Icma.az
close
up
RU
“DÜNYA MÜHARİBƏSİ QAÇILMAZ OLACAQ...” “Səfərbərlik olsa, bu, Avropa üçün çağırış olacaq”

“DÜNYA MÜHARİBƏSİ QAÇILMAZ OLACAQ...” “Səfərbərlik olsa, bu, Avropa üçün çağırış olacaq”

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ukrayna Prezidenti Volodimir Zelenski hesab edir ki, Rusiya genişmiqyaslı səfərbərliyə getsə, Vladimir Putin ruslar arasında reytinqini itirəcək. O zaman Kreml sahibi vəziyyəti düzəltmək və hər hansı bir “uğur” nümayiş etdirmək üçün Avropada böyük müharibəyə başlamalı olacaq.

“AzPolitika” xəbər verir ki, Zelenski jurnalistlərlə görüşü zamanı Rusiyada genişmiqyaslı səfərbərliyin olub-olmayacağı barədə sualı cavablandırıb: "Onların səfərbərliyi niyə dayandırdıqlarını xatırlayın. Həmin vaxt Putin öz reytinqini itirməyə başladı. Səfərbərlik Rusiya Federasiyasının liderinin reytinqini itirməsi deməkdir. Onun bunu etməməsinin yeganə səbəbi budur. İnanın ki, onlar müqaviləli döyüşçülər üçün böyük pul ödəmək istəmirdilər. Necə ki, bu illərdə böyük pullar ödəyirlər. Amma onlar buna getdilər. Təsəvvür edin ki, onun şəxsi reytinqini qorumağın qiyməti neçəyədir. Ona görə də, səfərbərlik olsa, bu, Avropa üçün çağırış olacaq. O, böyük bir müharibəyə başlayacaq”.

Zelenski böyük müharibə riskini bu cür izah edib: "Çünki ona hansısa uğuru satmaq lazımdır. Ukraynaya qarşı müharibədə o, artıq bacardığı hər şeyi "satıb" və göründüyü kimi, satdığı “məhsul” keyfiyyətsizdir. O, hazırda Ukraynaya qarşı müharibədə guya nəyəsə nail ola biləcəyi ilə bağlı yalan satır. Bəs onun uğurları harada daha sürətli ola bilər? Avropanın xəritəsinə baxın. Səfərbərlik etsə, harda sürətli uğur mümkündürsə, ora da gedəcək. Bu, dəqiqdir. Yoxsa, milyonları səfərbər etmək nəyə lazımdır? Putinin dünya müharibəsinə getməsinə dair real risklər var".

Eyni zamanda, Ukrayna Prezidentinin sözlərinə görə, avropalıların, ABŞ-nin təşəbbüsü və Prezident Donald Trampın Putini danışıqlar masasına oturtmaq barədə siqnalları mühümdür: "Çünki bu, onu dayandıra və hərbi əməliyyatların genişlənməsi riskini azalda bilər”.

Ukrayna Prezidenti hesab edir ki, Putin şəxsən atəşkəsdən qorxur, çünki atəşkəsdən müharibəyə qayıtmaq onun üçün çətin olacaq: “Genişmiqyaslı müharibədən atəşkəsə keçmək və sonra yenidən genişmiqyaslı müharibəyə başlamaq onlar üçün asan deyil. İqtisadi cəhətdən çətindir, cəmiyyətlə, dünya ilə çətindir. Və hələ də onun əlini sıxan ölkələrlə münasibətdə bu, əlbəttə ki, çətindir. Buna görə də amerikalılar üçün onu real danışıqlara məcbur etmək çox çətindir. Odur ki, Putin hazırda müharibəni seçir. Amma bunu dayandırmaq mümkündür. Rusiyaya daha çox təzyiq göstərməliyik. Bizim uzaq məsafədən zərbələrimiz, güclü sanksiyalar, döyüş meydanında dayanmaq, özümüzü müdafiə etmək, təbii ki, bununla yanaşı, sülh təşəbbüslərini dəstəkləmək… Bunlar düzgün addımlardır və bu, işə yarayacaq”

C.Məmmədli

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:61
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 09 Oktyabr 2025 14:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see206

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see201

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see154

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see146

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see139

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri