Dünya Vaşinqtonda böyük tarixi hadisəyə şahidlik etdi Musa Qasımlı
Xalqcebhesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Dünya Vaşinqtonda böyük bir tarixi hadisəyə şahidlik etdi. Azərbaycan, ABŞ və Ermənistan liderlərinin üçtərəfli bəyannaməni imzalaması ilə öz maraqları naminə uzun onilliklər ərzində “parçala, hökm sür” siyasəti yeridərək, xalqları bir-birinə vurub regionu qan çanağına çevirməyin sonu, Azərbaycan və Ermənistan arasında normallaşma, əməkdaşlıq, Cənubi Qafqazın tarixində yeni dövr başlayır".
Xalqcebhesi.az xəbər verir ki, bu fikirləri Milli Məclis sədrinin müavini Musa Qsımlı deyib.
M.Qasımlı bildirib ki, ABŞ Prezidenti Donald Trampın dərin zəkalı, çevik dövlət adamı kimi qiymətləndirdiyi Prezident cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətinin apardığı ədalətli müharibədə, döyüş meydanında qazandığı qələbə, irəli sürdüyü şərtlər dünya mərkəzində siyasi, diplomatik sahədə, masada da qəbul olundu, rəsmiləşdirildi': "ATƏT-in Minsk qrupu ləğv edilərək tarixin arxivinə göndərildi.
Birləşmiş Ştatlarla ikitərəfli və çoxtərəfli əməkdaşlıqda da yeni səhifə açılır. Azərbaycana qarşı tətbiq olunan 907-ci düzəliş ləğv edilir, strateji tərəfdaşlıq, müdafiə-təhlükəsizlik və başqa istiqamətlərdə fəaliyyətin əsası qoyulur.
Həmişə olduğu kimi, bu dəfə də qarşılanma mərasimindən tutmuş sonadək hər şey qürurverici idi. Cənab Prezidentİlham mümkün olmayanı mümkün edərək millətimizin başını uca etdi".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 09 Avqust 2025 11:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















