Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sərhədlərimi keçən... Səxavət Məmməd yazır

Sərhədlərimi keçən... Səxavət Məmməd yazır

Adelet.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azadlıq tərəfdarıyam. Hər kəs azad fikrini deyə, ifadə edə bilər, etməlidir də. Hər kəs necə istəyir, elə də yaşamalıdır: biri vicdanı ilə, biri qüruru ilə, başqa biri də öz prinsipləri ilə. Ancaq sənin azadlığın, sənin yaşayışın mənim sərhədlərimə qədərdir! Sərhədlərimi keçən gözümün işığı olsa belə, üstündən tank kimi keçərəm, xırt-xəşilinə də dönüb baxmaram!

Bunu ilk dəfə deyil yazmıram. Mənə görə təriflənəcək adam təriflənməli, tənqid edilməli adam tənqid edilməlidir. Haqqı verilməli olana haqqı verilməlidir. Bu yazdıqlarım o demək deyil ki, əks fikirdə olan insanlara təzyiq olunmalı, aşağılanmalıdır. Konfutsi deyirdi: "Sənə pislik edənə heç vaxt yaxşılıq etmə. Əks halda yaxşılığa nə ilə cavab verəcəksən? Yaxşılığa yaxşılıqla, pisliyə isə ədalətlə cavab vermək lazımdır!"

İndi ləqəbi "Çevik" olan biri çıxıb ortaya, guya cahilliklə mübarizə aparır. Türkiyəlilərin maraqlı bir deyimi var: "Dinimə küfr edən musulman olsa bari". İnsan qəribə bir varlıqdır; bəziləri özlərinə hardansa bir vəzifə uydurub hesab edir ki, bu missiyanı o daşımalıdır. Adama sual verərlər: sən kimsən, elmin nədir, elmi dərəcən nədir ki, cahilliklə mübarizə bayrağı qaldırmısan? Dünyanın ən intellektual ölkələrində belə cəmiyyətin fikrini dəyişən, elmi-mədəni həyatda rol oynayan kəsim 2-3 faizi keçmir. Deyirsiniz ki, xalqımız cahil olmasın. Mən də bunu istəyirəm. Amma alternativ olaraq nə təklif edirsən? Ateizm? Kim və harada deyib ki, cahil ateist olmur?

Biz hələ uşaq vaxtından fərqli ideoloji və dini təbliğatlarla qarşılaşmışıq. Dini təbliğatçılıq missionerlik adlanır və mən ilk dəfə missionerlərlə 8-9 yaşımda tanış olmuşam. Çadır şəhərciyinin qarşı tərəfində meşə zolağı vardı. Tez-tez ora gedirdik oynamağa, giləmeyvə yeməyə. Meşədən çıxıb çadıra tərəf yolu keçmək istəyəndə xarici maşınlar saxlayar (o dövrdə xarici maşın az görünərdi), bizə kasetlər, kitablar verərdilər. O kasetləri maqnitofona qoyanda İsa Məsihdən danışıldığını eşidərdik. Sonra valideynlərimiz o kasetləri götürməyi qadağan etdi. Açığı, biz kasetləri alırdıq, sonra aparıb Ağcabədidə kaset satılan yerə verib üstünə mahnılar yazdırırdıq — çünki yeni kaset almaqdan ucuz başa gəlirdi. Bizim çadıra Türk Qızılayı baxırdı. İndi Ərdoğanı siyasi islamla ittiham edirlər, ancaq o vaxt bizə türkiyəlilər türklük, Orxon-Yenisey yox, eləcə də Latın əlifbası yox, məhz "Əlif, Ba, Ta, Sa, Cim..." öyrədirdilər. O dövrdən iki yerdən qovulmuşam: biri Aşura mərasimi, biri də türkiyəlilərin keçdiyi din dərsləri. Yəni öz ölkəsində və keçmişində nələrin baş verdiyindən bixəbər olanlar bu gün ortaya düşüb ağıllı-ağıllı mühakimələr yürüdürlər.

Yazının əvvəlində qeyd etdim ki, sənin azadlığın mənim sərhədlərimə qədərdir. Sosial şəbəkələrdə videolara baxıram, qarşıma yazılar çıxır. Kimsə "şiəyəm" deyəndə dərhal damğalayırlar: "İran aftafası", "Xomeyni küçüyü". Mənim babam, nənəm, onların da babaları hamısı namaz qılıb, oruc tutub, hamısı da möhürlə. Nəslimizdə bir möhür var, ona lağ edənlərin soy-kökündən daha qədimdir, daha dəyərlidir. Mənim nəslimin qıldığı namazın İranla heç bir əlaqəsi olmayıb və yoxdur; onlar namaz qılanda Xomeyninin "X"-sı da yox idi. Hər kimsə ümumi şəkildə insanları, bütöv bir inancı aşağılayırsa, qoy dönüb öz keçmişinə, öz kökünə baxsın! Sən azadlığının sərhədlərini aşdığın yerdən mənim azadlığım və reaksiyam başlayır. Mənim reaksiyamı isə bilmək istəməzsən...

Bu adamlar camaatı təhqir edəndə, aşağılayanda olur "bomba oğlan", "cahilqovan". Amma başına bir iş gələndə xatırlayırlar ki, qazidirlər. Ateizmdə qazilik anlayışı var ki? Gələk qazilik məsələsinə... Bu ölkədə neçə-neçə qazi imkansızlıqdan, haqsızlıqdan özünü yandırdı, intihar etdi. Qaziləri incitdilər, təhqir etdilər, dövlət qurumlarının qapısından qovdular. Nə əcəb onda bu "cahilliklə mübarizə aparanların" səsi çıxmırdı? Qazi deyildi onlar? Bayraq ordenli Azərbaycan zabiti gedib Rusiya-Ukrayna müharibəsində həlak oldu. Nə əcəb araşdırmırsınız ki, sinəsi medallı oğlanlar niyə gedib Ukrayna bataqlıqlarında tələf olurdular? Səbəbi nə idi?

Müharibənin 11-ci günü idi, Ağ uçuq tərəfdə uşaqlarla yığışmışdıq. Əmr gəlmişdi, döyüşə girəcəkdilər. İçlərində namaz qılanlar var idi — həm sünni, həm şiə. İçlərindən biri uzun illərin tanışı idi. Kanistri verdi mənə, dedi: "Ay dinsiz, suyu sən tök, dəstəmaz alaq". Gülə-gülə əllərinə, ayaqlarına su tökdüm; sünnili-şiəli çiyin-çiyinə durub namaz qıldılar və döyüşə getdilər. Aralarında sağ qalanı da oldu, şəhid olanı da. İndi nə düşmüsünüz sünni-şiə davasına? Bu ölkədə belə bir ayırıcılıq yox idi, təxribatçılar hər şeyi bir-birinə qatdı. Müharibənin ağır günlərində yolla gəlirdik, dostum Vasif Qurbanzadə saatına baxıb dedi: "Namazın vaxtıdır, namaz qılım, qardaşlarımıza da dua edim". Su yox idi. Əlimizlə toz ovuclayıb gətirdik, Vasif torpaqla təyəmmüm edib namazını qıldı. Sən o adamlara necə cahil deyə bilərsən? O adamların vicdan azadlığı mənim azadlığıma mane olurdu? Qətiyyən! Əksinə, müharibənin ortasında onların inancına sadiqliyi mənə xüsusi bir ruh verirdi. Kiminsə vicdan azadlığı o zaman mənim azadlığıma mane olar ki, o mənim ömrümü "İslama gəl", "Xristianlığa gəl" və ya "Ateist ol" deməklə zəbt etsin. O adamların oxuduğu kitablar da, aldığı təhsil də bəzilərinin nəslindən ağırdır. Bir gün xəbər gəldi ki, əsgərlər cəbhədə ancaq əsgər duası istəyir. Yağış yağdı, yarıqlar örtüldü? Dindən uzaq biriyəm, çox kitab oxumuşam və oxuyuram. Amma bu mənə haqq verirmi ki, kitab oxumayana pis baxım, namaz qılana "cahil", şiəsinə "İran aftafası", sünnisinə başqa bir damğa vurum?

Bir çoxu da özünü millətçi, türkçü kimi qələmə verir. Türklər tarixən irili-xırdalı tayfalar halında yaşayıblar. Bu adamların originatesi, kimliyi bəlli deyil, amma gəlib burada gen davası aparırlar.

Kim deyir ateizm pis şeydir? Ol, mane olan var? Ancaq sənin ateist olmağın inancların aşağılanmasına, təhqir olunmasına bəhanə verə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinə və beynəlxalq hüquq normalarına əsasən, vətəndaşların vicdan azadlığı müdafiə olunur. Dini, milli, irqi nifrətin qızışdırılması hüquqi məsuliyyət yaradır.

Dostlarım dedi ki, o videolara bax. Baxdım və sadəcə gülümsədim. Çünki onun ortaya qoyduğu, Allahın yoxluğu ilə bağlı dediyi arqumentlər mənim 9-cu sinifdən 1-ci kursa qədər axtarıb geridə qoyduğum məsələlər idi. Budur elm? Budur intellekt?

İbn Sina "Əl-İşarat vət-Tənbihat" əsərində "Burhan-i Siddiqin" konsepsiyasını irəli sürüb. Bu, İslam fəlsəfəsində Varlığın (Allahın) isbatı üçün istifadə olunan ən güclü və mükəmməl fəlsəfi arqumentlərdən biridir. Dində sən səthi arqumentləri dağıda-dağıda gələ bilərsən, ancaq bu cür fəlsəfi təfəkkürə çatanda daş qayaya rast gəlir. Mənə görə, həqiqi elmi yanaşma və intellekt də budur. Döyülmə faktını Nəsimini dərisinin soyulması ilə müqayisə edirlər. Nəsimini gedin yaxşı-yaxşı oxuyun, adam İslam fanatiki olub. Xalqı cahillikdən ayıltmaq istəyirsiniz? Çox gözəl. Riçard Dokinsə, Kristofer Hitçensə nə gərək var? Elə Nəsimini, Nizamini, Füzulini, Tusini öyrədin. Kökü burada olan düşüncə insanı mənən böyüdər, xaricdən daşınan primitiv ritorika isə sadəcə cəmiyyəti bölər. Əsl intellektual cəmiyyəti söyən deyil, onu öz dəyərləri ilə ucaldan adamdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:177
embedMənbə:https://adalet.az
archiveBu xəbər 06 Sentyabr 2026 13:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see379

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see303

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see291

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see262

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see262

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see246

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see243

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see238

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see230

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see229

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see213

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see212

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see210

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see208

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see208

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see207

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see201

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see198

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see195

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri