Icma.az
close
up
RU
Azərbaycan dünyada etibarlı tərəfdaş, nüfuzlu dövlət kimi tanınır

Azərbaycan dünyada etibarlı tərəfdaş, nüfuzlu dövlət kimi tanınır

Icma.az bildirir, Sfera.az saytına əsaslanaraq.

Bu gün Azərbaycan davamlı və dinamik iqtisadi inkişafın, sarsılmaz ictimai-siyasi sabitliyin və təhlükəsizliyin tam təmin olunduğu, öz tərəqqisi ilə mütərəqqi nümunə yaradan qabaqcıl ölkələrdəndir. Eyni zamanda, respublikamız beynəlxalq müstəvidə müasir, hüquqi və demokratik dövlət, regional və qlobal təhlükəsizliyə layiqli töhfələr verən etibarlı tərəfdaş və dünya birliyinin məsuliyyətli üzvü kimi tanınır.

Əlbəttə, ölkəmiz hazırkı inkişaf mərhələsinə asanlıqla çatmayıb. Müstəqilliyin ilk illərində xaos meydanına çevrilən Azərbaycan Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətləri nəticəsində böhrandan xilas olaraq inkişaf yoluna çıxıb. Bu gün isə ölkəmiz Heydər Əliyev siyasətinin layiqli davamçısı olan möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi uğurlara imza atır.

Cənab İlham Əliyev 2003-cü ildə prezident seçildikdən sonra verdiyi bütün vədlərə əməl edib, Azərbaycanı güclü və qüdrətli dövlətə çevirib. Bu isə xalqın Prezident İlham Əliyevə inamını və güvənini daha da artırıb. Azərbaycan xalqı həm də onunla qürur duyur ki, dünya miqyasında nüfuzlu siyasətçi olan cənab İlham Əliyev öz fəaliyyəti ilə təkcə Azərbaycanın sürətli inkişafını təmin etməyib. Onun ideyaları, əməli fəaliyyəti həm də bəşəriyyətin inkişafına vacib töhfələr verib. Bu gün Prezident İlham Əliyevin rəhbərlik etdiyi qüdrətli Azərbaycan beynəlxalq əməkdaşlığın inkişafında, dünya miqyasında təhlükəsizliyin təmin olunmasında çox əhəmiyyətli rol oynayır.

2024-cü ilin fevral ayında keçirilmiş Zəfər seçkisi xalq-iqtidar birliyinin təntənəsi kimi dövlətçilik tariximizə qızıl hərflərlə əbədi həkk olunmuş və silinməz izlər buraxmışdır. Azərbaycan xalqı bir daha öz Qalib Liderinə sarsılmaz inam və sonsuz etimadını ifadə etmiş, bənzərsiz nailiyyətləri yüksək qiymətləndirərək yeni qələbələrə ürəkdən səs vermişdir. Bu, xalqımızın müdrik dövlət xadimi Heydər Əliyev irsinə dərin ehtiramının və Müzəffər Lider kimi dövlət başçısının qətiyyətli siyasətinə dəstəyinin daha bir bariz nümunəsi və möhtəşəm ifadəsidir.

Azərbaycanın qüdrətini artıran amillərdən biri uğurlu və səmərəli xarici siyasətin həyata keçirilməsidir. Bunun nəticəsi kimi, Azərbaycan dünyada etibarlı tərəfdaş, nüfuzlu dövlət kimi tanınır. Ölkəmizin qlobal təşəbbüsləri beynəlxalq müstəvidə çox yüksək qiymətləndirilir. Azərbaycan 155 ölkənin dəstəyi ilə 2011-ci ildə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilib və bir sıra beynəlxalq təşkilatlara uğurlu sədrlik etməklə  qlobal problemlərin həllinə öz dəyərli töhfəsini verib. Ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi uğurla həyata keçirməsi də bu baxımdan böyük əhəmiyyət daşıyır. Azərbaycanın beynəlxalq müstəvidə ən mühüm tədbirlərdən biri olan COP29-a müvəffəqiyyətlə ev sahibliyi etməsi isə onun dünyada artan nüfuzunu  bir daha bariz şəkildə göstərdi.

Yola salmağa hazırlaşdığımız  2024-cü il  həm də Azərbaycanın yekdilliklə D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının  üzvü seçilməsi ilə qalacaq. Bu, etibarlı, konstruktiv və perspektivli tərəfdaş olan Azərbaycana etimadın  daha bir  bariz nümunəsidir.

Cənab İlham Əliyev 2003-cü ildə Azərbaycan Prezidenti seçilərkən dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin tam və şərtsiz bərpasını öz siyasi proqramının əsas məqsədi olaraq bəyan etmişdi. Bu gün bu siyasi proqram artıq reallaşıb. Ölkəmiz 44 günlük Vətən müharibəsi dövründə işğalçı Ermənistanı döyüş meydanında darmadağın edərək kapitulyasiya aktına imza atmağa məcbur edib, ötən il həyata keçirdiyi lokal xarakterli antiterror əməliyyatı ilə suverenliyinin tam bərpasına nail olub və misilsiz Qələbə qazanıb. Bununla da ölkəmizin təhlükəsiz inkişafı təmin olunub və yeni tərəqqi dövrü başlayıb. Bu, dövlətçilik tariximizin ən böyük uğurlarındandır.

Bütün bunların nəticəsidir ki, Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında sıx birləşib. Xalq-iqtidar birliyi, güclü milli həmrəylik ölkəmizin bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edəcəyini əminliklə söyləməyə imkan verir.

Siyavuş Novruzov

Milli Məclisin Regional məsələlər komitəsinin sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:258
embedMənbə:https://sfera.az
archiveBu xəbər 24 Dekabr 2024 20:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see372

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see347

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see341

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see333

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see304

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see300

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see279

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see261

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see249

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see241

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see231

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see222

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see209

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see204

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see202

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see201

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see191

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see190

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see189

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri