Icma.az
close
up
RU
Dünya tarixi dəyişikliklərin ASTANASINDA 2026 cı ildə bəşəriyyəti NƏ GÖZLƏYİR?

Dünya tarixi dəyişikliklərin ASTANASINDA 2026 cı ildə bəşəriyyəti NƏ GÖZLƏYİR?

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

2025-ci il artıq başa çatmaq üzrədir. Bu il dünya üçün ümumən heç də müsbət tendensiyalarla yadda qalmadı. Xüsusilə də Rusiya-Ukrayna müharibəsinin davam etməsi əvvəlki illərdə yaşanan problemlərin davam etməsinə səbəb olub. Üstəlik, Avropada müharibə hazırlıqlarının artması Aİ və Rusiya arasında savaşın başlaması ehtimalını gündəmə gətirib.
Düzdür, ABŞ-da hakimiyyətə gələn Donald Tramp həmin müharibəni dayandırmaq üçün artıq bir ilə yaxındır ki, müxtəlif səylər göstərir. Lakin hələlik konkret nəticələr yoxdur. Digər tərəfdən, ABŞ və Avropa İttifaqı arasında Ukrayna münaqişəsi ilə bağlı fikir ayrılıqları pik həddə çatıb.
Yalnız İsraillə HƏMAS arasında savaş səngiyib. Amma Qəzza bölgəsində də inkişafa doğru hər hansı bir irəliləyiş hələlik yoxdur.
Bu il dünyanın digər bölgələrində də ara-sıra yerli əhəmiyyətli toqquşmalar baş verib.
Azərbaycanla Ermənistana gəldikdə, avqustun 8-də Vaşinqtonda sülh müqaviləsinin paraflanması olduqca əhəmiyyətli bir hadisə kimi tarixə düşdü. Amma bununla belə, sülh sazişi yalnız Azərbaycanın tələbi yerinə yetiriləndən sonra - Ermənistan konstitusiyasında dəyişiklik məsələsi öz həllini tapanda mümkün olacaq.   
Qarşıdan gələn 2026-cı ildə bu fonda görəsən, dünya siyasətində nələr gözlənilir?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib ki, bəşəriyyətin yeni təqvim ilindən gözləntiləri çoxdur:
“Ən böyük gözlənti Rusiya-Ukrayna müharibəsinin dayandırılması ilə bağlıdır. Bu müharibə təkcə müharibə tərəflərinə deyil, ümumilikdə bütün dünyaya ciddi təsir edir. Loqistika pozuldu, vahid dünya bazarında çətinliklər yarandı. Eyni zamanda, Rusiyanın Avropa ilə qarşıdurması hər iki məkan üçün bir çox çətinliklərə səbəb olub. Müharibənin bitməsi bu kimi problemlərin çözülməsinə təkan verə bilər”.
Deputat qeyd edir ki, Donald Trampın müharibələri dayandırmaq istiqamətində göstərdiyi cəhdlər dünyada müsbət qarşılanır:
“Gələn il üçün digər gözləntilər isə dünyanın digər yerlərində baş verən başqa konfliktlərin də dayandırılması ilə bağlıdır. ABŞ Prezidenti Donald Trampın konfliktləri dayandırmaq cəhdi dünyada müsbət qarşılanır. Dünyanın aparıcı dövlətlərindən birinin müharibəni dayandırmaq cəhdi hesab edirəm ki, yaxşı nümunə ola bilər”.
Həmsöhbətimiz bildirir ki, Azərbaycan üçün vacib olan məsələ isə ölkəmizlə Ermənistan arasında çoxdan gözlənilən sülh müqaviləsinin bağlanması məsələsidir:
“Bu uzunmüddətli və dayanıqlı sülhü təmin edə, Cənubi Qafqazı qarşıdurma regionundan əməkdaşlıq regionuna çevirə bilər. Bu sülhün əldə edilməsi region kimi, dünya üçün də vacib məsələdir. Çünki region Orta Dəhlizin mərkəzində yerləşir, Azərbaycandan keçən loqistik xətlər şərqlə Avropanı birləşdirir. Amma sülh müqaviləsinin bağlanması üçün Ermənistan öz konstitusiyasına dəyişiklik edib, Azərbaycana olan ərazi iddiası ilə bağlı müddəanı ləvğ etməlidir.
Ənənəvi gözləntilər də qalır. İnkişafdan qalmış ölkələrin inkişafı, zəif inkişaf etmiş ölkələrdən Avropa və Amerikaya miqrasiyanın dayandırılması, elm və texnoloji yeniliklərin konfliktlərə deyil, inkişafa yönəldilməsi, süni intelektdən düzgün istifadə edilməsi, terrorizmin aradan götürülməsi də gündəmdə olan və həllini gözləyən vacib məsələlərdir”.
Rüfət Sultan, Bizim.Media    

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:121
embedMənbə:https://bizim.media
archiveBu xəbər 16 Dekabr 2025 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see371

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see260

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see223

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see202

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see189

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see183

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see174

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see164

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see161

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see160

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see159

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see154

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see149

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see148

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see148

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see148

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see146

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see146

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see144

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri