Icma.az
close
up
RU
Dünya ölkələri 2 trilyon dolları yığa bilsə də, onun səmərəli istifadəsi sual altında qalacaq Ekspert

Dünya ölkələri 2 trilyon dolları yığa bilsə də, onun səmərəli istifadəsi sual altında qalacaq Ekspert

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

"Beynəlxalq təşkilatlar, eləcə də beynəlxalq maliyyə qurumları ətraf mühitin qorunmasına, eləcə də dairəvi və yaşıl iqtisadiyyata ayırdıqları maliyyə vəsaitlərini əksər hallarda effektiv istifadə etmirlər. Məsələn, hansısa az inkişaf etmiş ölkənin ucar bir regionunda bu beynəlxalq təşkilat dəyəri bir milyon dollarlıq layihə icra edir. Layihə bitdikdən sonra baxırsan ki, kəndlərdən birinə 30-40 min dollarlıq hansısa avadanlıq alıb veriblər, vəssalam".

Redaktor.az xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib.

"Ya da ən yaxşı halda bu region 100 min dollarlıq real fayda görüb. Yerdə qalan 900 min dollar isə həmin beynəlxalq təşkilatların öz əməkdaşlarına, onların təlim xərcləri, maarifləndirmə xərcləri, təyyarə xərcləri, hotel və istirahət xərcləri, əmək haqlarına edilən küllü miqdarda bonuslar və digər effektiv olmayan istiqamətlər üçün sərf edilir. Nəticə də sənədlərə baxırsan ki, filan beynəlxalq təşkilat 1 milyonluq ekoloji bir layihə icra edib, amma sonda ucqar bir kəndə 30-40 minlik bir texnoloji yenilik gətirilib, ya da bir avadanlıq alınıb verilir. Vəssəlam. O da 3-4 il  ərzində kənddə dağılıb gedir. 
Bütün bunları ona görə deyirəm, bu gün iqlim dəyişikliklərinə qarşı effektiv mübarizə aparmaq üçün yaradılacaq beynəlxalq maliyyə təsisatlarının iqlim xərclərin istiqamətləri tam yeni prinsiplər əsasında formalaşmalıdır. Yoxsa, dünya ölkələri bu fondalara lazım olan 2 trilyon dolları yığa bilsə də, onun səmərəli istifadəsi sual altında qalacaq. Maliyyənin xərc tərəfində yaranan qaranlıq suallar isə həmişə sonda nəticənin kürəyində oturub, onu torpağa basdırır", - deyə iqtisadçı qeyd edib.

Turan İSMAYIL
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 15 Noyabr 2024 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see259

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see200

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see198

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see197

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see193

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see165

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see157

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see150

Günün canlı yayımlanacaq matçları TV AFİŞA

09 Dekabr 2025 10:21see149

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see144

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see138

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see135

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see134

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see134

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see130

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see129

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see127

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see124

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see122

Oqtay Əliyevlə Dilarə Əliyevanın toy kadrları YAYILDI VİDEO

09 Dekabr 2025 00:38see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri