Yer kürəsi su altında qala bilər: Alimlər Qiyamət buzlağı nı necə xilas etmək istəyir?
Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.
Bu ay beynəlxalq alim qrupu Tuets buzlağı və ətrafına sensorlar yerləşdirməyə çalışır. Bu buzlaq dünyanın ən qeyri-sabit buzlaqlarından biridir və tez-tez Antarktikanın "Qiyamət buzlağı" adlandırılır. Əgər buzlaq dağılarsa, dünya okeanının səviyyəsi yarım metrdən çox yüksələcək.
Qaynarinfo "The Atlantic"ə stinadən xəbər verir ki, buzlağımn üzərindəki komandanın bir hissəsi optik lif kabelini demək olar kilometr dərinliyindəki qazmaya endirməyə çalışacaq. Kabel buzlağın əsasını əhatə edən sahəyə yaxın yerləşdiriləcək ki, okean altından buzlağı aşındırmasın. Eyni zamanda, Cənubi Koreyanın RV Araon buzqıranından çalışan başqa bir qrup robotun Amundsena dənizindəki qayalı morenaya enməsi üçün başqa bir kabel atmağı planlaşdırır.
Növbəti iki il ərzində sensorlardan toplanacaq məlumatlar Tuets buzlağı ilə bağlı əsas bilik boşluqlarını dolduracaq və buzlağı qorumaq üçün irəli sürülən cəsarətli ideyanın nəticələrini müəyyənləşdirəcək.
Hazırda isti su təbii sualtı morena boyunca buzlağın altına axır. Əgər bu təbii sədd bir az yüksək olsaydı, isti axınların qarşısını ala bilərdi. Alimlər və mühəndislər suyun sürəti və temperaturuna dair məlumatları istifadə edərək morena başında nəhəng "pərdə” tikilərsə, isti suyu buzlağın əsasından uzaqlaşdırıb-uzaqlaşdıra bilməyəcəyini və belə bir quruluşun texniki olaraq mümkün olub-olmadığını modelləşdirəcəklər.
Fəlakətin qarşısını almaq üçün tələb olunan bu quruluş nəhəng olacaq: "Pərdə" 150 metr hündürlüyündə və 80 kilometr uzunluğunda olmalıdır. "Lakin yerli şərait çox həssasdır - hər şey "bıçaq üstündə"dir", deyə layihə iştirakçısı, Nyu-York Universitetindən iqlimşünas Devid Holland bildirib. O və digər alimlər inanır ki, müdaxilə buzlağın taleyini dəyişdirə bilər.
Holland əlavə edib: "İnsanların iqlim böhranından "təmiz çıxış” olduğuna inanması artıq real deyil. Dünya ən az dağıdıcı həlli seçəcək".
Bir neçə il əvvəl bu "pərdə" layihəsi marjinal bir ideya idi. Lapland Universitetindən glasioloq Con Mur və tərəfdarları onu bir sıra məqalələrdə təqdim etmişdilər. Geomühəndislik – iqlim dəyişikliyinin simptomları ilə mübarizə aparmaq, özü ilə deyil – glasioloqlar arasında "qara ləkə” hesab olunurdu.
İndi isə getdikcə daha çox alim hədəfli müdaxilələrin qaçılmaz olduğunu düşünür. "Pərdə" layihəsi və Tuets buzlağının əriməsini yavaşlatmaq üçün ən azı bir rəqib ideya milyonlarla dollar toplayıb – yalnız geomühəndislik tərəfdarlarından deyil, həm də ənənəvi xeyriyyə fondlarından.
Geomühəndislik, o cümlədən okeandan karbon qazının çıxarılması və stratosferdə aerozol səpməklə günəşin işığını azaltmaq kimi metodlar, qlobal dekarbonizasiya kifayət qədər sürətli olmadığından tərəfdar qazanır. Keçən payız BMT elan edib ki, növbəti onillikdə qlobal temperatur sənaye öncəsi dövrdən 1,5°C-dən artıq artacaq – Paris Sazişinin qarşısını almaq istədiyi hədd.
Norveçin sabiq xarici işlər nazirinin müavini Marianna Hagen etiraf edib ki, uzun müddət geomühəndisliyi "elmi fantastika” hesab edib. Lakin Ukrayna müharibəsi bu baxışı dəyişib:
"Enerji təhlükəsizliyi ön plana çıxdı və heç kim enerji keçidindən danışmadı. Mən Con Murun tərəfinə keçdim, əsasən ümidsizlikdən, çünki gələcək nəsillər üçün təhlükəsiz yol görmürdüm".
2024-cü ildə o, "Pərdə" layihəsinin həmsədri olub. Layihə tez bir zamanda Outlier Projects və Tom Vilhelmsen Fondundan maliyyələşmə alıb.
Başqa bir qrup - "Arate Glacier Initiative" Tuets buzlağə altındakı ərimiş suyu çəkərək buzlağı əsas qayaya "dondurmağı” araşdırır. "Real Ice" təşəbbüsü isə Arktika buzuna dəniz suyu vuraraq onun qalınlığını artırmağa çalışır.
Kaliforniya Texnologiya İnstitutundan geofizik Brent Minçeu bildirir: "Bunlar qlobal fayda üçün çox lokal müdaxilələrdir".
Alimlər razıdır: müdaxilə olmasa, Tuets buzlağı növbəti əsrdə sürətlə geri çəkiləcək və sonunda çökməyə məhkumdur. Tuets Qərbi Antarktika buz örtüyü üçün tıxac rolunu oynayır – burada kifayət qədər su var ki, dəniz səviyyəsini təxminən 5 metr qaldıra bilsin. Lokal müdaxilələrin qiyməti, tərəfdarların sözlərinə görə, böyük şəhərlərin ətrafında bəndlər tikməyin xərci ilə müqayisədə xırda görünür.
Mur və həmkarları hesablayıblar ki, "pərdə"nin quraşdırılması 40–80 milyard dollar başa gələ bilər (illik 1–2 milyard dollar baxım xərci ilə), halbuki dəniz səviyyəsinin yüksəlməsinə adaptasiya təxminən illik 40 milyard dollara başa gələcək. Hər halda, dənizlə mübarizə üçün nəsə tikməliyik.
Buna baxmayaraq, bir çox elm adamı hələ də geomühəndislik ideyalarına və onların nəzərdən keçirilməsini əsaslandırmağa qəti etiraz edir. Ekseter Universitetindən poliar glasioloq Martin Zigert və 41 müəllifin yaxınlarda dərc etdiyi məqalədə göstərilib ki, "Pərdə" layihəsi və digər ideyalar texniki cəhətdən mümkün deyil, çox baha başa gəlir və ekosistem üçün təhlükəlidir. Əsas arqument: bu ideyalar dekarbonizasiyadan diqqəti yayındırır.
ABŞ-İngiltərə birgə Tuets tədqiqatına rəhbərlik etmiş glasioloq Ted Skambos əvvəllər ehtiyatla geomühəndisliyi dəstəkləyirdi, indi isə qəti əleyhinədir:
"Buz itkisinin yumşaldılması üsullarını maliyyələşdirməməliyik və ya test etməməliyik. Əsas diqqət fosil yanacaq istifadəsini azaltmağa yönəlməlidir".
Geomühəndislik tərəfdarları isə əleyhdarları qısa görən hesab edirlər.
"Sadəcə kriosferdəki dəyişiklikləri sənədləşdirmək, "Titanik"də ən yaxşı yeri seçib orkestrin son melodiyasını dinləmək kimidir. Geomühəndislik müdaxilələrini öyrənmək isə xilasetmə qayığının suya salınmasıdır", deyə Mur bildirib.
O hesab edir ki, dekarbonizasiya sabah baş verəcək olsa belə, bu Tuets buzlağını çöküşdən qurtarmayacaq.
Aydın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 03 Fevral 2026 22:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















