Icma.az
close
up
RU
Dünya Türk Dili Ailəsi Günü və Türk Akademiya KONKRET

Dünya Türk Dili Ailəsi Günü və Türk Akademiya KONKRET

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

Dekabrın 15-də UNESCO tərəfindən elan edilən Dünya Türk Dili Ailəsi Günü və Beynəlxalq Türk Akademiyasının yaradılmasının 15-ci ildönümü münasibətilə Qazaxıstanın paytaxtı Astanada təntənəli tədbir keçirilib.

KONKRET.az xəbər verir ki, yubiley tədbirləri çərçivəsində Akademiyanın son on beş il ərzində nəşr etdiyi elmi əsərlərdən ibarət kitab sərgisi təşkil olunub. Sərgidə Türk Akademiyasının tədqiqat fəaliyyətinin əsas istiqamətlərini əks etdirən fundamental nəşrlər, monoqrafiyalar və elmi seriyalar nümayiş etdirilib.

Kitab sərgisini tamamlayan fotoqalereyada isə Türk Akademiyasının yaranma və inkişaf mərhələləri, beynəlxalq layihələri, elmi ekspedisiyaları, arxeoloji tədqiqatları, eləcə də türk dövlətləri ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən əsas təşəbbüslər əks olunub.

Tədbir çərçivəsində təşkil edilən rəsmi qəbulda Türk Akademiyasının prezidenti, professor Şahin Mustafayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının keçmiş üzvü, diplomat və dövlət xadimi professor Adil Əhmətov, həmçinin Əl-Fərabi adına Qazax Milli Universitetinin rektoru professor Janseit Tüymebayev çıxış edərək yubiley münasibətilə təbriklərini çatdırıblar.

Yubiley mərasimində Qazaxıstan Parlamenti deputatları, türk dövlətlərinin səfirləri və diplomatik nümayəndəliklərinin rəsmi təmsilçiləri, Türk Əməkdaşlıq Təşkilatlarının nümayəndələri, dövlət qurumlarının rəhbərləri, Qazaxıstanın aparıcı universitetlərinin, kitabxana və muzeylərinin rəhbərləri, tanınmış alimlər və media nümayəndələri iştirak ediblər.

Çıxışında Türk Akademiyasının prezidenti Şahin Mustafayev yubileyin məhz Qazaxıstanda qeyd olunmasının xüsusi simvolik məna daşıdığını vurğulayıb. O xatırladıb ki, Türk Akademiyasının yaradılması 2009-cu ildə Naxçıvanda keçirilən Türk Dövlətləri Zirvə toplantısında Qazaxıstanın təşəbbüsü ilə qərara alınıb, qurumun təməli isə 2010-cu ildə Astanada qoyulub.

Mustafayev bildirib ki, ötən 15 il ərzində Türk Akademiyası Türk Dünyası üçün mühüm elmi mərkəzə çevrilib, elmi əməkdaşlığın inkişafına, ortaq tarixi və mədəni irsin qorunmasına, eləcə də türk dövlətləri arasında intellektual inteqrasiyanın gücləndirilməsinə əhəmiyyətli töhfələr verib.

Onun sözlərinə görə, Akademiya tarix, arxeologiya, etnoqrafiya, ədəbiyyat, dilçilik, terminologiya, incəsənət və sosial-iqtisadi tədqiqatlar sahəsində əsas layihələr həyata keçirir. Bu layihələrin nəticələri Türk birliyinin möhkəmləndirilməsinə və gələcək nəsillərə yol göstərməyə xidmət edən elmi nəşrlərdə əksini tapır. Xüsusilə Monqolustanda Nomqon, Qazaxıstanda isə Cankent və Manğıstau bölgələrində aparılan arxeoloji tədqiqatlara böyük önəm verilir və əldə olunan nəticələr elmi ictimaiyyətə geniş şəkildə təqdim olunur. O, həmçinin ötən il Akademiyanın dəstəyi ilə Ortaq Türk Əlifbasının qəbul edildiyini, dövlət başçılarının tapşırığına əsasən “Türk Ölkələrinin Tarixi” adlı akademik monoqrafiya üzərində işlərin davam etdiyini qeyd edib.

Şahin Mustafayev əlavə edib ki, Akademiya akademik mübadilə proqramları, Türk Dövlətləri Universitetləri Birliyi (TÜRKÜNİB) və Orxon təşəbbüsü vasitəsilə elm və təhsil sahəsində inteqrasiyanı fəal şəkildə dəstəkləyir və ortaq elmi-intellektual məkanın formalaşmasına zəmin yaradır. O vurğulayıb ki, Türk Akademiyası gələcəkdə də elmi diplomatiyanı genişləndirməyə və türk dövlətləri arasında mədəni və akademik əməkdaşlığı gücləndirməyə davam edəcək.

Çıxışının sonunda Mustafayev Qazaxıstanın regional elm və təhsil mərkəzi kimi artan roluna diqqət çəkib, ortaq tədqiqatların, akademik mobilliyin və elmi diplomatiyanın əhəmiyyətini vurğulayıb. O, bütün iştirakçıları Dünya Türk Dili Ailəsi Günü münasibətilə təbrik edərək, türk xalqlarının ortaq dil və mədəni irsinin qorunub yaşadılmasının vacibliyini qeyd edib.

Tədbir türk ölkələrinin zəngin musiqi ənənələrini əks etdirən konsert proqramı ilə başa çatıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:261
embedMənbə:https://konkret.az
archiveBu xəbər 15 Dekabr 2025 18:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri