Icma.az
close
up
RU
Menu

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

Dünya təcrübəsində yaşıl kreditlər geniş tətbiq olunur ŞƏRH EDİLDİ

Dünya təcrübəsində yaşıl kreditlər geniş tətbiq olunur ŞƏRH EDİLDİ

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Yaşıl kreditlər, ətraf mühitə müsbət təsir göstərən və ekoloji cəhətdən davamlı layihələrin maliyyələşdirilməsi üçün verilən kredit növüdür. Bu kreditlər, əsasən, karbon emissiyasının azaldılması, enerji səmərəliliyinin artırılması və bərpa olunan enerji mənbələrinin inkişafı kimi məqsədləri dəstəkləyir.
Azərbaycanda yaşıl maliyyələşdirmə sahəsində bir sıra təşəbbüslər həyata keçirilmişdir. Məsələn, Azərbaycan Mərkəzi Bankı dayanıqlı maliyyə ekosisteminin formalaşdırılması məqsədilə "Yaşıl Taksonomiya" hazırlamış və təsdiqləmişdir. Bu sənəd, iqtisadi sektorlar üzrə yaşıl fəaliyyət növlərinin və onların texniki təsnifat meyarlarının müəyyən edilməsini əhatə edir. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Beynəlxalq bankında Biznes monitorinq üzrə ekspert Toğrul Novruzəliyev deyib.

Onun sözlərinə görə, Bank Respublika beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq edərək yaşıl layihələrin maliyyələşdirilməsi üçün vəsaitlər cəlb etmişdir: "Məsələn, 2024-cü ilin noyabr ayında Beynəlxalq Maliyyə Korporasiyasından (IFC) 20 milyon ABŞ dolları məbləğində yaşıl kredit cəlb edilmişdir. Bu vəsaitlər, ekoloji cəhətdən təmiz texnologiyalar və istehsal üsullarını tətbiq edən mikro, kiçik və orta müəssisələrə, eləcə də aşağı gəlirli ailə bizneslərinə dəstək məqsədilə yönəldilmişdir.
Eyni zamanda Azərbaycan Beynalxalq bankı yaxın gələcəkdə karbon kreditləri, dayanıqlı istiqrazlar və kreditlər kimi yaşıl bankçılıq və dayanıqlı maliyyələşmə ilə bağlı müxtəlif sahələrdə müştərilərinə yeniliklər təklif etməyi planlaşdırır. Bank, həmçinin, kağız və digər təbii resurslardan istifadəyə qənaət məqsədilə müxtəlif rəqəmsal və fiziki həllərin tətbiqini hədəfləyən layihələr üzərində işləyir. ABB-nin 2022-ci il üçün Dayanıqlı İnkişaf Hesabatında qeyd edilir ki, bank və maliyyə sektorunun ətraf mühitə birbaşa təsirləri digər enerji tutumlu sahələrlə müqayisədə nisbətən aşağı olsa da, kredit portfeli vasitəsilə müxtəlif sektorlara və bizneslərə göstərdiyi dolayı təsirlər əhəmiyyətlidir. Bu səbəbdən, ABB ətraf mühitə təsirləri məsuliyyətlə idarə etməyin vacibliyini qəbul edir".

Ekspert bildirib ki, dünya təcrübəsində yaşıl kreditlər geniş tətbiq olunur. Avropa İttifaqı ölkələri, xüsusilə Almaniya, Fransa və Niderland, bərpa olunan enerji, enerji səmərəliliyi və ekoloji nəqliyyat layihələrinə böyük həcmdə yaşıl kreditlər ayırırlar. Çin və ABŞ da yaşıl maliyyələşdirmə sahəsində əhəmiyyətli addımlar atmış, bərpa olunan enerji və ekoloji nəqliyyat sahələrində yaşıl kreditlər təqdim etmişlər.
Banklar ekoloji dayanıqlığa müxtəlif yollarla töhfə verirlər:
· Yaşıl kreditlərin təqdim edilməsi:Ekoloji cəhətdən təmiz layihələrin maliyyələşdirilməsi üçün aşağı faiz dərəcələri ilə kreditlər təklif edirlər.
· Daxili əməliyyatların optimallaşdırılması: Enerji səmərəliliyini artırmaq və karbon izlərini azaltmaq üçün daxili proseslərini yenidən qururlar.
· Müştərilərin maarifləndirilməsi: Ekoloji məsuliyyətli investisiyalar və yaşıl məhsullar haqqında müştəriləri məlumatlandırırlar.
· Yaşıl istiqrazların buraxılması: Ekoloji layihələrin maliyyələşdirilməsi üçün yaşıl istiqrazlar buraxaraq əlavə vəsait cəlb edilməsi.
Bu cür təşəbbüslər vasitəsilə banklar ekoloji dayanıqlığa və ətraf mühitin mühafizəsinə əhəmiyyətli töhfələr verirlər".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:258
embedMənbə:https://sia.az
archiveBu xəbər 18 Mart 2025 10:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see322

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see319

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see300

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see295

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see277

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see271

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see271

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see265

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see253

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see250

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see243

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see234

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see228

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see222

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see222

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see212

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see203

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see200

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see200

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri