Icma.az
close
up
RU
Gündəmdə Yeni Dehlinin diskriminasiya siyasətidir

Gündəmdə Yeni Dehlinin diskriminasiya siyasətidir

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

“Hindistanda zikhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar” mövzusunda beynəlxalq konfransın məramı

Yanvarın 16-da Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə Hindistan hökumətinin etnik azlıqlara qarşı repressiv siyasətinə həsr edilmiş “Hindistanda zikhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar” adlı beynəlxalq konfransda Pəncab əyalətinin insan hüquqları və azlıqlar üzrə naziri Rameş Singh Arora və digər rəsmilər, eləcə də Zikh icmasının Kanada, Böyük Britaniya və ABŞ-dakı nüfuzlu nümayəndələri, etnik azlıqların təmsilçiləri, beyin mərkəzlərinin rəhbərləri, Hindistan hökumətinin repressiv, irqçilik və təqib siyasətinin birbaşa qurbanı olan şəxslər iştirak edirdilər.

Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov çıxışında qeyd etdi ki, BTQ indiyədək 30-dan çox hesabat və dörd kitab nəşr etdirib, həmçinin BMT qurumları xəttilə bir neçə alternativ hesabat yayımlayıb. O bildirdi ki, qurum, həmçinin Afrika Mənşəli İnsanlar üçün Beynəlxalq Onilliyin icrasına həsr olunmuş əsas çağırışları və bu qrupların hüquqlarının qorunmasının, onların tanınmasının və inkişafının təşviqi üzrə tövsiyələri əks etdirən əhatəli hesabatı BMT-yə təqdim edib. Həmin hesabat BMT Baş katibinin 2025-ci il üzrə Afrika Mənşəli İnsanlar üçün Beynəlxalq Onilliyin həyata keçirilməsinə dair Fəaliyyət Proqramına dair məruzəsində xüsusi olaraq qeyd edilib.

Konfransda, həmçinin Hindistan hökumətinin zikhlərə və digər etnik azlıqlara qarşı sistemli şəkildə apardığı irqi ayrı-seçkilik, zorakılıq və repressiv siyasəti, bu xüsusda BMT-nin “Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt”, “İrqçiliklə mübarizə üzrə beynəlxalq konvensiya” və “İşgəncələrə qarşı konvensiya” üzrə öhdəliklərinin etnik azlıqlara münasibətdə kobud şəkildə pozulması məsələləri müzakirə edilib.

Bu barədə XQ-yə eksklüziv açıqlama verən konfrans iştirakçısı, Zikh icmasının sədri Bual Moninder Singh bu cür beynəlxalq tədbirlərin əhəmiyyətini diqqətə çatdıraraq bildirdi ki, qlobal miqyasda bəzən layiq olduğu diqqəti görməyən, lakin son dərəcə mühüm mövzuların müzakirəsi mütləqdir. O, məsələnin beynəlxalq müstəviyə çıxarılmasının vacibliyini önə çəkdi: “Hazırda elə bir reallıq içindəyik ki, bu reallıq etnik azlıqları dünya miqyasında öz gələcəyi ilə bağlı qərar verməyə məcbur edir. Təəssüf ki, etnik azlıqlara qarşı zorakılıq, sadəcə, Hindistan ərazisi ilə məhdudlaşmır. Hindistan bu zorakılığı artıq Kanada, Böyük Britaniya və zikh icmasının əhəmiyyətli sayda yaşadığı, siyasi cəhətdən fəal olduğu digər diaspor ölkələrində də həyata keçirir. Bununla da zikh xalqının siyasi iradəsini və öz dövlətləri Xalistanı yaratmaq istiqamətindəki hərəkatı boğmaq istəyir. Etnik azlıqlara qarşı törədilən bütün cinayətlər, əslində Hindistan dövlətinin öz vətəndaşı adlandırdığı insanlara qarşı həyata keçirdiyi repressiyanın sistemli şəkildə tətbiqinin sübutudur”.

İcma sədri, həmçinin qeyd etdi ki, müstəmləkəçilik etnik və dini azlıqlara qarşı ən qəddar münasibəti formalaşdırır: “Etnik azlıqlar özlərini yenidən dərk etməyə, dünyada yer tapmağa və bir vaxtlar malik olduqları suverenliyi bərpa etməyə çalışdıqları anda ən sərt təzyiqlərlə üz-üzə qalırlar. Bu baxımdan, əsas məsələ ondan ibarətdir ki, Hindistan bu gün dünya üçün doğrudan da etibarlı tərəfdaş sayıla bilərmi? Məqsədimiz Hindistanın gerçək simasını dünyaya göstərməkdir. Ona görə də bu cür konfransları yüksək qiymətləndirirəm”.

Zikh Federasiyasının (Böyük Britaniya) icraçı direktoru Sidhu Dabindercit Singh XQ-yə şərhində bildirdi ki, sayca azlıq təşkil edən icmalar bəzən dövlətlərin taleyində həlledici rol oynayırlar: “Bunu tarixi faktlar da göstərir. Bir məqamı da vurğulamaq istəyirəm. Zikhlər 1950-ci ilin Hindistan Konstitusiyasını heç vaxt legitim sənəd kimi qəbul etməyiblər. Səbəb isə konstitusiyanın zikhizmi müstəqil və ayrıca din kimi tanımaması, onu digər dini sistemlər daxilində təqdim etməsidir. Bu yanaşma zikh icması tərəfindən həm kimliyin inkarı, həm də tarixi reallıqların təhrif edilməsi kimi qiymətləndirilir”.

Onun sözlərinə görə, daha narahatedici məqam ondan ibarətdir ki, Hindistanın sonrakı hökumətlərinin heç biri bu konstitusion boşluğu aradan qaldırmaq üçün real addımlar atmayıb, əksinə, bu məsələ uzun illər siyasi manipulyasiya predmetinə çevrilib.

Pəncab əyalətinin İnsan hüquqları və azlıqlar üzrə naziri Rameş Singh Arora isə qəzetimizə açıqlamasında qeyd etdi ki, xristian icmalarının daxilində formalaşmış mürəkkəb sosial, demoqrafik və təhlükəsizlik mühiti beynəlxalq maliyyə institutlarının, xarici siyasi aktorların seçici və çox zaman ziddiyyətli reaksiyaları fonunda ortaya çıxan çoxsaylı faktlar uzun müddət beynəlxalq gündəlikdə lazımi yer tapa bilməyib: “Mövcud problemlər ya texniki çərçivəyə salınaraq dar iqtisadi kateqoriyalarla izah olunub, ya da geosiyasi maraqlar naminə məqsədli şəkildə arxa plana keçirilib. Lakin son illərdə artan siyasi risklər, dərinləşən sosial bərabərsizlik, icmalararası etimadın zəifləməsi və institusional boşluqlar artıq bu susqunluğun davam etməsini mümkünsüz edir. Sosial gərginliyin kəskinləşməsi daha geniş beynəlxalq təhlükəsizlik arxitekturasına təsir göstərən amil kimi özünü büruzə verir. Baş verən proseslər mövcud siyasətlərin və yanaşmaların səmərəsizliyini açıq şəkildə üzə çıxarır, eyni zamanda, uzun müddət gözardı edilən faktların artıq inkar edilə bilməyəcək qədər aydın və ciddi sübutlarla təsdiqləndiyini göstərir”.

Tədbirdə, həmçinin Böyük Britaniyada yerləşən “Everything 13”ün əməliyyatlar üzrə meneceri Ranveer Singh, Zikh Federasiyasının hüquq məsləhətçisi Varrinq Prabcot Singh, “The Sikh Network” media portalının rəhbəri Khatkar Jaswinder və digər Zikh nümayəndələri çıxış ediblər.

Qeyd edək ki, zikhizm bərabərlik və ədalət prinsipləri üzərində qurulmuş bir inanc sistemi olsa da, Hindistanda bu icma uzun illərdir sistemli zorakılıq və repressiyalarla üz-üzədir. Xüsusilə 1984-cü il hadisələri və sonrakı onilliklərdə Pəncabda baş verən kütləvi qətllər, yoxa çıxmalar və məhkəməsiz edamlar Zikh icmasının kollektiv yaddaşında dərin izlər qoyub. Sözügedən təzyiqlər nəticəsində on minlərlə zikh ölkəni tərk edərək əsasən Qərb dövlətlərində məskunlaşıb və mübarizəni beynəlxalq müstəvidə davam etdirir.

Sonda qeyd edək ki, Bakı Təşəbbüs Qrupunun Hindistanda etnik və dini azlıqlara qarşı törədilən hadisələri beynəlxalq konfransın tribunasına çıxarması qlobal insan hüquqları diskursunda formalaşan ikili standartlara qarşı prinsipial siyasi mövqe kimi dəyərləndirilməlidir. Çünki Qrupun təqdim etdiyi yanaşma Qərb mərkəzli insan hüquqları institutlarının selektiv susqunluğuna qarşı alternativ platformaların formalaşmasının zəruriliyini bir daha gündəmə gətirdi. Bununla yanaşı, konfrans bir daha xatırlatdı ki, insan hüquqları anlayışını sadəcə müəyyən regionlara və ya siyasi konfiqurasiyalara tətbiq edilən alət kimi qiymətləndirmək doğru olmaz. Beləliklə, Bakının artıq normativ dəyərlər üzərindən mövqe bildirən, insan hüquqları və ədalət anlayışını universal müstəvidə müdafiə edən mərkəz statusu bir daha öz təsdiqini tapdı.

Nəzrin ELDARQIZI
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:265
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Yanvar 2026 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see358

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see338

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see338

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see335

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see290

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see280

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see268

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see266

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see260

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see259

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see242

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see224

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see220

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see214

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see213

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see201

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see198

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see196

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see195

Səhiyyə üçün 9 milyona yaxın vəsait ayrılır

30 Oktyabr 2026 17:31see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri