Icma.az
close
up
RU
“Dünya təhlükəli yola girib” Səxavət Məmməd

“Dünya təhlükəli yola girib” Səxavət Məmməd

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

 Yeni ilhaqlar, yeni zorakılıq dövrü başlayır

“Dünya sürətlə dəyişir və bu dəyişiklik qaçılmaz idi. Artıq heç kim köhnə qanun və qaydalarla idarə olunmaq istəmir; bu, böyük dövlətlərə də, kiçik dövlətlərə də eyni dərəcədə aiddir. Əslində, 44 günlük müharibə təkcə müasir döyüş metodlarının ilk qığılcımı deyil, həm də yeni beynəlxalq münasibətlər sisteminin yaranacağına dair ciddi bir işarə idi. Böyük müharibələr qapıdadır, dövlətlər artıq nəhəng təşkilatlar şəklində yox, daha çevik, kiçik qruplar halında hərəkət edəcək. 

Analitiklər hesab edir ki, yeni dünya düzənində tərəflər hələ tam formalaşmayıb. 2020-21-ci illərdə qeyd etdiyim kimi, artıq "balanslı siyasət" yürütməklə qorunmaq mümkün olmayacaq”.

“Sherg.az” xəbər verir ki, bu sözləri siyasi şərhçi Səxavət Məmməd deyib. Onun sözlərinə görə, Rusiyanın Ukraynaya təcavüzü ilə proseslər daha çılpaq və amansız xarakter almağa başlayıb. Donald Trampın hakimiyyətə gəlişi isə pərdəarxası gedən oyunları açıq müstəviyə keçirib:

“Tramp ilk addımlarında Qrenlandiya, Kanada və Panamanı hədəf taxtasına qoydu. ABŞ mətbuatı bu ambisiyaları "nəhayət", "axır ki" kimi başlıqlarla tirajladı. Maraqlıdır ki, Trampın gəlişindən sonra Ukrayna işğalına görə dünyanın hədəfində olan Putin sanki arxa plana keçdi; Tramp baş verənlərin bütün məsuliyyətini Bayden administrasiyasının üzərinə yüklədi.

Rusiyada bəzi politoloqlar postsovet ölkələrinə həmişə "dırnaqarası" baxıblar. İndi isə onlar sanki yarışa girərək bu ölkələrin müstəqilliyini açıq şəkildə sorgulayırlar. Əlbəttə, bu iddialar absurddur, lakin məsələ bizim nə deməyimiz deyil, dünyanın hansı təhlükəli yola girməsidir. Məsələn, ABŞ-ın Venesuela prezidentinə qarşı apardığı əməliyyat və onun oğurlanaraq aparılmasına, məhkəmə qarşısına çıxarmasına cavab olaraq, digər regionlarda oxşar ssenarilər hazırlanır. Dünənə qədər Tayvanı hərbi yolla necə tutmağı planlayan Çin, bu gün artıq Tayvan rəhbərliyini "oğurlamaq" məşqləri edir. ABŞ faktiki olaraq Qrenlandiyanı ilhaq etməyə hazırlaşır, Avropa isə çətin seçim qarşısındadır: ya mübarizə aparmalı, ya da mumlamalıdır. Tramp o dərəcədə ciddidir ki, müqavimət göstərən ölkələrə qarşı gömrük rüsumlarını artırır. Ən paradoksal məqam isə odur ki, bu ölkələrin çoxunda ABŞ hərbi bazaları mövcuddur. Onlar bu bazaları çıxarsalar, Rusiya təhdidi ilə üz-üzə qalacaqlar. Almaniyanın gah Rusiyanı təhdid görüb, gah da "Rusiya əslində Avropa ölkəsidir, onunla dil tapmalıyıq" deməsi məhz bu çarəsizliyin əlamətidir. Deyir, çirkini öpməyiblər, özün namuslu sayıb. Eynən Avropa İttifaqı kimi. Bir tərəfdən Rusiya "öpür", bir tərəfdən ABŞ "namusun korlayır". İndi təhlükəsizlik, müdafiə, təhdidə qarşı müqavimət yadlarına düşüb”.

S. Məmməd bildirib ki, Azərbaycan Prezidentinin son müsahibəsində Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrə birgə hərbi təlimlər keçirməyi təklif etməsi təsadüfi deyil. Rusiyadan gələn son "çağırışlar" fonunda bu bəyanatın mahiyyəti daha aydın görünür:

“Faktiki olaraq, şimaldan gələn təhdidlər Türkiyə istisna olmaqla, demək olar ki, bütün TDT üzvlərini hədəf alır.

Azərbaycanda bir çoxları elə hesab edir ki, Şuşa Bəyannaməsi təhlükəsizliyimiz üçün mütləq qarantiyadır. Lakin indiki geosiyasi reallıqlar fonunda bu, bir qədər mübahisəlidir. Bəyannamənin mətni NATO-nun 5-ci maddəsi kimi praktiki və operativ deyil. Tərəflərin müzakirə aparması və BMT nizamnaməsinə uyğun addım atması nəzərdə tutulur ki, bu da hadisələrin indiki sürəti ilə müqayisədə çox ləng mexanizmdir. Hesab edirəm ki, bu istiqamətdə daha kəskin və praktiki addımlara ehtiyac var. Niyə Türkiyənin təkbaşına zəmanəti yetərli olmaya bilər? Çünki biz Türkiyənin strateji prioritetini dəqiq anlamalıyıq: bu, Yaxın Şərqdir, yoxsa Cənubi Qafqaz? Türkiyə Yaxın Şərqdə əsas oyunçulardan biridir, lakin Orta Asiya və Cənubi Qafqazda eyni gücü qoruya biləcəyi müzakirə mövzusudur. Hətta Türkiyənin özü, NATO üzvü olmasına rəğmən, Pakistan və Səudiyyə Ərəbistanı ilə hərbi ittifaq imkanlarını araşdırır, danışıqlar aparır. Bu o deməkdir ki, biz təhlükəsizliyimizə dar çərçivədən yox, daha geniş pəncərədən baxmalıyıq. Bəlkə də böyük güclər (ABŞ, Rusiya, Çin) Cənubi Qafqazla bağlı gizli bir anlaşmaya varacaqlar, uzalaşacaqlar və təhlükə bizdən yan keçəcək. Amma indiki dünyada heç nəyə 100 faiz zəmanət yoxdur.

Hesab edirəm ki, gələcəkdə böyük dövlətlərin veto hüququ ilə iflic olmuş BMT kimi strukturların yerini, konkret hərbi-iqtisadi maraqları olan çevik koalisiyalar tutacaq”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:94
embedMənbə:https://sherg.az
archiveBu xəbər 19 Yanvar 2026 18:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri