs edilib.

2010-cu ildən Dünya Məktəbində IB bölməsi fəaliyyətə başlayıb və bu gün öz işini Dünya IB Məktəbi adı ilə davam etdirir. Bu il yaranmasının 15 illiyini qeyd edən Dünya IB Məktəbinin 6000 nəfər şagirdi və 286 nəfər məzunu olub. Hazırda IB bölməsində 953 şagird təhsil alır. 2025-ci ildə Dünya IB Məktəbinin məzunları Stanford, Boston, Oksford, Gürcüstan, London universitetlərində təhsil alırlar.

2016-cı ildən təhsil, tədris və təlim missiyasını Sumqayıtda davam etdirən Dünya Məktəbi filial olaraq fəaliyyətə başlayıb, indiyədək ümumilikdə 2000 nəfər şagirdi və 39 nəfər məzunu olub. 2025-ci ildə orada 416 nəfər şagird təhsil alır. Sumqayıt Dünya Məktəbinin məzunları EGE Universiteti, Honqkonq Universiteti, Xəzər Universiteti, Eskişehir Osmanqazi Universiteti, Karlsuhe Texnologiya Universiteti kimi ali təhsil ocaqlarında təhsil alırlar. 2021-ci ildə Dünya Məktəbi Gəncə şəhərində öz filialını təsis edib. Bu illər ərzində məktəbdə 372 şagird təhsil alıb, hazırda məktəbin 170 şagirdi var. 2002-ci ildə Dünya Ana Məktəbi yaradılıb və indiyədək fəaliyyət göstərir. Burada təhsil alan azyaşlılar sonradan Dünya Məktəbinin ibtidai sinif bölmələrində oxuyurlar. Dünya Ana Məktəbi indiyədək 2250 şagirdi hazırlayaraq 1-ci sinfə yola salıb və hazırda151 şagirdi var.

Tədbirdə Xəzər Universiteti və Dünya Məktəbinin təsisçisi Professor Hamlet İsaxanlı, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Milli Məclisin deputatlarında Azay Quliyev, Dünya Məktəbinin 2010-cu ildə məzunu, Elm və Təhsil Nazirliyinin rəsmisi, II Qarabağ müharibəsi qazisi Niftalı Qasımlı Dünya Məktəbinin cəmiyyətdəki rolundan, təhsil sahəsindəki uğurlarından danışıblar.

Qeyd edək ki, tədbirdə Dünya Məktəbində uzun illər fəaliyyət göstərən əməkdaşlar təşəkkürnamələr və hədiyyələrlə təltif olunublar. Sonda çıxış edən Dünya Məktəbi MMC-nin direktoru Aygün İsayeva pedaqoji heyətə və həmkarlara ürək sözlərini söyləyib və bütün əməkdaşları təbrik edib.

Dünya Məktəbi 1998-ci ildə Professor Hamlet İsaxanlı və onun ömür-gün yoldaşı Nailəxanım İsayeva tərəfindən Xəzər Universiteti nəzdində yaradılıb. İlk olaraq burada Azərbaycan-rus bölmələri fəaliyyətə başlayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:183
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Aprel 2025 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see411

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see305

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see230

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see229

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see224

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see223

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see219

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see208

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see208

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see202

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see196

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see193

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see189

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see189

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see181

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see180

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see175

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see171

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see165

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri