Icma.az
close
up
RU
Dünya Qızıl Şurası xəbərdarlıq edir: Əks küləklər mümkündür

Dünya Qızıl Şurası xəbərdarlıq edir: Əks küləklər mümkündür

Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ-ın keçmiş prezidenti Donald Trampın "qarşılıqlı əsaslara söykənən" gömrük tarifləri siyasəti fonunda ticarət müharibəsi ilə bağlı narahatlıqlar qızıl bazarında satış təzyiqi yaradıb. Strateji analitiklər bu satış təzyiqinin müvəqqəti olduğunu, qeyri-müəyyənlik şəraitində qızıl tələbinin güclü qalacağını bildirirlər. Mütəxəssislər isə Mərkəzi Bankların qızıl alımlarını davam etdirəcəyini proqnozlaşdıraraq, mümkün "əks küləklərə" qarşı xəbərdarlıq edirlər.

Turkustan.az xəbər verir ki, tarif qarşıdurması ilə bağlı bazarlarda yaranan gərginlik fonunda qızılın qiyməti ötən həftənin cümə günü 2 faizi aşan dəyər itirib. Qızılın bir unsiyasının qiyməti dünən 3 167,86 ABŞ dolları ilə tarixi maksimuma çatsa da, tariflərlə bağlı qeyri-müəyyənliklər səbəbilə 3 010 dollar səviyyəsinə qədər gerilədi.

İnvestorların səhm bazarlarında yaşanan itkiləri kompensasiya etmək məqsədilə qızıl mövqelərindən qismən qazanc əldə etməyə çalışdığı ehtimal edilir.

Qızıl və əmtəə strategiyalarına görə, tariflərlə bağlı qeyri-müəyyənlik qızılın "təhlükəsiz liman" kimi cəlbediciliyini artırmaqda davam edə bilər və Mərkəzi Bankların alımları da bu tələbi dəstəkləyəcək.

Dünya Qızıl Şurasının Qlobal Tədqiqatlar rəhbəri Xuan Karlos Artiqas "Anadolu" agentliyinə açıqlamasında bildirib ki, qızıl qiymətləri ilin əvvəlindən bu yana sabit yüksəliş trendi göstərib və son aylardakı sürətli qiymət dəyişiklikləri fonunda bazarda konsolidasiyanın baş verməsi təbiidir. Artiqas tariflərin qızıl bazarlarına təsirinin hələ də qeyri-müəyyən olduğunu vurğulayaraq deyib:

"Bəzi bazar iştirakçıları əvvəlki qızıl mövqelərindən qismən qazanc əldə etmiş ola bilər. Ancaq analizlərimiz göstərir ki, mövcud mühitdə sərmayə tələbinə dəstək verə biləcək güclü əsaslar mövcuddur. Bundan əlavə, qiymətlərdəki geriləmə istehlakçı tələbinin qorunmasına da müəyyən qədər töhfə verə bilər".

Onun sözlərinə görə, cari şəraitdə qızıl bazarında "əks küləklər" yarana, qazanc realizasiyası və xəbərlərə reaksiyalarla qısamüddətli dalğalanmalar yaşana bilər:

"Son aylardakı sabit yüksəlişdən sonra bir çox investor bu geriləməni müsbət qarşılayır, çünki qızıl ilin əvvəlindən bu yana 14 faizi aşan artımla ən yaxşı nəticə göstərən aktivlərdən biri olub".

"ING Think" əmtəə strateqi Eva Manti həftənin əvvəlində tariflərlə bağlı açıqlamalardan sonra qlobal iqtisadi durğunluq riskinin artdığını, bunun da səhm bazarlarında satışlara və nəticədə qızılda dəyər itkisinə səbəb olduğunu qeyd edib. Bəzi hallarda investorların digər aktivlərdəki itkiləri qarşılamaq üçün qızılı da satdığını bildirən Manti deyib:

"Lakin qızılda satış təzyiqinin qısamüddətli olacağını düşünürük. Çünki ticarət və tariflərlə bağlı qeyri-müəyyənlik qızılın təhlükəsiz liman statusunu daha da gücləndirəcək. Tramp Ağ Evdə olduğu müddətcə qeyri-müəyyənlik və proqnozlaşdırıla bilməzlik yüksək səviyyədə qalır. Qızıl isə bu mühitdən faydalanmağa davam edəcək".

Manti əlavə edib ki, Trampın proqnozlaşdırılması çətin ticarət siyasətləri səbəbilə Mərkəzi Bankların ehtiyatlarını diversifikasiya etmək məqsədilə qızıl alması gələcəkdə qiymətləri dəstəkləyən digər amil olacaq. O, Çin Mərkəzi Bankının mart ayında, yüksək qiymətlərə baxmayaraq, artıcıl beşinci dəfə qızıl ehtiyatını artırdığını bildirərək bu tendensiyanın davam edəcəyinin ehtimal olunduğunu vurğulayıb.

Manti həmçinin Trampın ABŞ prezidentliyinin ilk dövründə Çin Mərkəzi Bankının təxminən 10 ay ərzində ardıcıl şəkildə qızıl ehtiyatlarını artırdığına diqqət çəkərək deyib:

"Mərkəzi Bankların geosiyasi gərginliklər və iqtisadi şərait səbəbilə təhlükəsiz liman aktivlərinə yönəlməsi, onların qızıl alımını davam etdirməsinə və bunun da qiymətlərə dəstək verməsinə səbəb olacaq".

Danimarkanın maliyyə qurumu olan "Saxo Bank" mart ayının sonunda qızıl qiymətinə dair proqnozunu yeniləyib. Bank, qısamüddətli dalğalanmaların davam edəcəyini bildirsə də, 2025-ci il üçün qızılın bir unsiya qiymətini 3 300 ABŞ dollarına yüksəldib.

Amerikalı "Goldman Sachs" isə uzun müddətdir davam edən spekulyativ mövqelərə baxmayaraq, qızılın bu ilin sonuna qədər 3 300 dollara çata biləcəyini açıqlayıb.

Türkiyəli qızıl mütəxəssisi İslam Memiş isə "CNN Türk" kanalına verdiyi müsahibədə qızılın bu il ərzində unsiya başına 4 500 dollar səviyyəsinə qədər yüksələ biləcəyini deyib. /Qaynarinfo/

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:181
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 10 Aprel 2025 00:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri