Icma.az
close
up
RU
Dünya Qızıl Şurası: 2026 cı ildə qızıl yenidən bahalaşa bilər

Dünya Qızıl Şurası: 2026 cı ildə qızıl yenidən bahalaşa bilər

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qızıl 2026-cı ildə iqtisadi və geosiyasi proseslərin fonunda yenidən bahalaşa bilər.

Teleqraf xəbər verir ki, bu barədə Dünya Qızıl Şurasının hesabatında bildirilir.

Hesabatda qeyd olunub ki, dollarla ifadədə qızılın qiyməti 2025-ci ildə qeyri-adi göstərici nümayiş etdirib; noyabrın sonuna kimi illik gəlir 60 faizdən yuxarı olub və il ərzində 50-dən çox rekord yenilənib.

Artan geosiyasi və iqtisadi qeyri-müəyyənlik, zəifləyən dollar və müsbət qiymət dinamikası qızılı il boyu dəstəkləyib. Sabitlik axtaran investorların alışları və mərkəzi bankların ehtiyatlarına qızıl əlavə etməyə davam etməsi də qiymət artımında mühüm rol oynayıb.

Bu baxımdan qızıl ilin ən yaxşı nəticə göstərən aktivlərindən biri kimi ön plana çıxıb.

Hesabata əsasən, hazırda qızıl qiymətləri iqtisadi artım, inflyasiya və pul siyasəti ilə bağlı makroiqtisadi konsensus gözləntilərini əks etdirir.

“2026-cı ildə qızıl bazarında mənzərə geoiqtisadi qeyri-müəyyənliklərin fonunda formalaşacaq. Mövcud şərait dəyişməz qaldığı təqdirdə, qızılın dar diapazonda hərəkət etməsi gözlənilir. Lakin 2025-ci ilin nəticələri nəzərə alınarsa 2026-cı il sürprizlərlə zəngin bir il ola bilər” – deyə hesabatda qeyd olunub.

İqtisadi artımın zəifləməsi və faiz dərəcələrinin daha da enməsi halında qızılın orta səviyyəli yüksəliş nümayiş etdirəcəyi proqnozlaşdırılıb.

Bundan əlavə, ABŞ-də Donald Tramp administrasiyasının müəyyənləşdirdiyi siyasətlərin uğurlu olması halında iqtisadi artımın sürətlənməsi geosiyasi riskləri azalda, faiz dərəcələrinin artmasına və dolların güclənməsinə gətirib çıxara, nəticədə qızılın ucuzlaşmasına səbəb ola bilər.

Hesabatda mərkəzi bankların tələbi və qızılın təkrar emal meyilləri kimi əlavə amillərin də bazara təsir göstərə biləcəyi vurğulanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:243
embedMənbə:https://sherg.az
archiveBu xəbər 04 Dekabr 2025 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri