Icma.az
close
up
RU
Mədəni İrs Beynəlxalq Ustad Məktəbinin yekun tədbiri keçirilib FOTOLAR

Mədəni İrs Beynəlxalq Ustad Məktəbinin yekun tədbiri keçirilib FOTOLAR

Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi “Mədəni İrs Beynəlxalq Ustad Məktəbinin yaradılması və kurslarının keçirilməsi” layihəsinin icrasını başa çatdırıb.

QHT.az xəbər verir ki, 14 sentyabr 2025-ci il tarixində Bakının Yasamal rayonu ərazisində yerləşən tarixi Zərgərpalan hamamında layihənin yekununa həsr olunmuş tədbir keçirilib. Açılış nitqi ilə çıxış edən layihənin rəhbəri, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli layihənin əhəmiyyəti, layihə çərçivəsində görülən işlər, uğurlu təcrübənin gələcək üçün perspektivləri və davamlılığını təmin etmək üçün planlaşdırılan fəaliyyət istiqamətləri barədə məlumat verib.

Daha sonra layihənin eksperti Prof.Dr. Qafar Cəbiyev layihənin uğurla başa çatdığını, mədəni irsin qorunması istiqamətində görülən işlərin vacibliyini, bu sahədə çalışanların maarifləndirilməsinin əhəmiyyətini və gənclərin mədəni irsin qorunmasına təşviq edilməsinin önəmini vurğulayıb.

Tədbirdə layihə çərçivəsində keçirilmiş təlimlərin iştirakçıları diplomla təltif olunub, təlimlərdə mühazirə ilə çıxış edən ekspertlərə isə sertifikatlar təqdim edilib. Eyni zamanda layihə çərçivəsində hazırlanmış tədris vəsaiti iştirakçılara təqdim olunub.

Qeyd edək ki, layihə “MİM – Mədəni İrs Beynəlxalq Ustad Məktəbi”nin yaradılması vasitəsilə cəmiyyətin mədəni irs sahəsində maarifləndirilməsinə yönəlib. Layihə çərçivəsində ali, orta-ixtisas və ümumtəhsil müəssisələri, həmçinin elmi qurumlardan maraq qrupları arasında mədəni irs sahəsində savadlılığın təşviqi nəzərdə tutulurdu. Bu məqsədlə yerli və beynəlxalq səviyyədə tanınan ekspertlərin iştirakı ilə tədris proqramı və vəsaiti hazırlanıb, 4 təhsil müəssisəsinin şagird, tələbə və müəllim heyəti üçün müxtəlif mövzularda seminarlar, 30 mütəxəssisin iştirakı ilə 16 mövzunu əhatə edən 8 günlük praktiki dərslər təşkil olunub.

Layihənin tədbirlər planına əsasən, tədris vəsaiti nəşr edilib, Kütləvi Açıq Onlayn Kurslar (MOOC) hazırlanıb və 16 mövzu üzrə video dərslər “YouTube” platformasında ictimaiyyətə açıq elan olunub. Layihə dövründə mütəmadi olaraq press-relizlər yayımlanıb, media və sosial platformalar üzərindən ictimaiyyət layihənin gedişatı barədə məlumatlandırılıb.

Layihənin donoru Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:155
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 15 Sentyabr 2025 16:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri