Icma.az
close
up
RU
2025 ci ilin əsas MƏDƏNİYYƏT HADİSƏLƏRİ

2025 ci ilin əsas MƏDƏNİYYƏT HADİSƏLƏRİ

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

2025-ci ilin sonuna yaxınlaşdıqca, geridə qoyduğumuz il ölkənin mədəni həyatında bir sıra əlamətdar hadisələrlə yadda qaldı.

İl ərzində teatr, kino, musiqi və ədəbiyyat sahəsində bir çox yeniliklər, festivallar və təqdimatlar keçirildi. Yerli və beynəlxalq səviyyəli layihələr ölkənin mədəni həyatına rəng qatdı.

Oxu.Az ilin ən yaddaqalan mədəni məqamlarından bəzilərini oxucular üçün bir araya gətirib:

20 fevral - Prezident İlham Əliyev Ağdam şəhərində "İmarət" Tarix-Memarlıq Muzey Kompleksinin yaradılması haqqında Sərəncam imzalayıb.

17 aprel - Şuşada "Postmünaqişə dövründə mədəni irsin qorunması və dirçəldilməsi" mövzusunda I İslam Dünyası Mədəni Forumu keçirilib.

22 aprel - UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının təşəbbüsü və dəstəyi, eləcə də Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq qərarı ilə Aşıq Ələsgərin vəfatının 100-cü ildönümü UNESCO-nun 2026-2027-ci illər üzrə qeyd olunacaq tədbirlər proqramına daxil edilib.

22 aprel - Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Qırğızıstanda Azərbaycan Mədəniyyəti Günləri keçirilib.

2 may - Bakıda Beynəlxalq Xalça Festivalı keçirilib. Festival "Azərxalça" ASC və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı, İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin - AZPROMO-nun dəstəyi ilə baş tutub.

20-21 may - Tacikistanın Düşənbə şəhərində Azərbaycan Mədəniyyəti Günləri keçirilib.

Tədbir çərçivəsində Azərbaycan Milli Kitabxanası ilə Tacikistan Milli Kitabxanası arasında əməkdaşlığa dair memorandum imzalanıb.

3 iyun - Laçına MDB-nin mədəniyyət paytaxtı sertifikatı təqdim olunub.

Mədəniyyət Nazirliyi və Laçın rayonunda Prezidentin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə iyunun 3-də Laçın şəhərində "MDB-nin mədəniyyət paytaxtı - 2025" ilinin rəsmi açılış mərasimi keçirilib. Açılışda çıxış edən mədəniyyət naziri Adil Kərimli MDB Humanitar Əməkdaşlıq Şurasının 2024-cü ilin 8 oktyabr tarixli qərarına əsasən Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin 2025-ci ildə "MDB-nin mədəniyyət paytaxtı" elan olunduğunu bildirib.

16 iyun - Parisdə Azərbaycanın mədəni sərvəti haqqında nadir nəşrlər təqdim olunub.

23 iyun - Musiqisi bəstəkar Ələkbər Tağıyevə, sözləri şair Mikayıl Müşfiqə məxsus "Qal, sənə qurban" mahnısının erməniəsilli müğənni tərəfindən mənimsənilməsi aradan qaldırılıb.

20 avqust - Azərbaycan Rusiyada keçiriləcək "İnterviziya-2025" mahnı müsabiqəsində iştirakdan imtina edib.

4 sentyabr - "Tağıyev: Neft" filmi ABŞ Kino Akademiyasının 98-ci "Oskar" mükafatlandırma mərasimində "Ən yaxşı beynəlxalq bədii film" kateqoriyasında mükafata namizədlərin siyahısına təqdim edilib.

5 dekabr - Bakı Beynəlxalq Film Festivalının açılış mərasimi keçirilib. Festival çərçivəsində Nizami Kino Mərkəzində ümumilikdə 34 ölkəni əhatə edən 78 film nümayiş olunub.

Əzizə İsmayılova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:248
embedMənbə:https://oxu.az
archiveBu xəbər 02 Yanvar 2026 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see512

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see430

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see400

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see281

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see276

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see276

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see269

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see266

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see262

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see253

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see245

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see238

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see233

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see223

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see213

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see206

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see203

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see201

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see197

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri