Icma.az
close
up
RU
Menu

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

Ronaldo tarixə düşdü

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

Dünya Türk Dili Ailəsi Günü ortaq ruhun bayramı

Dünya Türk Dili Ailəsi Günü ortaq ruhun bayramı

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 7 noyabr, AZƏRTAC

Səmərqənddə (Özbəkistan) keçirilən UNESCO-nun 43-cü Baş Konfransında 15 dekabr tarixinin Dünya Türk Dili Ailəsi Günü kimi qəbul edilməsi Türk dünyasının elm, mədəniyyət və dil birliyi baxımından son dərəcə əlamətdar və tarixi qərardır. Bu qərar təkcə türkdilli ölkələrin mədəni əməkdaşlığının deyil, həm də türk xalqlarının ortaq mənəvi köklərinin və dəyərlərinin beynəlxalq səviyyədə tanınmasının bariz göstəricisidir. UNESCO kimi nüfuzlu bir beynəlxalq təşkilatın türk dillərinin ailəvi bir sistem kimi qəbulunu və qeyd gününün təsis edilməsini rəsmiləşdirməsi, türkologiya elminin, eləcə də türk kimliyinin dünyada artan nüfuzunun təsdiqidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi katibi, Turan Dövlətləri Birləşmiş Konfederasiyasının xarici təşkilatlarla əlaqələr üzrə Azərbaycan təmsilcisi, filologiya elmləri doktoru Aynel Məşədiyeva söyləyib. Onun sözlərinə görə, türk dilləri ailəsi yalnız dilçilik kateqoriyası deyil, həm də ortaq mədəni yaddaşın, tarixi irsin və mənəvi birliyin daşıyıcısıdır. Türk dillərinin müxtəlif qollarında - Oğuz, qıpçaq, qarluq, Sibir və digər istiqamətlərdə qorunan qədim köklər, bu dilləri danışan xalqlar arasında dərin mənəvi və düşüncə yaxınlığını formalaşdırıb.

O bildirib ki, UNESCO-nun bu qərarı türkdilli ölkələrin elmi və mədəni təşkilatları, xüsusilə TÜRKSOY, Beynəlxalq Türk Akademiyası və digər qurumlar arasında əməkdaşlığın daha da dərinləşməsinə geniş imkanlar açır. Bu, həm də gələcək nəsillərə türk dillərinin öyrənilməsi, qorunması və inkişafı istiqamətində beynəlxalq səviyyədə daha sistemli proqramların həyata keçirilməsi üçün ciddi stimul olacaq.

Türk dillərinin qədim yazılı abidələrdən - Orxon-Yeniseydən, “Divani Lüğət-it-Türk” və “Qutadqu Bilik”dən başlayaraq müasir ədəbi dillərə qədər uzanan zəngin inkişaf yolu bəşər mədəniyyətinin ayrılmaz hissəsidir. Məhz bu zəngin mirasın qorunması və dünyaya təqdimatı türkologiyanın əsas vəzifələrindən biridir.

“UNESCO-nun qəbul etdiyi bu qərar həm də elm, təhsil və mədəniyyət sahəsində türk xalqları arasında qarşılıqlı anlaşmanın, elmi əməkdaşlığın və ortaq dəyərlərin güclənməsinə xidmət edir. Bu təşəbbüsün irəli sürülməsində və beynəlxalq səviyyədə qəbulunda fəal rol oynayan bütün türkdilli ölkələrə, xüsusilə Türk Dövlətləri Təşkilatına və onun üzv dövlətlərinin nümayəndələrinə səmimi təşəkkürümü bildirirəm.

15 Dekabr – Dünya Türk Dili Ailəsi Günü təkcə bir tarix deyil, həm də ortaq dilin, ortaq kökün və ortaq ruhun bayramıdır. Bu gün türk xalqlarının elmə, təhsilə və mədəniyyətə verdiyi töhfələrin daha geniş miqyasda tanıdılmasına, türk dillərinin beynəlxalq səviyyədə möhkəmlənməsinə və gələcək nəsillərə ötürülməsinə yeni bir mərhələnin başlanğıcı olacaq”, - deyə alim bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Noyabr 2025 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see402

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see386

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see316

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see311

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see221

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see218

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see218

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see216

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see211

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see198

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see192

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see190

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see185

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see184

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see183

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see182

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see178

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see173

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see168

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri