Icma.az
close
up
RU
“Dünya yaddaşı: Əlyazma irsi” elmi seminar

“Dünya yaddaşı: Əlyazma irsi” elmi seminar

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 2 mart, AZƏRTAC

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda AMEA-nın müəssisələrində elmin populyarlaşdırılması və təhsilə inteqrasiyası istiqamətində növbəti seminar keçirilib.

Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Seminarda Bakı Dövlət Universitetinin və Bakı Slavyan Universitetinin tələbələri, “Könüllülük” layihəsi iştirakçıları və Əlyazmalar İnstitutunun doktorant və dissertantları iştirak ediblər.

Seminar çərçivəsində iştirakçılar institutun Ekspozisiya zalını ziyarət edib, burada sərgilənən qədim və nadir əlyazma nümunələri, elmi-tədqiqat müəssisəsinin fondunda mühafizə olunan yazılı abidələr, nadir eksponatlar, UNESCO-nun “Dünya yaddaşı” Beynəlxalq Reyestrinə daxil edilən əlyazma nüsxələri və s. barədə geniş məlumat əldə ediblər. Onlar Ekspozisiya zalındakı Ümummilli Lider Heydər Əliyev, Azərbaycan Demokratik Respublikasının Parlamenti və böyük mesenat H.Z.Tağıyev guşələri ilə də tanış olublar.

Daha sonra institutun akt zalında Türkdilli əlyazmaların tədqiqi şöbəsinin böyük elmi işçisi Şəhla Xəlillinin “Dünya yaddaşı: Əlyazma irsi” mövzusunda mühazirəsi dinlənilib. Alim çıxışında Əlyazmalar İnstitutunda mühafizə olunan, UNESCO-nun “Dünya Yaddaşı” siyahısına daxil edilmiş 5 unikal əlyazmadan söz açıb. O, hazırladığı videoslayd vasitəsilə yazının növləri, papirus, dəri, perqament kimi yazı materialları, Avropa filiqranlı kağız növləri, qələm və xətt növləri, o cümlədən yazının materiallaşdırılması, əlyazma kitablarının yaranması, hazırlanması və elektronlaşdırılması prosesi haqda geniş məlumat verib, onlardan əyani şəkildə nümunələr göstərib. Mühazirə iştirakçılar tərəfindən maraqla qarşılanıb, verilən suallar cavablandırılıb.

Qeyd edək ki, tələbələrin elmi-tədqiqat bacarıqlarının inkişaf etdirilməsi, onların müvafiq fənlər üzrə praktik biliklərinin artırılması və ixtisas səviyyələrinin gücləndirilməsi məqsədilə institutun Təhsil şöbəsi tərəfindən təşkil olunmuş bu kimi seminarların may ayının sonuna qədər davam etdirilməsi nəzərdə tutulub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:154
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Mart 2026 17:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see302

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see294

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see266

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see240

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see236

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see234

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see229

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see227

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see225

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see215

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see203

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see199

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see199

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see197

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see196

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see195

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see193

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see193

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see191

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri