Icma.az
close
up
RU
Dünya xəritəsinə yeni dövlət daxil OLUR: Ərazisi rəsmən Tanınır

Dünya xəritəsinə yeni dövlət daxil OLUR: Ərazisi rəsmən Tanınır

Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.

Fransa və onun Sakit okeandakı ərazisi olan Yeni Kaledoniya arasında 10 günlük danışıqlardan sonra əldə olunan razılaşmaya əsasən, ada Fransa Respublikasının tərkibində qalacaq, lakin xüsusi dövlət statusu əldə edəcək.

Turkustan.az yerli mediaya istindən xəbər verir ki, Prezident Emmanuel Makronun təşəbbüsü ilə aparılan danışıqlar nəticəsində imzalanan saziş Yeni Kaledoniyanın Fransa Konstitusiyasına ayrıca bir dövlət kimi daxil edilməsini və əhalisinə həm fransız vətəndaşlığı, həm də “Kaledoniya vətəndaşlığı” verilməsini nəzərdə tutur.

Razılaşma ilkin olaraq 2025-cü ilin sonuna qədər Fransa parlamentində müzakirəyə çıxarılacaq. Əgər təsdiqlənərsə, 2026-cı ildə Yeni Kaledoniyada referendum keçiriləcək və yerli əhali sazişi qəbul edib-etməyəcəklərinə səs verəcək.

Makron “X” sosial media hesabında bu razılaşmanı “etibar seçimi” adlandıraraq bildirib ki, bu, həm Fransa ilə Yeni Kaledoniya arasında tarazlı münasibətlərin təməlini qoyur, həm də adanın öz kimliyini qorumaqla Fransa ilə birgə gələcəyini formalaşdırır.

Yeni Kaledoniya uzun illərdir müstəqillik uğrunda mübarizə aparan yerli Kanak icmasının etirazları ilə gündəmdədir. Xüsusilə 2024-cü ildə Parisin yerli seçki qanunvericiliyinə dəyişiklik edərək fransız mənşəli sakinlərin də səsvermə hüququnu genişləndirmək istəməsi bölgədə etirazlara səbəb olmuş, nəticədə baş verən iğtişaşlarda 14 nəfər həlak olmuşdu.

Yeni saziş bu gərginliyin aradan qaldırılması və Yeni Kaledoniya ilə Fransa arasında daha ədalətli və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin qurulması üçün əhəmiyyətli addım kimi qiymətləndirilir. /globalinfo.az/

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 15 İyul 2025 00:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see272

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see215

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see195

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see162

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see159

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see152

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see148

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see144

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see139

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see138

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see133

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see133

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see129

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see127

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri