Dünya üçün qorxunc PROQNOZ KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.
BMT-nin Ətraf Mühit Proqramı qlobal istiləşmənin hətta ən nikbin ssenaridə belə ən azı 1,8 dərəcəyə çatacağını açıqlayıb.
KONKRET.az xəbər verir ki, hesabatda Paris Sazişində nəzərdə tutulan 1,5 dərəcəlik həddin yaxın illərdə qaçılmaz şəkildə aşılacağı bildirilir. BMT hər əlavə istiləşmə mərhələsinin ekstremal hava hadisələrini, buzlaqların əriməsini, ekosistemlərin məhvini, adaların və sahilyanı şəhərlərin su altında qalması təhlükəsini artıracağını vurğulayıb.
Alimlərin hesablamalarına görə, istiləşmənin sənaye inqilabından əvvəlki dövrlə müqayisədə 3 dərəcəyə çatması 2100-cü ilə qədər buzlaqların kütləsinin dörddəbirindən çoxunu itirməsinə və dəniz səviyyəsinin 13 santimetr yüksəlməsinə səbəb ola bilər. Effektiv tədbirlər görülməzsə, 2050-ci ilədək qlobal ərzaq istehsalının 14 faiz azalacağı da bildirilir.
Hesabat müəllifləri vəziyyəti dəyişmək üçün istixana qazı emissiyalarının dərhal və davamlı şəkildə azaldılmasını, eyni zamanda atmosferdən karbon qazının çıxarılmasını vacib hesab edirlər. Əsas hədəf isə qlobal istiləşmənin əvvəlcə 1,8 dərəcədən yuxarı qalxmasının qarşısını almaq, sonradan isə bu göstəricini yenidən 1,5 dərəcəyə endirməkdir.
Mütəxəssislərin fikrincə, bunun üçün 2035-ci ilə qədər qlobal emissiyalar təxminən iki dəfə azaldılmalıdır. Mövcud dövlət siyasəti isə dünyanın ən azı 2,3 dərəcə istiləşməsi riskini yaradır./publika
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 03 Sentyabr 2026 19:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















