Icma.az
close
up
RU
Dünya şöhrətli yapon professor 20 yaş gənc görünməyin İNANILMAZ SİRRİNİ AÇDI: Gündə bircə dəfə...

Dünya şöhrətli yapon professor 20 yaş gənc görünməyin İNANILMAZ SİRRİNİ AÇDI: Gündə bircə dəfə...

Icma.az, Saglamolun portalına istinadən məlumat verir.

Dünya şöhrətli yapon professor, süd vəzisi xərçəngi üzrə ixtisaslaşmış cərrah və "Yaponların Qədim Qidalanma Sirri” kitabının müəllifi - Yoşinori Naqumo 20 yaş gənc görünməyin sirrini açıb.

O, iddia edir ki, gündə bir dəfə yeməklə orqanizmin qocalmasının qarşısını almaq mümkündür. Y.Naqumonun 63 yaşı olsa da, ona 40-dan çox yaş vermək qeyri-mümkündür. Artıq 15 ildir ki, onun 62 kq çəkisi dəyişməz olaraq qalır. Həkim hesab edir ki, insanın daxili orqanlarının vəziyyəti necədirsə, xarici görüşü də o cür görünür. Ən əsası dəriniz parlaq, beliniz incədirsə, deməli, sağlamsınız. Əgər belə deyilsinizsə, deməli, bu, bir sıra xəstəliklərin xəbərçisidir.

Yoşinori Naqumo yalnız axşamlar olmaqla gündə bir dəfə yemək yeyir. Səhərlər kərə yağlı qəhvə içir, günorta duzsuz və yağsız fındıq-badam, axşamlar ürəyi nə tələb etsə... Beləcə, aclıq geninin daim aktiv fəaliyyətdə olmasını təmin edir. Şüarı da belə səslənir: "Gündə bircə dəfə ye, 20 yaş gənc qal!”

Publika.az Yoşinori Naqumonun Türkiyə mətbuatına verdiyi müsahibəni təqdim edir:

- Yaponiyanın ən məşhur həkimlərindən birisiniz. "Yaponların Qədim Qidalanma Sirləri” Türkiyədə də çap edildi. Və "Gündə bir dəfə yeyin, 20 yaş cavanlaşın” şüarınız böyük müzakirələrə səbəb oldu...

- Xərçəng xəstəliyi üzrə mütəxəssis kimi illərdir Yaponiyada çalışıram. Xalq təbabəti ilə məşğul oluram. Eyni zamanda, bir çox tibbi dərnəyin iştirakçısıyam, 60-dan çox tezis dərc etmişəm. Bütün bunları həyata keçirərkən fərqinə vardım ki, xəstəliklərin faizini aşağı salmaq istəyiriksə, ilk növbədə həyat tərzimizi radikal şəkildə dəyişməliyik. İctimaiyyətin diqqətini bu məsələyə yönəltmək üçün kitablar yazır və televiziya proqramlarında iştirak edirəm.

Kitablarım indiyə qədər Çin, Koreya, İndoneziya, Tailand, Vyetnam, İspan və Alman dillərinə tərcümə olunub. Kitablarımın məzmunu həyat tərzimdən bəhs edir. Kitabda nə yazılıbsa, onları həyatımda bir-bir reallaşdırmışam. Odur ki, sağlam qalmışam, 62 yaşında olmama baxmayaraq, yaşımdan cavan görünürəm.

- Bəli, çox gənc qalmısınız, sizə 40-dan çox yaş vermək olmaz...

- İnanıram ki, daxili orqanların vəziyyəti xarici görünüşə təsir edir. Odur ki, sağlam bədənə sahib olmaq və daha cavan görünmək üçün ən faydalı qidalanma və həyat tərzinin yollarını araşdırıram.

- Bütün dünya bilir ki, ənənəvi yapon qidalanma tərzi çox faydalıdır. Hətta deyilir ki, dünyanın ən uzunömürlü əhalisi Okinava adasında yaşayır.

- Bəli, elə idi. Əvvəllər yaponlar qida rasionunda sardalya və skumbriya kimi mavi dərili balıqlara, mövsüm tərəvəzlərinə və bol taxıla üstünlük verərdi. Bunlar artıq keçmişdə qalıb, təəssüf ki, iqtisadi cəhətdən rifah səviyyəsinin yüksəlməsi ilə birlikdə kütləvi surətdə istehsal olunan yeməklər bizim milli mətbəxə də təsirsiz ötüşmədi. Qablaşdırılmış şəkildə satılan yeməklər diabet və xərçəng kimi xəstəliklərin artmasının başlıca səbəbləridir. Təsəvvür edin ki, Okinava adasında piylənmə xəstəliyindən əziyyət çəkənlərin sayı artıb. Xüsusilə kişilərin ömrünün qısaldığı müşahidə olunur.

- Bəs çıxış yolu kimi nə təklif edirsiniz?

- Kitablarımda sirtuin genini və təsirlərini izah edirəm.

- Sirtuin geni nədir?

- Sirtuin geni Massaçusets Texnologiya İnstitutunun Biologiya Professoru Doktor Lernard Quarente tərəfindən tapılıb. Bu gen xüsusilə aclıq vaxtı aktivləşir və hüceyrələr üzərində cavanlaşdırıcı təsirə malikdir. Odur ki, sağlam və gənc qalmaq, hətta yaşınızdan 20 yaş daha cavan görünmək istəyirsinizsə, gündə bircə dəfə qidalanın!

- Bu da qəribə səslənir...

- Sizə qəribə gəlməsin. Bircə dəfə axşamlar yeyin və təsirlərini görün. Tamamilə dəyişəcəksiniz!
Ramazan çox məntiqli ənənədir!

- Uzun müddət ac qalmaq sağlamlığa zərərli deyilmi?

- Xeyr, deyil! Bəşəriyyət tarixi aclıq və soyuq hava ilə mübarizə üzərində qurulub. Aclıq və soyuq havayla mübarizə apara bilən insan həmişə həyatda qalır. Tarixi faktlar göstərir ki, həyat eşqi və güc aclıq vaxtı aktivləşir. Mədəmiz dolu olanda onun heç bir funksiyası olmur! Ramazan ayı bu baxımdan insan sağlamlığı üçün çox məntiqli ənənədir.

- Məsləhət görürsünüz ki, gənclik genini hərəkətə keçirmək üçün yalnız axşamlar yeyək. Bəs səhər və günorta yeməyində nə edək?

- Gündəlik qidalanma sayını birə endirin. Sadəcə axşamlar şam yeməyi ilə kifayətlənməyi öyrənin. Əgər səhər saatlarında aclığa heç bir dözümünüz yoxdursa, yağlı, ya da südlü qəhvə içməyi tövsiyə edirəm. Axşamlar qarnınız quruldamağa başlayanda yeməyə başlayın, məhdudiyyət yoxdur, istədiyinizi yeyə bilərsiniz.

- Bir qədər cəfəng yanaşma deyil?

- Qətiyyən deyil! Çox faydalı üsuldur. Qarnınızın quruldama səsinə də sevinəcəksiniz! O, səsə qulaq verin. Qarnın quruldamağa başlaması, somatotropik hormonların dəri və selikli qişanın yenilənməsinin əlamətidir. Surtuin geni bu zaman bədən hüceyrələrini yeniləyir. Həmçinin adiponektin də damarları yeniləyir.

- Bir sual verəcəyəm, amma sizi hiddətləndirməsin. Bir həkim kimi axşama qədər ac qalmağı təklif edərək insanların səhhəti ilə oynayısınız. Bu məsuliyyəti öz üzərinizə necə götürürsünüz?

- Xahiş edirəm, dediklərimi sınaqdan keçirin və bu üsulun necə təsir etdiyini görün. İnsan orqanizmi aclıq vəziyyətində daha yaxşı işləyir. Bu, elmi faktdır!

- Səhər yuxudan oyanandan axşam yatana qədər necə qidalanırsınız?

- Səhərlər qabığı soyulmamış meyvələr, kətan toxumu yağı ilə evdə hazırlanmış soya qatığı və ya kərə yağlı qəhvə içirəm. Günortalar duzsuz və yağsız meyvələr yeyirəm. Axşamlar isə ailəm və dostlarımla süfrə arxasında əyləşib dadlı yeməklərdən zövq alıram.

- Məsləhət görmədiyiniz ərzaqlar hansılardır?

- Şəkər, omeqa 6, trans yağlar və həddindən artıq duz.

- Hansı məhsulları həyatımızdan çıxartmalıyıq?

- Şəkər məhdudlaşdırılmalıdır. Qabığı soyulmamış meyvələr faydalıdır, amma meyvə suları səhhətiniz üçün ziyandır. Ağ çörəyi çıxmaq şərtiylə, bütün taxıllı qidalar olar. Lif bağırsaqların işləməsində əhəmiyyətlidir, odur ki, lifli qidalara daha çox üstünlük verin.

- Yerimək və hərəkət nə qədər əhəmiyyətlidir?

- Hüceyrə daxili mitondri oksigenlə bərabər yağları yandırdığı zaman bədəndə enerji istehsal olunur. Dümdüz qarın üçün qamətli dayanmaq, düzgün nəfəs texnikası, aerobika məşq, yeriş və digər idman hərəkətləri vacibdir. Amma ondan vacibi yuxudur. Əgər yaxşı yatmırsınızsa, hormonlar, qan dövranı sistemi, doğru nəfəs alıb-vermək, həzm prosesi, işığa həssaslıq, hətta düşüncələriniz qarmaqarışıq olur. Bununla belə həb atmağı tövsiyə etmirəm. Səhərlər günəş işığında gəzin və gün ərzində yatmayın. Əgər gecələr yuxuya gedə bilmirsinizsə, sadəcə gözlərinizi bağlayın və xəyala dalın. Bu, dərman almaqdan daha faydalıdır.

- Dərin yuxuya getmək üçün nə etməliyik?

- Hər səhər günəş vannası qəbul edin. Çölə çıxın, eyvana çıxın, səhər günəşini üzərinizdə hiss edin. Və gün ərzində qətiyyən yatmayın. Gündə bir dəfə yeyin - sadəcə nahar edin. Yeməkdən sonra gözlərinizi bağlayıb bir müddət meditasiya ilə məşğul olun və çox gec yatmayın. Çünki yuxu hormonları saat 9-dan sonra aktivləşməyə başlayır.

Alimin tövsiyələri

- İnsanda qan yağının artıq miqdarda olması (dislipidemi), qanda şəkərin yüksək olması və ya yüksək təzyiq nəticəsində bel ətrafı qalınlaşır. Belin ölçüsü kişilərdə 85 sm-i, qadınlarda isə 95 sm-i keçərsə, bu, metabolik sindrom əlamətidir.

- Həkim metabolik sindrom xəstəliyinizin olduğunu söyləsə, təlaşa düşüb qanda yağın miqdarını və ya təzyiqi salmaq üçün dərhal cürbəcür dərmanlar istifadə etməyin. Bu dərmanları bir dəfə istifadə etməyə başlasanız, ölənə qədər istifadə etmək məcburiyyətində qala bilərsiniz.

- Belə hallarda insan nə etməlidir? Həyat tərzinizi, xüsusilə də yemək vərdişlərini dəyişdirməklə xəstəliyə qalib gəlmək mümkündür.

- Gündə bircə dəfə qidalanın.

- Tərəvəzləri qabıqları, göyərtiləri yarpaqları və kökləriylə; Balığı dərisi, sümüyü və beyni ilə birlikdə yeyin;

- Tam taxıl məhsulları istifadə edin.

- Saat 22.00 ilə 02.00 arasında mütləq yuxuya gedin.

- Həddindən artıq yemək nələrə səbəb olur?

- "Gündə üç dəfə yemək faydalıdırmı?" sualına həmişə açıq və birmənalı şəkildə "Xeyr" deyirəm! Yetərsiz qidalansaq, əlbəttə ki, xəstələnərik. Bu qətidir. Bədəndəki həyat genləri xəstəlikləri müalicə etmək və qarşısını almaq üçün çalışır. Amma həddən artıq yedikdə, həyat gücü genləri demək olar ki, işləmir. Bu da onunla nəticələnir ki, xəstələnirik.
Bu dörd ölümcül - xərçəng, ürək xəstəlikləri, beyin qan sızması, diabet xəstəliyinin səbəbi də eynidir. Həddindən artıq yemək və yanlış qidalanmaq...

Yaponlarin uzun həyat sirri

İkinci dünya müharibəsindən əvvəl Yaponiyada ət, balıq, tərəvəz, taxıl kimi ərzaq maddələri bir növ dərman idi. Bu, həyatda qalmaq və "sağalma” üsulu idi. Faydalı qidalar bir növ dərman kimi qəbul olunurdu və belə müalicə üsulu o dövrün yemək mədəniyyətinin əsasını təşkil edirdi. Qısası, Yapon xalqı sağlam qidalanma, müalicə anlayışlarını mənimsəyərək, şüursuz da olsa, mükəmməl qidalarla qidalanırdı. Mən hələ də bu qidalanma tərzini müdafiə edirəm.

Yaponlar keçmişdə dənizdən tutduqları kiçik balıqları qızardır və hər gün bir ovuc dolusu balıq yeyərdilər. Kilkə balıqlarını dərisi, beyni və sümüyü ilə bütöv halda yemək o dövrdə insanlarının təbii qidalanma tərzi idi. Odur ki, onlar çox sağlam olardılar. Bir az böyük balıqların başlarını qızardaraq, sümüklərindən də cipsi hazırlayaraq yeyərdilər. Balıqlardan başdan quyruğuna qədər faydalanardılar.

Süfrədən doymamış qalxın!

İstənilən yaşda gənc qalmaq, sağlam və gümrah həyat sürmək istəyiriksə, qidalanma vərdişini dəyişməli, xüsusilə də doyana qədər yeməmək lazımdır!

Qadınlar da, kişilər də arıqlamaq üçün pəhriz saxlayır. Gündə bircə dəfə qidalanma üsulunun məqsədi bunlardır: sağlam həyat sürmək, qocalmamaq, arıq olmaq, hamar dəriyə və incə belə sahib olmaq. Elə təsir yarana bilər ki, təklif etdiyim üsul sadəcə arıqlamağa hesablanıb. Lakin incə bel və parlaq dəri həqiqətən də sağlamlığın əsas göstəriciləridir.

Aclıq və soyuq nəticəsində beyin hüceyrələri təkrar aktivləşir

Son zamanlar aparılan tədqiqatlarda məlum olub ki, ölmüş hüceyrələr ancaq aclıq və soyuq nəticəsində yenidən aktivləşir. İnsan oğlu bu vaxta qədər dəfələrlə həyatda qalmağı bacarıb. Yalnız aclıq və soyuğa dözümü gücü olan insanların həyatda qaldığını xatırlayın. Bu zaman o insanlarda ölmüş beyin hüceyrələri yenidən aktivləşməyə başlayır.
Beynin şüuruna nəzarət edən ən primitiv hissəsindəki sinirlərin kök hüceyrələrinə hipokampus deyilir. Aclığa və soyuğa məruz qaldıqda hipokampusun sinir hüceyrələrinin təkrar aktivləşdiyi sübut olunub.
80 kq idim, son 15 ildir ki, çəkim 62 kq-dır
Artıq 15 ildir ki, gündə bircə dəfə qidalanıram. Bir vaxtlar 80 kq idim, bu qidalanma tərzi sayəsində 62 kq-a düşdüm.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 17:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

66 yaşlı ingilisin əməli cəzasız qalmayıb...

18 İyul 2025 21:37see164

Putin Zelenskini görüşə çağırır, Ukrayna lideri isə “yox”deyir PƏRDƏARXASI MƏQAMLAR KONKRET

18 İyul 2025 15:15see118

Çində imtahanda aşağı bal topladığına görə oğlan evdən qovuldu

18 İyul 2025 02:01see118

Dondurma adı ilə buzlanmış süd satılır AÇIQLAMA

17 İyul 2025 18:19see117

Orban: Ukrayna münaqişəsinin həlli üçün Putin və Tramp arasında görüşün keçirilməsi zəruridir

18 İyul 2025 02:19see115

Paşinyan Dövlət Nəzarət Xidmətinin rəhbərini istefaya göndərdi

17 İyul 2025 16:54see114

Həkim sağlam yuxunun SİRRİNİ AÇIQLADI

17 İyul 2025 21:11see112

İpotekaya yararlı, hazır mənzil axtaranlara şad xəbər FOTOLAR

18 İyul 2025 08:56see111

Təhsilin inkişafı dövlətin diqqət mərkəzindədir

17 İyul 2025 17:31see111

Zəngəzur dəhlizi layihəsinin icrası ilyarım ləngiyə bilər

18 İyul 2025 19:31see110

Ersin Tatar: Prezident İlham Əliyev hər zaman bizə sahib çıxıb

18 İyul 2025 05:55see110

Demensiya onu məhv etdi... Artıq məşhur aktyor olduğunu belə xatırlamır

18 İyul 2025 18:54see110

Azərbaycan bu qədər pul itirdi Rəqəmlər

17 İyul 2025 16:58see110

Zelenski: Fransa Ukrayna üçün əlavə “Mirage” pilotları hazırlamağa hazırdır KONKRET

18 İyul 2025 19:20see109

İsrail Suriyaya qoşun yeritdi Alqışlarla qarşılandılar VİDEO

17 İyul 2025 17:30see109

150 illik müharibə TƏHLİL

18 İyul 2025 15:57see109

Ərəblərdən “Real”a 350 milyon, futbolçuya 1 milyard

18 İyul 2025 12:25see109

İsti suyun yüksək təzyiqi tez bir zamanda necə azaldır?

19 İyul 2025 10:57see108

Orban: Macarıstan Aİ dən çıxa bilər

18 İyul 2025 08:53see108

Göygöldə ailə münaqişəsi: Sərxoş ata oğlunun başına çaynik çırpdı

18 İyul 2025 08:01see107
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri