Icma.az
close
up
RU
Üçüncü Dünya müharibəsi qapıdadır: 2026 cı ildə bəşəriyyəti nə gözləyir? ŞƏRH

Üçüncü Dünya müharibəsi qapıdadır: 2026 cı ildə bəşəriyyəti nə gözləyir? ŞƏRH

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

Başa vurduğumuz 2025-ci il dünya tarixinə irimiqyaslı, lokal müharibələrlə yaddaqalan il kimi düşəcək. İl ərzində dünyanın əksər yerlərində gərginliklər yaşandı. Bunların arasında şübhəsiz ki, İranla İsrail arasında yaşanan müharibə ilk yerdə dayanır. Bu müharibə üç ildən artıqdır davam edən Rusiya-Ukrayna müharibəsini də kölgədə qoydu. 12 günlük müharibə İranın nüvə obyektlərini yerlə bir etməklə yanaşı, onun hərbi qüdrətini də xeyli zəiflətdi. Müharibəyə ABŞ-nin müdaxiləsi isə son oldu. Başa çatmaqda olan il Hindistan-Pakistan, Əfqanıstan-Pakistan, Kamboca-Tailand münaqişələrinin yaşanması ilə də yadda qaldı. Rusiya-Ukrayna müharibəsinə gəldikdə, müharibə nəinki səngidi, əksinə, Avropada müharibə hazırlıqları artdı. ABŞ Prezidenti Donald Tramp müharibəni dayandırmaq üçün bir ilə yaxındır ki, səylər göstərir. Lakin hələlik konkret nəticə yoxdur. ABŞ və Avropa İttifaqı (Aİ) arasında Ukrayna münaqişəsi ilə bağlı fikir ayrılıqları da pik həddə çatıb.

İl ərzində ancaq İsraillə HƏMAS arasındakı savaş səngiyib. Amma hələlik Qəzza bölgəsində də inkişafa doğru hər hansı bir irəliləyiş yoxdur.

Moderator.az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Gələn il üçün beş müharibə ssenarisi

Bəs 2026-cı ildə bəşəriyyəti nə gözləyir? Yeni təqvim ilindən gözləntilər çoxdur. Ən böyük gözlənti, qeyd etdiyimiz kimi, Rusiya-Ukrayna müharibəsinin dayandırılması ilə bağlıdır. Bu müharibə təkcə iştirakçı tərəflərə deyil, ümumilikdə bütün dünyaya ciddi təsir edir. Hərbi ekspertlər 2026-cı il üçün beş mümkün müharibə ssenarisini araşdırıblar: Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı ABŞ-Rusiya qarşıdurması, Çinin Tayvana qarşı addımları, ABŞ-nin Venesuela və ya İrana potensial hücumları, Şimali Koreyanın Cənubi Koreyaya gözlənilməz hücumu. Ekspertlər əmindirlər ki, çəkindirmə gücü, müttəfiqlik və ABŞ-nin müharibədən kənarda qalmaq istəyi 2026-cı ildə Üçüncü Dünya müharibəsinin başlayıb-başlamayacağını müəyyən edəcək.

Çinin iqtisadiyyatı ABŞ iqtisadiyyatını geridə qoyacaq

Gələcək dünya mənzərəsini proqnozlaşdırmaq da Qərbin ekspert icması üçün aktual mövzulardan birinə çevrilib. London Avropa İslahatlar Mərkəzinin xarici siyasət şöbəsinin direktoru M.Leonardın fikrincə, 2026-cı ildə Çinin iqtisadiyyatı ABŞ iqtisadiyyatından daha böyük olacaq. Hindistan ayrı-ayrılıqda istənilən Avropa dövlətindən daha böyük iqtisadi gücə sahib olacaq. Rusiya, Braziliya və İndoneziya inkişaf etdikcə xammal və intellektual kapitala maraq artacaq. Neft, su və mütəxəssislər uğrunda qlobal toqquşmalar baş verəcək. Ekspertlərin fikrincə, 2026-cı ildə bir deyil, ən azı dörd yeni dünya nizamı olacaq. Ən vacib güc qütbü ABŞ qalacaq. Lakin hətta o da, xüsusilə Hindistanı cəlb etmək mümkün olacağı təqdirdə, yalnız şərti dominantlıq təmin edə biləcək.

Qəzza sektorunda humanitar böhran

Yaxın Şərqdə atəşkəsin əldə edilməsinə baxmayaraq, Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) humanitar vəziyyətin ağır olaraq qaldığını xəbərdarlıq edir. 2025-ci il dekabrın 1-dən 2026-cı il aprelin 15-dək təxminən 1.6 milyon insan ərzaq təhlükəsizliyinin böhran səviyyəsi ilə üzləşəcək. Onlardan 571 min nəfər fövqəladə vəziyyətdə, təxminən 1.9 min nəfər isə fəlakətli vəziyyətdə olacaq. BQXK qeyd edir ki, döyüşlər yenidən başlasa və humanitar yardım dayandırılsa, bütün Qəzza sektoru 2026-cı ilin aprel ayının ortalarına qədər aclıq təhlükəsi ilə üzləşə bilər. 2026-cı il oktyabrın ortasına qədər münaqişə bölgəsində təxminən 101 min uşağın kəskin qida çatışmazlığından əziyyət çəkəcəyi, onlardan 31 mindən çoxunun ağır vəziyyətdə olacağı proqnozlaşdırılır.

Silahlanma yarışı davam edəcək

Silahlanma yarışı 2026-cı ildə davam edəcək və ümumi hərbi xərclər 3 trilyon dollara yaxınlaşacaq (2025-ci ildəki 2.8 trilyon dollarla müqayisədə). Lakin bu xərclərin artım tempi, yalnız ortaya çıxan sərt büdcə məhdudiyyətləri və yarışın əsas iştirakçılarının hərbi-sənaye potensialının məhdudiyyətləri səbəbindən yavaşlamağa meyilli olacaq.

Siyasi qütbləşmə artacaq?

Proqnozlara görə, ABŞ-də siyasi qütbləşmə tarixdə görünməmiş səviyyəyə çatıb. Respublikaçılar və demokratlar ölkənin keçmişi barədə tamamilə fərqli hekayələr təqdim edirlər. 2026-cı ilin noyabrında keçiriləcək aralıq seçki ölkənin gələcək vizyonunun necə formalaşacağına yön verəcək. Ekspertlər hesab edirlər ki, demokratlar Nümayəndələr Palatasında üstünlük qazansalar belə, Trampın idarəetmə tərzi, tarif maneələri, sərt bəyanatları davam edəcək. May ayında Cerom Pauellin yerinə təyin olunacaq yeni FED sədrinin qlobal bazarların gələcəyində həlledici rol oynaya biləcəyi bildirilir. Əgər FED-in qərarları siyasi təsir altına düşərsə, qlobal maliyyə sistemi kəskin və dağıdıcı bir münaqişə ilə üzləşə bilər.

Süni intellektin təsiri necə olacaq?

ABŞ-də süni intellekt infrastrukturu üçün ayrılan böyük investisiyalar hələlik iqtisadiyyatın zəif nöqtələrini arxa plana keçirib. Lakin əsas sual süni intellektin növbəti mərhələdə hansı təsirləri yaradacağıdır. Dəmir yolu, elektrik enerjisi və internet kimi tarixi nümunələr göstərir ki, yeni texnologiyalar bəzən çökmə dövrlərini də özü ilə gətirir. Lakin bu, texnologiyanın məhvinə deyil, əksinə, dünyanı silkələyən iqtisadi qarışıqlığa yol açır. "The Economist"ə görə, 2026-cı ildə süni intellektin xüsusilə orta təbəqə və universitet məzunlarına təsiri ən çox müzakirə edilən və cəmiyyətləri iki yerə bölən mövzulardan olacaq.

Avropanı gözləyən böhran

2026-cı il proqnozlarına görə, Avropa uzun illərdir rastlaşmadığı qədər ciddi bir sınaqla üz-üzə qalacaq. Qitə müdafiə xərclərini artırmalı, ABŞ ilə strateji münasibətləri qoruyub saxlamalı, eyni zamanda sürətlə böyüyən büdcə kəsirlərini cilovlamalıdır. Sərt qənaət tədbirlərinin ifrat sağçı qüvvələri daha da gücləndirə biləcəyi ehtimalı Brüsseldə narahatlıq yaradır. Yaşıl transformasiya, azad ticarət və müdafiə investisiyalarını eyni vaxtda həyata keçirmək Avropanın imkanlarını həddindən artıq yükləyə bilər. "The Economist"in qiymətləndirməsinə görə, müdafiə xərclərinin artırılması müəyyən qədər iqtisadi artımı stimullaşdıra bilər, lakin bu, qitənin problemlərinə davamlı həll vəd etmir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:38
embedMənbə:https://moderator.az
archiveBu xəbər 01 Yanvar 2026 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see272

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see231

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see208

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see192

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see182

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see171

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see157

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see156

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see150

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see149

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see149

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see148

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see144

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see142

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see142

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see141

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see140

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see139

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see136

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri