Icma.az
close
up
RU
Dünya siyasəti: 2025 ci ilin əhəmiyyətli hadisələri və 2026 cı ilə ötürülən miras

Dünya siyasəti: 2025 ci ilin əhəmiyyətli hadisələri və 2026 cı ilə ötürülən miras

Baku.ws saytına istinadən Icma.az xəbər verir.

Yola saldığımız 2025-ci ildə qlobal güclərin yürütdüyü siyasət, regional münasibətlərə təsir göstərmiş bir çox hadisələr baş verdi. Əvvəlki illərdə olduğu kimi, Rusiya-Ukrayna və İsrail-Fələstin müharibələri dünyanı ikiyə bölən əsas mövzulardan olub. Beynəlxalq aləmdə baş verən bir sıra əhəmiyyətli proseslər da məhz bu münaqişələrin ətrafında cərəyan edib.

Rusiya-Ukrayna müharibəsi: sülh baş tutacaqmı?

Rusiya-Ukrayna müharibəsi davam etsə də, ilin sonuna doğru sülhə doğru müəyyən addımlar atılmağa başladı. Lakin ABŞ Prezidenti Donald Trampın irəli sürdüyü sülh planı Ukraynanı və Avropalı müttəfiqləri tam qane etmədi. Gərgin məsləhətləşmələrdən sonra Ukrayna Prezidenti Volodimir Zelenski 20 maddəlik sülh planı irəli sürdü ki, buna da Rusiya hələ cavab verməyib.

Rusiya ələ keçirdiyi Ukrayna ərazilərindən çıxmaq niyyətində olana oxşamır. Bu isə tərəflər arasında gərginliyi artırır.

Bununla belə, bu il RF ilə Ukrayna arasında sülh müqaviləsi olmasa da, atəşkəsin əldə olunacağı ehtimalı var.

Zelenski planının isə gələn il də müzakirə olunacağı gözlənilir. Tərəflərin qarşılıqlı olaraq hərbi əməliyyatları dayandırması Ukraynada prezident seçkisinin keçirilməsinə də şərait yaradar.

Bu siyasi kampaniyanın nəticəsi Ukrayna-Rusiya münasibətlərinin gələcəyi üçün həlledici sayıla bilər.

Hələlik isə hadisələr müharibənin belə tezliklə başa çatacağına ümid vermir...

Qəzzada sülh planı: regional, qlobal əməkdaşlığa, əlaqələrə doğru

Yüz ilə yaxındır Yaxın Şərqdə İsrail-Fələstin ziddiyyəti müttəfiqləri, tərəfdaşları və düşmənləri müəyyənləşdirmək üçün indikator rolundadır.

İllər ötsə, rejimlər, dövlətlər dağılsa da bu problem yüzillik müharibələr kimi uzanır. Çünki ona münasibətdə kənar qüvvələr daha çox öz maraqlarını güdür.

İsrail və Fələstin yarandığı tarixdən ABŞ-SSRİ qarşıdurması onun həllini əngəlləyib. 1979-cu il İran İslam İnqilabından sonra bu oyuna Tehran da qoşulub.

2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücum etməsindən iki il sonra ABŞ Prezidenti Donald Trampın Qəzzada atəşkəs rejiminin tətbiqi planı ilə İsrail hökuməti və HƏMAS razılaşdı.

Nəticədə 2025-ci il oktyabrın 10-da hərbi əməliyyatlar dayandırıldı. ABŞ liderinin irəli sürdüyü Qəzzada sülh planı həmin gün açıqlandı.

Oktyabrın 13-də Misirin Şarm əş-Şeyx şəhərində 30 dövlətin liderlərinin, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə sülh sammiti keçirildi.

Sammitdə Qəzza sülh planının həyata keçirilməsində növbəti addımların müzakirəsi nəzərdə tutulurdu və diqqətin Qəzza zolağının gələcək idarəçiliyinə, təhlükəsizlik və humanitar yardıma yönəldilməsi nəzərdə tutulur.

Donald Tramp bu hadisəni "dünya üçün tarixi gün" adlandırıb. O, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Misir, İordaniya, Türkiyə, İndoneziya və Pakistan liderləri ilə məsləhətləşmələr keçirib. Onlar Trampın planına İsrailin Qəzza zolağı və İordan çayının Qərb sahilini ilhaq etməyəcəyi şərti ilə razılıq veriblər.

Qəzzadakı işlərə, tərk-silaha Donald Tramp, Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyer və adları sonradan açıqlanacaq digər nümayəndələrin daxil olacağı "Sülh Şurası" nəzarət edəcək.

Fələstinin müstəqilliyini Böyük Britaniya, Fransa, Avropanın bir neçə dövlətin tanıması da Qəzza zolağındakı hadisələrin təsirinin nəticəsi sayılır. 78 ildən sonra onların belə diplomatik davranışı Yaxın Şərqdə sülhün möhkəmlənməsinə, İsrail-Fələstin münaqişəsinin həllinə təkan verə bilər.

Bu və başqa özəlliklərinə əsasən, Qəzza zolağında atəşkəs, sülh və HƏMAS-ın tərk-silahını 2025-ci ilin ən önəmli hadisəsi saymaq olar. Bölgənin silahlı qruplaşmanın nəzarətindən çıxması regional və qlobal baxımdan əhəmiyyətlidir. Bu, dünya güclərinin ortaq məxrəcə gələ bilməsinin göstəricisidir. Qəzzada sülh Fələstindən İrana bağlı hərbiləşmiş qüvvələrin çıxarılmasıdır. Bu eyni zamanda İsrailin, bölgədəki ərəb dövlətlərinin təhlükəsizliyinə töhfə ola bilər.

Hadisələrin inkişafı perspektivdə İsraillə Ərəb dünyasının yaxınlaşmasına, əməkdaşlığına təkan verər.

Qəzzada atəşkəs, HƏMAS-ın sülh planına razılığı Livanın da "Hizbullah"dan xilasına yardım edər. Bu halda ölkə İranın qurduğu və maliyyələşdirdiyi dövlət içində dövlətdən xilas olar.

İsrail-İran müharibəsi: nüvə proqramına görünməmiş zərbə

İsrailin İrana hücumu da ilin ən önəmli hadisələrindən sayılır.

2025-ci il iyunun 13-də İsrailin İranın bir neçə bölgəsindəki hərbi bazalara, nüvə obyektlərinə, hərbi sənaye kompleksinin müəssisələrinə qarşı genişmiqyaslı hücumu məhz yuxarıda bəhs edilən mövzuların kontekstində baş verdi.

İyunun 24-də başa çatan bu müharibə zamanı İranın nüvə və hərbi obyektləri vuruldu, qarşı tərəf İsrailə raket və dronlarla zərbə endirməyə başladı, ABŞ rəsmi Tehranın nüvə obyektlərinə birbaşa hücum etdi.

Müharibə zamanı İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi Məhəmməd Baqeri başda olmaqla 60-dan çox yüksək rütbəli zabit, həmçinin nüvə alimləri öldürüldü.

Bu hücum regionda nüvə proqramının inkişafının qarşısını alıb, İranı Yaxın Şərqdən daxilinə çəkilməsi prosesini sürətləndirib, Tehran hakimiyyətinin proksi qüvvələri genişləndirməsini ləngidib.

Suriya: Əsədsiz ilk il

İran Suriya lideri Bəşşar Əsədi müdafiə edə bilmədi. Rusiya isə ona sığınacaq verməklə bu ölkədə saxladığı rejim qarşısında üzərinə düşən məsuliyyəti bitmiş saydı. Ötən bir il ərzində rəsmi Dəməşq Moskvadan mühakimə olunması üçün onun təhvil verilməsini bir neçə dəfə tələb edib. Rusiya isə hələ qaneedici addım atmayıb. Moskvanın əsas hədəfi hərbi bazasını Suriyada qoruyub saxlamaqdır. O da hələ ki buna nail ola bilmir. Rusiyanın Suriyanın Latakiya bölgəsindəki hərbi hissəsini Hmeymim aviabazasından Liviyaya uçub.

Ötən bir il ərzində Suriyada yeni hakimiyyət bir sıra uğurlu addımlar atıb:

- Prezident Əhməd Əş-Şaraa Qərblə münaqişə də deyil, əməkdaşlıq edəcəyini ABŞ-yə, Avropaya səfərlərində verdiyi açıqlamalarla təsdiqləyib;

- O, İsraillə mübahisəli və təhlükəsizlik məsələlərini müharibə, silahlı qarşıdurma ilə yox, müzakirə yolu ilə həllinə üstünlük verdiyini bildirir. Son günlər Dəməşqlə Təl-Əviv arasında təhlükəsizliyə dair rəsmilərin görüşlərinin olduğu da bunu təsdiqləyir;

- Suriyada uzun illər kök salmış PKK terror qrupunun təsis etdiyi "Suriya Demokratik Qüvvələri"nin (SDQ) tərki-silah olunmasına möhlət verilib. Bu il martın 10-da rəsmi Dəməşqlə "SDQ" arasında silahlı qüvvələrin və mülki idarəçilərin rəsmi dövlət orqanlarına inteqrasiya olunması üzrə imzalanmış sazişə uyğun olaraq onlara verilən möhlət dekabrın 31-ə başa çatıb. Əvvəllər müxtəlif bəhanələrlə inteqrasiya sazişinə əməl etməkdən boyun qaçıran silahlı qruplaşma danışıqlar və inteqrasiyaya əməl etmək istədiklərini bəyan edirlər. Bu yeni hakimiyyətin Türkiyə ilə birlikdə həyata keçirdikləri planın uğuru da sayıla bilər;

- Yeni hakimiyyət ölkəyə xarici sərmayə cəlb edib. Bu ilin ilk 10 ayında 28 milyard dollara yaxın xarici investisiya qoyulub. Bu da Əhməd əş-Şaraa hakimiyyətinin uğuru sayılır;

- Terror, narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə gücləndirilib;

- Qonşu ölkələrlə iqtisadi-ticarət əlaqələri artıb;

- Bu il oktyabrın 5-də Əsəddən sonra ilk parlament seçkiləri keçirilib;

- Yeni konstitusiyanın hazırlanması istiqamətində müzakirə, hazırlıq davam edir;

- Suriya regionun dünyəvi, demokratik yolla inkişafını isbatlayır.

Türkiyə həmişə Suriyanı ərazi bütövlüyü və suverenliyini müdafiə edib. Rəsmi Ankaranın Suriyada fəallığı nəticəsində yeni hakimiyyətin dünyaya açılmasını da vurğulamaq yerinə düşər. Bir sıra hallarda ABŞ ilə münasibətlərin qurulmasına onun da zəmanət və təminat verdiyi istisna olunmur.

Regional müharibələr - yerində sayan qarşıdurma

2025-ci ildə nüvə silahına malik Hindistan və Pakistan arasında toqquşma baş verib. Bu, daha çox tərəflərin mülki vətəndaşı, hərbçi və hərbi texnika itkisi və ritorik çıxışları ilə yadda qalıb.

Onlar arasında aprelin 25-də başlamış silahlı qarşıdurma mayın 10-da ABŞ-nin vasitəçiliyi ilə atəşkəslə nəticələnib. Tərəflər iddia etdikləri hədəfə yetişə bilmədilər. Onlar arasında münaqişə amillər həll edilmədən qaldı.

Gərginliyin səbəbinə gəldikdə, aprelin 22-də Hindistanın Pakistanla sərhədi yaxınlığında Kəşmir rayonunda 4 silahlı 26 turisti, o cümlədən 25 hindistanlı və bir Nepal vətəndaşını güllələmişdi. Bu hadisənin məsuliyyətini Hindistanda terrorçu təşkilat kimi tanınmış "Müqavimət Cəbhəsi" üzərinə götürmüşdü.

Hindistanın Baş naziri Narendra Modi təcili toplantı çağırıb və bu hücumda Pakistanı ittiham edib. Ancaq o, ittihamlarına heç bir sübut təqdim etməyib.

Pakistan tərəfi isə turistlərin ölümündən narahatlığını ifadə edərək, Hindistanın reaksiyasına etirazını bildirib, onu "ədalətsiz və siyasi motivli" adlandırıb.

Hindistanın İnd çayının axınını kəsmək istəyi Pakistan hökumətinin böyük narazılığına səbəb olmuşdu. Nəticədə Pakistan hökuməti "güzgü" tədbirlər görüb. Pakistanın hava məkanı bütün Hindistan aviaşirkətlərinin təyyarələri üçün bağlanıb, iki ölkə arasında bütün ticarət dayandırılıb.

Lakin tərəflərin müharibəyə səbəb kimi hansı amilləri göstərməsindən asılı olmayaraq, heç şübhəsiz, qarşıdurma üçün başlıca amil 1947-ci ildən bəri davam edən Cammu və Kəşmir münaqişəsidir. Artıq 78 ildir iki ölkə arasında siyasi, iqtisadi-ticarət, diplomatik münasibətlər davam etsə də, münaqişə həll edilməyib. Bu da yeni silahlı qarşıdurmalar üçün mənbə olaraq qalır. Ötən il Hindistanın Kəşmirdəki müsəlmanların muxtariyyətini ləğv etməsi isə tərəflər arasında gərginliyi bir az da artırıb.

Bu il alovlanıb və sönən digər münaqişə ocağı isə Kamboca ilə Tailand arasındakı silahlı qarşıdurmadır. Tərəflər dekabrın 26-da bunu elan edib. Onlar arasında da müharibəyə səbəb olan məsələlər danışıqlara qalıb. Bu silahlı qarşıdurma da mübahisəli ərazi ilə bağlıdır. İyulun 24-də Tailand və Kamboca qoşunları arasında Tailand ərazisində, Kamboca tərəfindən mübahisə olunan ərazinin yaxınlığında yerləşən qədim Ta Moan Thom məbədi yaxınlığında hərbi toqquşmalar baş verib. Tərəflər bir-birini döyüş əməliyyatlarını başlamaqda günahlandırdılar.

Kambocanın məlumatına görə, Tailand razılaşmaları pozaraq, hərbçiləri Ta Moan Thom məbədinə çıxıb. Hər iki dövlət bu məbədi özünə aid sayır. Onlar məbədin ətrafında tikanlı məftil quraşdırıblar. Kamboca da bundan sonra atəş açıb. Kamboca Tailandla diplomatik əlaqələri minimuma endirib.

Müharibə nəticəsində hər iki tərəf xeyli itki verib. Ərazidəki dinc sakinlər qaçqın vəziyyətinə düşüb.

ABŞ Prezident Donald Tramp tərəfləri müharibənin dayandırmağa çağırıb. Əks halda, onlarla ticarət əlaqələrini kəsəcəyi xəbərdarlığını çatdırıb.

Kamboca və Tailand müharibəsində güclər maraqlı görünmürdü. Çünki hər ikisi onların tərəfdaşı sayılır. Bu günlərdə Çin, Kamboca və Tailand XİN başçıları görüşüb mövcud vəziyyəti müzakirə ediblər.

ABŞ-nin yeni Milli Təhlükəsizlik Strategiyası – Rusiya düşmən deyil

Bu il Ağ ev yeni Milli Təhlükəsizlik Strategiyasını (MTS) açıqlayıb. Sənəddə Rusiya artıq düşmən kimi göstərilmir. O, daha çox ticarət tərəfdaşı kimi təqdim olunur. Yaxın Şərq isə Ştatların xarici siyasi kursunda dominantlıq təşkil etmir.

Yeni doktrinada bütün dünyaya ABŞ-nin daimi nəzarət hədəfi rədd edilib.

Bu, sənəddə Çinin Qərb yarımkürəsini ekspansiyasının qarşısını almağa çağırışlar var.

ABŞ ilə Avropa arasında rəqabət bu sənəddə aşkar hiss olunur.

Ağ ev Avropanı özünü müdafiə qabiliyyətini artırmağa və təhlükəsizliyini təmin etməyə təkid edir. Bəzi siyasilər ABŞ-nin Avropadan üz döndərdiyini belə hesab edirlər. Onlar iddia edib ki, ABŞ İkinci dünya müharibəsindən sonra ilk dəfə artıq avropalıların tərəfində deyil.

Vaşinqton artıq Avropanı qorumaq, təhlükəsizliyini təmin etmək və başqa bu kimi tədbirləri görmək istəmir. Yaxud görəcəyi işlər üçün ödəniş və ya onun artırılmasını istəyir.

İndi Avropa özünün müdafiəsinin qayğısına özü qalmalı olacaq və artıq Avropanın ABŞ himayəsindən çıxaraq, müstəqil müdafiə qüvvələri yaraması barədə planlar müzakirə edilməkdədir.

Bu fonda Polşa ordunun modernləşdirilməsi, müasir silahların alınması baxımından Avropa İttifaqı ölkələri arasında ən intensiv iş aparan dövlətdir. Ekspertlərin fikrincə, bu addımların nəticəsində Polşa bir neçə ildən sonra Aİ ölkələri arasında ən müasir və güclü orduya məxsus dövlət olacaq.

Bəşəriyyət yeni dünya düzəninin yaranması astanasında

34 ildir SSRİ mövcud deyil. ABŞ isə bu yaxınlarda dünya nizamına nəzarət etməkdən imtina edib. Bu, yeni güclərin yaranması istiqamətində blokların, təşkilatların yaranmasında da özünü göstərir. Yeni təsir dairələri müəyyənləşir. Strateji tərəfdaşlar dəyişir.

Sovetlər dağılanadək ikiqütblü dünya təkqütblü oldu. İndi isə yeni mərkəzlərin, qütblərin yaranması prosesi gedir. Bu, dünyanın çoxqütblülüyə doğru inkişafı deməkdir. Perspektivdə danışıqlar, əməkdaşlıq, münasibətlər, qarşıdurmalar yaranacaq qütblər arasında baş verə bilər. Qəzza zolağında müharibənin bitməsi, Böyük Britaniya və Fransa kimi ölkələrin Fələstinin müstəqilliyini tanıması yeni dünya nizamının yaranması addımlarından sayılır. Xəzərdən Azərbaycan ərazisindən keçməklə fəaliyyət göstərən Orta dəhliz də bu hadisənin tərkib hissəsidir.

Ehtimal etmək olar ki, yaxın gələcəkdə Türk Dövlətləri Təşkilatı da güc mərkəzi olaraq formalaşa bilər. Bu isə yeni dünya nizamında türklərin maraqlarının nəzərə alınması anlamına gəlir. Bir sıra dövlətlər o cümlədən Rusiya bu tendensiyada öz mövqelərini qorumağa səy göstərir.

Bütün hallarda dünyanın siyasi xəritəsində dəyişikliklərin olacağı istisna olunmur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:47
embedMənbə:https://baku.ws
archiveBu xəbər 02 Yanvar 2026 11:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see227

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see216

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see195

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see172

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see167

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see158

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see157

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see154

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see154

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see153

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see147

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see147

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see147

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see140

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see139

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see137

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri