Yasamal rayon ictimaiyyəti Zəfər Gününü qeyd edir Fotolar
Icma.az bildirir, Qafqazinfo portalına istinadən.
8 Noyabr - Zəfər Günü münasibətilə Yasamal Rayon İcra Hakimiyyətinin, YAP Yasamal rayon təşkilatının təşəbbüsü və Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə “Qarabağnamə” tamaşası nümayiş olunub.
“Qafqazinfo” xəbər verir ki, Xalq yazıçısı İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında səhnələşdirilən tamaşa xalqımızın müstəqilliyi uğrunda apardığı mübarizənin tərənnümüdür.
Əsər 18-ci əsrdə Qarabağ xanlığında cərəyan edən mürəkkəb hadisələrdən bəhs edir.
Səhnə əsəri XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın ictimai-siyasi və şəxsi həyatından söz açır. İbrahim xan Azərbaycana yiyələnmək istəyən xarici qüvvələr və erməni fitnəkarlığı ilə mübarizə aparır.
Tamaşanı Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov və rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri və qazilər izləyiblər.
Səhnə əsəri tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 09 Noyabr 2024 10:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















