Icma.az
close
up
RU
Dünya Putinin bu mesajından danışır: Tramp məyus oldu, düşməni sevindi

Dünya Putinin bu mesajından danışır: Tramp məyus oldu, düşməni sevindi

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinin davranışlarına görə məyus olduğunu bildirib. Xüsusilə ötən gün Putinin Hindistanın Baş naziri Narendra Modi ilə görüşməsi və onu danışıqların baş tutacağı məkana öz şəxsi limuzinində aparması diqqət çəkib. Kreml rəhbərinin bu jestinin birbaşa Trampa ünvanlanan açıq mesaj olduğu da iddia edilir.

Tramp və Putin arasında vəziyyət yenidən gərginləşirmi? Ağ Ev rəhbəri Ukrayna ilə bağlı mövqeyini dəyişə bilər?

Globalinfo.az-a danışan politoloq Ramiyə Məmmədova deyib ki, Donald Tramp və Vladimir Putin arasında mövcud gərginlik hələ də davam edir:

“Putinin Alyaskada Donald Trampla baş tutan görüşü və daha sonra Çinə səfəri onu göstərir ki, bütün sanksiyalara baxmayaraq, Kreml qlobal güc kimi qəbul edilməyə davam edir. Bu səbəbdən Qərb dövlətləri, o cümlədən ABŞ, Putinlə eyni masa arxasında oturmağa hazırdır.

Həmçinin oxuyun:

Almaniya açıqladı: Putin və Zelenski görüşməyəcək

Digər tərəfdən, Donald Tramp Nobel Sülh Mükafatını almaq istəyir. Ona görə də hazırda dünyanın ən böyük münaqişəsi olan Rusiya-Ukrayna müharibəsini dayandırmaqda maraqlıdır. Lakin Kreml rəhbərinin hazırkı siyasi mövqeyi və gücü ABŞ prezidentinin bu istəyini çətinləşdirir. Nəticədə, Tramp yeni strategiyalara əl atmaq məcburiyyətində qalır.


Ramiyə Məmmədova

Hazırkı mərhələdə üstünlük Moskvanın tərəfindədir. Putinin irəli sürdüyü şərtləri nə ABŞ, nə də Ukrayna qəbul edir. Bununla belə, Rusiyanın varlığı həm ABŞ, həm də Çin üçün mühüm amildir. Rəsmi Pekin üçün güc balansını qoruyan əsas oyunçu Moskvadır. Bu da dolayısı ilə ABŞ üçün də faydalı hesab oluna bilər.

Gələcəkdə Vaşinqton və Pekin arasında əldə ediləcək hər hansı razılaşma Rusiyanın taleyinə birbaşa təsir göstərəcək. Digər tərəfdən, Moskva-Dehli münasibətləri də hazırda müsbət məcradadır. Tərəflər arasında neft sazişləri hələ də qüvvədədir. Hindistan, ABŞ-ın bu məsələ ilə bağlı təkliflərini qəbul etməyib”.

Safura Bənnayeva
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 04 Sentyabr 2025 10:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri