Icma.az
close
up
RU
Dünya şöhrətli professor UZUNÖMÜRLÜYÜN SİRRİNİ açdı

Dünya şöhrətli professor UZUNÖMÜRLÜYÜN SİRRİNİ açdı

Icma.az bildirir, Saglamolun portalına istinadən.

Məşhur onkoloq, uzun və ağrısız həyat haqqında ən çox satılan kitabların müəllifi – Devid Aqus bu yaxınlarda Moskvada keçirilən “Sağlam Moskva” assambleyasında məruzə ilə çıxış edib.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 55 yaşlı həkim Cənubi Kaliforniya Universitetinin Tibb məktəbində tibb və texnologiya professorudur. O, Cənubi Kaliforniya Xərçəng Mərkəzinə və Tətbiqi Molekulyar Tibb mərkəzinə rəhbərlik edir. Dünya şöhrətli professor bir çox təltif və mükafatların, o cümlədən Amerika Tibbi Xərçəng Cəmiyyətinin Tibbi Araşdırma və Beynəlxalq Myeloma Cəmiyyətinin mükafatına layiq görülüb.

Devid Aqus ciddi elmi araşdırmaların yaydığı məlumatları izləyərək uzun və ağrısız həyat üçün tövsiyələr siyahısını tərtib edib:

“İndi sağlamlıq sözü çoxlarına darıxdırıcı, məhdudlaşdırıcı, xoşagəlməz görünür. Əslində hər şey o qədər də qorxulu deyil. Bu tövsiyələrin bəzilərinə əməl etmək çətin deyil, hətta xoşdur. Lakin digər məsələlərdə iradənə qalib gələrək öz üzərində çalışmaq lazım gələcək. Belə hallarda başa düşmək vacibdir: bunu kimsə üçün deyil, sevdiyiniz insanlar üçün edirsiniz. Məsələn, şəxsən mən övladlarımı görmək, sonra nəvələrimlə oynamaq üçün daha uzun yaşamaq və sağlam olmaq istəyirəm. Bir sözlə, sizi ruhlandıracaq və aktiv uzunömürlük qaydalarının icrasına uyğunlaşmağınıza kömək edəcək hədəfi müəyyənləşdirmək vacibdir”.

Hərəkətsiz gün bir qutu siqaretə bərabərdir!

“Məşq ömrü uzadır, danılmazdır. Oturaq həyat tərzi ürək xəstəliyi və vaxtından əvvəl ölüm riskini artırır. Xərçəngin inkişaf riskinin artdığı da sübut olunub. Altı saat fasiləsiz oturmaq bir paket siqaret çəkməyə bərabərdir.

Yaxşı xəbər budur ki, hətta ən kiçik, o cümlədən məişət məşqləri ömrü uzadır. Ev işləri, piyada gəzmək (ən azı bir neçə dayanacaq), lift yerinə pilləkənlərə qalxmaq - bütün bunlar ömrü uzatmağa kömək edir.

Yalnız səhər məşq edir və ya həftədə iki dəfə, uzun müddət idman salonunda tər tökürsünüzsə, bu doğru seçim deyil. İş gününün sonunda orta səviyyəli fiziki fəaliyyət çox vacibdir. Bu, məsələn, gəzmək və ya rahat ev işi ola bilər”.

Ekspert təzyiq, nəbz, qlükoza və xolesterinin mütəmadi olaraq nəzarətdə saxlanmasını tövsiyə edir. Həkim bildirib ki, hansı fasilələrlə edilməsi yaşdan, sağlamlıq vəziyyətindən və həkimlərin tövsiyələrindən asılıdır. 18-30 yaş arasında illik profilaktik müayinədən keçməlisiniz.

Bütün həkimlər kimi, professor da tez hazırlanan yeməklərə və fəstfudlara qarşı çıxır:

“Həddən artıq işlənmiş yeməklərdən çəkinin. Üstəlik, yalnız çox qızardılmış və bişmiş yeməkləri nəzərdə tutmuram. Təzə sıxılmış şirə sizi meyvələrdə olan dəyərli lifdən məhrum edir, eyni zamanda tərkibindəki şəkər, sürətli karbohidratlar köklüyə səbəb olur. Eyni hal blenderlə parçalanmış tərəvəz məhsullarına da aiddir. Blenderdən keçirilən tərəvəzlər müqayisə edilməz dərəcədə sürətlə və asan həzm olunur. Həzm prosesinə xərclənən enerji azalır, qanda qlükoza səviyyəsi daha sürətlə yüksəlir”.

Həkim Aqus əsas yeməklər arasındakı qəlyanaltılardan imtina etməyi tövsiyə edir:

“Gündə üç dəfə və nöqtə. Tez-tez yeməyi sevənlərdə diabetin inkişaf riski yüksəkdir. Endokrinoloqlar və diabetoloqlar da bunu təsdiqləyir. Ancaq istisnalar var. Həzm sisteminin müəyyən xəstəlikləri üçün qastroenteroloq fraksiya qidalanma təyin edə bilər. Əlbəttə ki, bu kimi tövsiyələrə əməl edilməlidir.

Meyvə-tərəvəzlərdə çox miqdarda vitamin var.

Mühazirəyə gələnlərin dövrümüzdə dərmanla yetişdirilən meyvə və tərəvəzlərin nə dərəcədə faydalı olması barədə verdikləri suala professorun cavabı belə olub:

“Onların bir çoxu istixana şəraitində yetişir, kimyəvi maddələrdən istifadə edilir, bəzən günəş işığı olmur və s. Lakin supermarketlərdən meyvə-tərəvəz alıb yeyən insanlarda vitamin çatışmazlığı olmur. Odur ki, lazımi ehtiyacı istənilən halda alacaqsınız, narahat olmayın. Yadda saxlayın ki, pəhriz əlavələri şəklində süni şəkildə sintez edilmiş vitaminləri atmaq tövsiyə olunur.

Ümumiyyətlə, elmi cəhətdən sübut edilmiş sağlam qidalanma növü var - Aralıq dənizi pəhrizi. Əsas komponentləri - balıq, tərəvəz, meyvə, zeytun yağı, taxıl məhsulları. Ən optimal ət miqdarı - həftədə 2-3 dəfə 200 - 250 qramdır”, - deyə professor vurğulayıb.

Professor Devid Aqus başqa nə məsləhət görür?

- Gündəlik işdə ardıcıllığı qorumaq çox vacibdir. Əvvəla - səhər yeməyi, nahar, şam yeməyini eyni saatlarda yemək. Yuxu saatlarının da eyni olması vacibdir.

- Qrip vaksinləri vurdurun.

- Siqareti tərgidin, o həyat keyfiyyətini pisləşdirir, ciddi sağlamlıq problemlərinə səbəb olur. Elektron siqaretə keçməyin! Onlar daha təhlükəlidir.

- İstirahətə, dincəlməyə vaxt ayırın.

- Yaranan iltihabı müalicə edin. Heç bir halda laqeyd yanaşmayın, çünki iltihabın ürək-damar xəstəliyi, xərçəng və vaxtından əvvəl qocalma səbəbi olduğu sübut edilib.

Məlumat üçün bildirək ki, sağlam həyat tərzinin təbliği ilə məşğul olan Devid Aqus “Sağlam və uzun ömür qaydaları” kitabının müəllifidir. Bu qaydalar toplusu ABŞ-da “New York Times” versiyasında ən çox satılan kitab olub və dünyanın 20-dən çox dilinə tərcümə edilib.

Devid Aqus məşhur “Apple” şirkətinin qurucusu Stiv Cobsun şəxsi həkimi olub. Onun 1 nömrəli xəstəsi 56 yaşında vəfat etsə də, Aqus bu işdə günahkar deyil. Həkim Stiv Cobsu əməliyyat masasına uzanmağa razı salmaq üçün uzun müddət dilə tutub. Amma belə şıltaq xəstəni o da inandıra bilməyib.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:45
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Oktyabr 2026 08:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see392

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see384

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see367

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see353

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see247

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see245

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see238

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see238

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see226

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see222

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see222

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see214

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see207

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see194

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see191

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see179

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see172

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see171

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see163

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri