Icma.az
close
up
RU
Qalib Azərbaycanın gücü dünya azərbaycanlılarının birliyindədir ŞƏRH EDİLDİ

Qalib Azərbaycanın gücü dünya azərbaycanlılarının birliyindədir ŞƏRH EDİLDİ

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

"31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Naxçıvanda Ulu Öndər Heydər Əliyev tərəfindən təsis edilib və bu bayram nəticə etibarilə dünyanın harasında yaşamasından asılı olmayaraq Azərbaycan dilində danışan, özünü azərbaycanlı hesab edən hər kəsin bayramıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bütün dünya azərbaycanlılarının prezidentidir". Bu sözləri SİA-ya açıqlamasında deputat Naqif Həmzəyev deyib.

Onun sözlərinə görə, əsrlər boyu Azərbaycan xalqının ən böyük arzusu, milli ideyası və tarixi hədəfi olan Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad olunması ilə Azərbaycanın tam ərazi bütövlüyü və suverenliyi bərpa edildi:

"Bu tarixi Zəfər yalnız hərbi qələbə deyil, eyni zamanda xalqımızın iradəsinin, birliyinin, milli ruhunun və dövlətçilik ənənələrinin təntənəsidir. Bu gün biz azad, müstəqil, suveren bir dövlətdə – öz taleyinə özü qərar verən, güclü ordusu və qətiyyətli siyasəti olan Azərbaycanda yaşayırıq. Bu qürurverici reallıq təkcə ölkə daxilində yaşayan vətəndaşlarımız üçün deyil, dünyanın müxtəlif guşələrində yaşayan milyonlarla azərbaycanlı üçün də böyük mənəvi dayaqdır. Azərbaycan vətəndaşları, eləcə də vətəndaşlıq mənsubiyyətindən asılı olmayaraq azərbaycanlı soydaşlarımız bu gün dünyanın müxtəlif ölkələrində yaşayır, çalışır, oxuyur və fəaliyyət göstərirlər. Onları birləşdirən əsas amil Azərbaycan dilinə, milli kimliyə, mədəniyyətə və Vətənə olan dərin sevgidir. Harada yaşamalarından asılı olmayaraq, Azərbaycan dilində danışır, bu dili qoruyub yaşadır, Azərbaycanın güclənməsi və beynəlxalq nüfuzunun artması üçün öz imkanları daxilində səylər göstərirlər.

Son illərdə Azərbaycan diasporu daha da təşkilatlanmış, güclənmiş və təsir imkanlarını xeyli artırmışdır. Xüsusilə 44 günlük Vətən müharibəsi zamanı bu həmrəylik və birlik bütün dünyaya nümayiş etdirildi. Cəbhədə qəhrəman hərbçilərimiz düşmənə qarşı mərdliklə vuruşduğu bir vaxtda, xaricdə yaşayan azərbaycanlılar da informasiya cəbhəsində fəal mübarizə aparırdılar. Onlar yaşadıqları ölkələrdə mitinqlər keçirir, beynəlxalq ictimaiyyəti məlumatlandırır, Azərbaycanın haqq səsini çatdırır, tarixi həqiqətləri dünyaya yayırdılar. Bu, xalqımızın tək yumruq kimi birləşdiyini göstərən parlaq nümunə idi.

Bu gün Azərbaycan diasporunun hər bir üzvü böyük fəxrlə “Mən azərbaycanlıyam” deyə bilir. Çünki biz artıq yalnız zəngin tarixə və mədəniyyətə malik bir xalq deyil, eyni zamanda qalib, güclü və söz sahibi olan bir dövlətin nümayəndələriyik. Bu qələbə milli qürurumuzu daha da artırmış, dünya azərbaycanlılarını bir amal ətrafında daha sıx birləşdirmişdir. Məhz bu birliyin və həmrəyliyin rəmzi olaraq 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunur. Bu tarix təsadüfən seçilməmişdir. 31 Dekabr bir ilin yekunu, görülən işlərin, qazanılan uğurların qiymətləndirilməsi və yeni ümidlərlə, yeni hədəflərlə qarşıdakı ilə qədəm qoymaq deməkdir. Eyni zamanda bu gün dünyanın hər yerində yaşayan azərbaycanlıların bir-birinə mənəvi bağlarla bağlı olduğunu, Vətənlə qırılmaz əlaqələrini ifadə edir. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü xalqımızın birliyinin, milli şüurunun, Vətənə bağlılığının və gələcəyə inamının bayramıdır. Bu əlamətdar gün münasibətilə dünyanın hər yerində yaşayan bütün azərbaycanlıları ürəkdən təbrik edir, onlara möhkəm birlik, əmin-amanlıq, uğur və rifah arzulayırıq. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü mübarək olsun".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:44
embedMənbə:https://sia.az
archiveBu xəbər 17 Dekabr 2025 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see286

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see280

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see276

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see249

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see241

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see229

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see196

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see195

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see184

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see171

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see150

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see148

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see144

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see141

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see141

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri