Icma.az
close
up
RU
Dünya nizamını dəyişəcək RAZILAŞMA Moskva və Yeni Dehlinin HƏDƏFLƏRİ...

Dünya nizamını dəyişəcək RAZILAŞMA Moskva və Yeni Dehlinin HƏDƏFLƏRİ...

Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiya ilə Hindistan arasında müdafiə sahəsində imzalanmış yeni müqavilə ekspert dairələrində geniş müzakirə olunur. Bəs, bu hərbi müqavilənin iki ölkə üçün əhəmiyyəti nədir?

Mövzu ilə bağlı Musavat.com-a danışan "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, bu müqavilənin Rusiya üçün əhəmiyyəti ilk növbədə geosiyasi və hərbi-strateji kontekstdə özünü göstərir: "Bu müqaviləyə əsasən tərəflər bir-birinin ərazisində 3 minə qədər hərbi qulluqçu, beş hərbi gəmi və 10 hərbi təyyarə yerləşdirə bilər. Tərəflər müqavilənin əhəmiyyətini bölgədə sülh və sabitliyin qorunmasında əməkdaşlıq kimi qiymətləndiriblər. Müqaviləyə əsasən bir-birlərinin ərazilərinə göndərilən hərbi kontingentlər birgə təlimlər keçirir, humanitar yardım göstərir, təbii və texnogen fəlakətlərin fəsadlarını aradan qaldırır və tərəflərin razılaşdırdığı digər hallarda sülhü və sabitliyi qoruyurlar.
Beləliklə, dünyanın ən çox əhalisi olan Hindistan əhəmiyyətli dəyişikliklə xarici hərbçilərə ilk dəfə öz ərazisində əsgər yerləşdirməyə icazə verib. Maraqlıdır ki, müqavilə yanvardan qüvvəyə minib, ancaq Rusiya rəsmiləri bunu bir neçə gün əvvəl elan ediblər. Müqavilə beş il müddətində qüvvədə qalacaq və qarşılıqlı razılıqla uzadılması mümkündür. Müqavilə limanlara girişi və dəniz qüvvələri üçün qida, su və texniki resursların təchizatını tənzimləyir. Müqavilə hava hərəkətinin idarə edilməsi, naviqasiya dəstəyi və təyyarə təhlükəsizliyini, eləcə də yanacaq, sürtkü yağları və texniki xidmət xidmətlərini əhatə edir".

Politoloq həmçinin vurğulayıb ki, Hindistan üçün isə müqavilənin əhəmiyyəti daha çox praqmatik və çoxşaxəlidir: "Hindistan nədən belə bir müqaviləyə ehtiyac duyub? Məsələ burasındadır ki, Hindistan illər boyu keçmiş SSRİ və Rusiyadan hərbi texnika alıb. Moskva 1960-cı illərdən bəri Hindistana əsas silah tədarükçüsüdür. Yeni Dehli bu hərbi texnikaya xidmət məsələsində Rusiya ilə əməkdaşlığa ethiyac duyub. Rusiya Hindistanın əsas təchizatçı olaraq qalmaqda davam edir və Hindistanın silah idxalının 40 faizini təşkil edir.
Rusiya 2022-ci ilin fevral ayında Ukraynaya hücum etdikdən sonra Hindistan Qərb sanksiyalarından sonra endirimli xam neftin ən böyük alıcılarından birinə çevrilib. Buna görə də Yeni Dehli ABŞ prezidenti Trampın və Avropa liderlərinin qəzəbi ilə üzləşib və onlar Hindistanın satın almalarının Putinin müharibə maşınını idarə etdiyini bildiriblər. Yeni Dehlinin isə marağı fərqlidir. Hindistan bu müqavilə vasitəsilə Rusiyanın Vladivostok şəhərindən tutumuş Murmansk şəhərinə qədər şimal dəniz yolu boyunca limanlara çıxış imkanı əldə edəcək. Moskva üçün də bu müqavilə əhəmiyyətlidir. Müqavilə Kremlin Ukraynaya qarşı müharibəsi ilə bağlı qlobal təzyiq fonunda Yeni Dehlini özünə yaxın saxlamağa imkan verir. Digər tərəfdən, müqavilənin Moskva üçün strateji dəyəri hazırda Rusiya gəmilərinin və təyyarələrinin Hind okeanı bölgəsində daha uzun müddət qala biləcəyidir.
ABŞ prezidenti Donald Trampın keçən il Rusiya nefti aldığı üçün Hindistana əlavə 25 faiz ticarət tarifini tətbiq etmək qərarı fonunda Yeni Dehli müdafiə və enerji təchizatını şaxələndirməyə, Qərbdən alış-verişləri artırmağa çalışıb. Bununla yanaşı, Hindistan Rusiya ilə əlaqələrini qorumaq üçün balanslaşdırma siyasətinə üstünlük verir. Hindistanın ABŞ-la da hərbi müqavilələri mövcuddur. Yeni Dehli Vaşinqtona mesaj göndərib ki, Hindistana təzyiqi azaltmasa Yeni Dehli Rusiya ilə hərbi əməkdaşlığı daha üst səviyyəyə çatdıracaq".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:101
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 25 Aprel 2026 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see402

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see283

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see278

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see272

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see269

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see267

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see265

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see263

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see262

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see261

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see247

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see241

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see239

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see239

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see238

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see237

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see237

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see236

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see235

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see235
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri