Icma.az
close
up
RU
Dünya musiqi ictimaiyyəti Fortepiano Gününü qeyd edir

Dünya musiqi ictimaiyyəti Fortepiano Gününü qeyd edir

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

Hər yeni ilin 88-ci günündə dünya musiqi ictimaiyyəti Fortepiano Gününü qeyd edir. 2015-ci ildə bir qrup məşhur musiqiçi tərəfindən təsis edilən bu əlamətdar günün məhz bu qaydada qeyd olunması pianonun dillərinin sayı (88 dil) ilə əlaqədardır. SİA xəbər verir ki, Fortepiano Günündə hər il dünyanın müxtəlif ölkələrindəki böyük konsert məkanlarında tanınmış pianoçular klassiklərin əsərlərini ifa edir, televiziya və radio şouları təşkil olunur. Bu il artıq 10-cu dəfə qeyd edilən pianoçuların bayramı münasibətilə “Piano Day Vol” adlı ilk sinql albom buraxılıb. “Ad Harmonium” duetinin "Words" mahnısı 2025-ci il üçün xüsusi olaraq Fortepiano Günü üçün yaradılmış başqa möhtəşəm əməkdaşlığın musiqili başlanğıcını qeyd edir. “Piano Day Vol” martın 29-da bütün platformalar vasitəsilə yayımlanır.

Azərbaycanda fortepiano musiqisinin yaranması, təşəkkülü və inkişaf tarixi dahi bəstəkar, görkəmli musiqi xadimi, Azərbaycan xalq musiqisinin tədqiqatçısı, publisist-dramaturq Üzeyir bəy Hacıbəyli və peşəkar musiqi təhsili almış ilk azərbaycanlı bəstəkar Asəf Zeynallının adı ilə bağlıdır.

Üzeyir bəy 1925-1945-ci illərdə fortepiano musiqisi sahəsinə müraciət edərək uşaqlar üçün pyeslər bəstələyib. Onun təşəbbüsü ilə 1920-ci illərin əvvəllərində xüsusi Türk musiqi məktəbi təsis olunub. Bu məktəbin ilk tələbələrindən biri də Asəf Zeynallı idi. O, fortepiano musiqisi sahəsində bir sıra maraqlı əsərlər bəstələyib ki, onlar bu günədək öz əhəmiyyətini itirməyib. A. Zeynallı milli musiqi elementlərin Avropa klassik musiqi tələbləri, klassik musiqi irsinin ən yaxşı ənənələrilə qarşılıqlı surətdə qovuşdurulmasına can atırdı. Onun “Uşaq süitası” əsərində Azərbaycan musiqisinin milli elementləri Avropa klassik musiqisinin ənənəvi elementi olan üç hissəli forma ilə üzvi surətdə qovuşdurulub.

Dünya musiqi sənətinə tanınmış fortepiano ifaçıları bəxş etmiş Azərbaycanın ilk qadın pianoçusu isə bu il anadan olmasının 132-ci ildönümü qeyd edilən və 1938-ci ildə repressiya qurbanı olmuş Xədicə xanım Qayıbovadır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://sia.az
archiveBu xəbər 29 Mart 2025 12:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see582

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see473

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see458

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see320

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see308

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see301

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see299

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see296

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see288

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see282

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see260

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see258

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see254

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see251

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see250

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see250

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see248

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see246

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see244

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see243
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri