Icma.az
close
up
RU
Dünya neft bazarında profisit yaranıb

Dünya neft bazarında profisit yaranıb

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 11 fevral, AZƏRTAC

Bu il dünya neft bazarında 3,06 milyon barel profisit yaranıb. Dünya bazarının neftə olan tələbatı sutkada 104,79 milyon bareldir. Lakin dünya üzrə neft hasilatının 1,56 milyon barel artması bazara 107,79 milyon barel neftin çıxarılmasına gətirib səbəb olur ki, bu da qiymətlərin azalmasında özünü biruzə verir.

AZƏRTAC xəbər verir ki, ABŞ-ın Enerji Nazirliyinin aylıq hesabatında deyilir ki, cari ildə bazarın əlavə tələbatı 1,56 milyon barel olduğu halda bazara 3,06 milyon barel təklif olunur.

Beləliklə bazara ixrac olunan neftin həcmi artıb və qiymətlər tədricən enməyə başlayıb. Lakin buna baxmayaraq, hazırda “Brent” markalı neftin 1 barelinin qiyməti 69,18 dollara satılır ki, bu da 2025-ci ilin sentyabr ayından bu günə kimi ən yüksək göstərici sayılır. İlk baxışdan bazara artıq həcmdə neftin ixrac edilməsi qiymətlərin enməsi ilə müşahidə olunmalı idi.

Hesabatda qeyd olunur ki, qiymət artımı əlverişsiz hava şəraiti səbəbindən qlobal neft tədarükündə yaranmış fasilələr, həmçinin İran ətrafında gərginliyin artması ilə əlaqədar olub və bazara əlavə təzyiq göstərilib. Bu amillərə baxmayaraq, 2026-cı ildə neft qiymətlərinin azalacağı gözlənilir. Belə ki, qlobal istehsal qlobal tələbi üstələyəcək və bu da neft ehtiyatlarının artmasına gətirib çıxaracaq. Proqnozlara görə, qlobal ehtiyatlar 2027-ci ildə də artmaqda davam edəcək. Proqnoza əsasən, “Brent” markalı neftin orta qiyməti 2026-cı ildə bir barel üçün 58 dollar, 2027-ci ildə isə 53 dollar təşkil edəcək.

Hesabatın Azərbaycana aid hissəsində bildirilib ki, Azərbaycanda neft və digər maye karbohidrogen hasilatının 2026 və 2027-ci illərdə orta hesabla günə 0,54 milyon barel təşkil edəcək. Hazırda İtaliyanın “Auqusta” limanında Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,07 dollar və ya 0,1 faiz azalaraq 71,14 dollar təşkil edib.

Türkiyənin Ceyhan limanında isə “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,07 dollar və ya 0,1 faiz ucuzlaşaraq 68,65 dollar təşkil edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 Fevral 2026 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see377

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see318

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see300

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see275

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see267

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see259

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see247

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see240

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see235

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see223

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see212

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see198

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see198

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see193

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see192

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see190

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see187

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see179

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see176

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri