Icma.az
close
up
RU
Dünya tezliklə hər il 3 min buzlağı itirə bilər: Alimlər narahatdırlar

Dünya tezliklə hər il 3 min buzlağı itirə bilər: Alimlər narahatdırlar

Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Hər il təxminən 1000 buzlaq yox olur və bu göstərici, hətta ölkələr karbon emissiyalarının azaldılması üzrə hədəflərinə çatsalar belə, 2040-cı ilə qədər ildə 3000-ə yüksələ bilər. 

Qaynarinfo xəbər verir ki, bu barədə "New Scientist” nəşri yazır.

Qeyd olunur ki, son 20 il ərzində azı 4000 buzlaq ərəyib. Xüsusilə İsveçrədən olan tədqiqatçı Lander Van Trixt və onun həmkarları iqlim modellərindən istifadə edərək müxtəlif qlobal istiləşmə ssenariləri üzrə növbəti əsrdə dünyadakı 211 min buzlaqla nə baş verəcəyini proqnozlaşdırıblar.

Materialda bildirilir ki, hazırkı iqlim hədəfləri dünyanı bu əsrdə sənayeöncəsi dövrlə müqayisədə 2,7 dərəcə Selsi daha isti olmağa aparır. Bu isə 2100-cü ilə qədər dünya buzlaqlarının 79 faizinin yox olması deməkdir. Əgər bəşəriyyət qlobal istiləşməni 2 dərəcə ilə məhdudlaşdıra bilsə, buzlaqların 63 faizi itiriləcək.

Araşdırmada iştirak edən, Pittsburqdakı Karnegi-Mellon Universitetindən Devid Rauns isə vurğulayıb: "Biz çoxlu buzlaqları itirəcəyik, lakin eyni zamanda onların bir çoxunu qorumaq imkanımız da var”.

Onun sözlərinə görə, əgər ölkələr hədəflərinə çatmasa və dünya 4 dərəcə isinərsə, buzlaqların 91 faizi yox olacaq.

Alimlər həmçinin proqnozlaşdırırlar ki, buzlaqların əriməsi bu əsrdə dəniz səviyyəsinin 25 santimetr qalxmasına gətirib çıxaracaq. Bu proses suvarma üçün yay əriməsinə güvənən bir çox regionları da çətin vəziyyətə salacaq.

Nəşr əlavə edir ki, buzların əriməsi eyni zamanda buzlaq göllərindən suyun qəfil boşalması nəticəsində yaranan daşqınların artmasına səbəb olur. Belə hadisələrdən biri 2023-cü ildə Hindistanda 55 nəfərin həyatına son qoyub.

Əvvəlki tədqiqatlar göstərmişdi ki, bəşəriyyət qlobal istiləşməni Paris Sazişində nəzərdə tutulan ən iddialı hədəf olan 1,5 dərəcə ilə məhdudlaşdırsa belə, bu əsrdə bütün buzlaqların yarısı ərəyəcək. Lakin yeni araşdırma zamanı məlum olub ki, bu halda buzlaqların 55 faizi itiriləcək.

Van Trixt bildirib ki, iri buzlaqlar xeyli daha yavaş əriyir və buna görə də onlar daha gec yox olacaq.

Mövcud iqlim hədəflərinə əsasən, Qərbi Kanada və ABŞ-ın ona bitişik əraziləri 2100-cü ilə qədər demək olar ki, bütün buzlaqlarını itirəcək. ABŞ Geoloji Xidmətinin gələcək araşdırmalarına görə, bu, turizm üçün ciddi zərbə olacaq, çünki Montana ştatındakı Milli Buzlaqlar Parkı demək olar ki, bütün buzlaqlarını itirəcək. Bununla belə, bəziləri miniatür buzlaqlar və ya buz ləkələri şəklində qala bilər.

Nəşr əlavə edir ki, Alplar da demək olar ki, tamamilə buzsuz qalacaq.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 17 Dekabr 2025 23:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see267

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see236

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see211

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see207

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see206

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see180

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see178

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see178

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see170

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see170

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see166

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see158

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see155

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see155

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see155

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see155

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see153

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see153

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see151

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri