Icma.az
close
up
RU
Deputat: “Bu, artıq III dünya müharibəsi olacaq”

Deputat: “Bu, artıq III dünya müharibəsi olacaq”

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ ilə Çin arasındakı gərginlik davam edərkən, Amerika mediası əldə etdiyi gizli sənədlərlə Vaşinqtonun Pekinə qarşı mümkün müharibəyə hazırlaşdığını üzə çıxarıb. 
"The Washington Post"un yaydığı məlumata görə, Pentaqonun əməkdaşlarına paylanmış 9 səhifəlik gizli sənəddə ABŞ-nin xarici siyasət prioritetinin Çini Tayvanı işğal etməkdən çəkindirmək olduğu vurğulanır. Sənəddə həmçinin Prezident Donald Trampın Pekinə qarşı “ehtimal olunan müharibəyə” hazırlıq planlarının olduğu bildirilib.
Milli Məclisin deputatı, politoloq Elçin Mirzəbəyli Demokrat.az-a açıqlamasında bildirib ki, ABŞ-da keçirilən son prezident seçkilərindən sonra öz xarici siyasət kursunu elan edən yeni prezidenti Donald Tramp ən müxtəlif istiqamətlərdə Birləşmiş Ştatların maraqlarının qorunması üçün addımlar atmağa başlayıb:
“Təbii ki, bunların bir çoxunun əsasında iqtisadi aspektlər dayanır. Əsas məqsəd Birləşmiş Ştatların ənənəvi gücünü bərpa etməkdən və iqtisadi maraqlarını təmin etməkdən ibarətdir. 
ABŞ artıq hər hansı bir formada güzəştdə getmək niyyətində deyil. Tramp hansısa iqtisadi maraqlarının təmin edilməsi baxımından əlavə olaraq gəlir gətirməyən heç bir sahəyə investisiya yatırmayacağını deyib. Burada söhbət təkcə maliyyədən getmir, hətta siyasi, hərbi investisiyaya yatırmayacağını da bəyan edib.  Bu aspektdən də biz Birləşmiş Ştatlarının qarşısında çoxsaylı priotetlərin olduğunu görürük. Bu qədər genişmiqyaslı bir müstəvidə hər kəsə qarşı cəbhənin açılması düşünürəm ki, indiki halda Vaşinqtonun maraqlarına xidmət etmir. 
Ola bilsin ki, bunlar informasiya savaşının tərkib hissəsidir. İnformasiyayla oynamaqla bütövlükdə iqtisadi müstəvidə cərəyan edən proseslərə təsir göstərməyin mümkünlüyünü Tramp və onun administrasiyası kifayət qədər yaxşı bilir. Hər dəfə yayımlanan bir tvit belə dünya birjalarına təsir göstərirsə, Birləşmiş Ştatlar nə üçün bundan istifadə etməsin? 
İndiki şəraitdə Çinə qarşı müharibənin başlayacağı ehtimalı, məncə, çox azdır. Əslində, Birləşmiş Ştatların məqsədi Çini bir iqtisadi güc, faktor kimi sıradan çıxartmaq, yəni ən azından inkişafını dayandırmaqdan ibarətdir. Bunun üçün də artıq bir sıra istiqamətlərdə atılan addımların şəhidi oluruq. Yəni prinsip etibarilə vergilərin, rüsumların artırılması birbaşa konkret ölkələrə aidiyyəti olsa da bu həm də Çinin maraqlarına zərbə vurur”.
Deputat qeyd edib ki, mahiyyət etibarilə eyni zamanda bu sıraya nəqliyyat dəhlizləri və su yolları ilə bağlı məqamları da əlavə etmək lazımdır:
“İndisə əsas enerji qaynağının kəsilməsi istiqamətində Birləşmiş Ştatların addımlar artdığını görürük. Yəni, söhbət Çinə münasibətdən gedir. Çinin ən böyük enerji təsisatçı ölkələrindən biri İrandır. Artıq Birləşmiş Ştatların nüvə proqramı adı altında İrana qarşı sanksiyalar tətbiq edəcəyini bəyan etdiyini həmçinin, İrana zərbə endirməklə bağlı artıq ciddi bir plan qurduğuna şahid oluruq. 
Yəni bu sadəcə sözdə ifadə olunan fikirlər deyil. Körfəzdə hərbi iştirakın artması da artıq Birləşmiş Ştatların İranla bağlı məsələdə kifayət qədər ciddi bir hədəfə nail olmaq istədiyini sübuta yetirir. Yəni, məqsədlər kifayət qədər ciddidir. Sanksiyaya tətbiq edəcəyi ilə bağlı verilən açıqlamaların da mahiyyəti onu göstərir ki, Birləşmiş Ştatlar həm də Çini enerji qaynaqlarından məhrum etmək istəyir.  Meydanda kifayət qədər aktiv oyunçular, regional güclər və Çin kimi bir dünya gücü var. Əgər müharibə ssenariləri həyata keçəcəksə bu, təkcə Çin-Birləşmiş Ştatların müharibəsi olmayacaq. Bu, artıq III dünya müharibəsi olacaq. Qənaətimə görə hazırda bu yanaşma tərzi Tramp və ABŞ-nın maraqlarına xidmət etmir”.
Leyla Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:197
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 02 Aprel 2025 19:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see344

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see328

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see322

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see320

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see313

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see292

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see287

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see279

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see263

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see254

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see253

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see241

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see237

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see231

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see212

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see200

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see191

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see182

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see180

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri