Icma.az
close
up
RU
Dünya yeni mərhələyə başlayır Demokratiya ikinci plana keçir?

Dünya yeni mərhələyə başlayır Demokratiya ikinci plana keçir?

Icma.az, Azxeber.com portalına istinadən məlumatı açıqlayır.

Dünya yeni mərhələyə başlayır?

Hələ 2016-cı ildə Böyük Britaniyanın Avropa Birliyindən çıxması (Brexit) ilə bağlı təşkil edilən referendumdan sonra Böyük Britaniyada demokratiyanın bir model olaraq yetərli olub-olmaması ilə bağlı uzunmüddətli və dərin müzakirələr başladı. Xüsusilə siyasi analitiklər və media korrespondentlərinin əksəriyyəti hesab edirdi ki, liberal demokratiya çərçivəsində tətbiq olunan "bir insan – bir səs" prinsipi müasir mürəkkəb cəmiyyətlərin ehtiyaclarına tam cavab vermir. Plüralist sistemlərin — yəni çoxsaylı fikir və maraqların təmsil olunduğu demokratik idarəçilik modellərinin — səmərəliliyi ciddi şəkildə sual altına alınmağa başladı.

Demokratiyanın çəkisi: Səslərin bərabərliyi ədalətdir yoxsa ədalətsizlik?

Bəzi nəzəriyyəçilər təklif edirdilər ki, seçki hüququ insanın ümumi savadlılıq və təhsil səviyyəsi ilə proporsional şəkildə qiymətləndirilməlidir. Onların fikrincə, məsələn, orta məktəb məzununun səsi ilə doktorantura dərəcəsinə sahib olan bir vətəndaşın səsi eyni çəkiyə malik olmamalıdır. Bu yanaşma çərçivəsində seçkilər zamanı aşağıdakı kimi bir model təklif edilirdi: orta məktəb təhsili – 1 səs, bakalavr dərəcəsi – 2 səs, magistratura – 3 səs, doktorantura – 4 səs. Bu isə, əslində, qərarvermə mexanizmlərində Pareto prinsipi (80/20 qaydası) əsasında daha rasional yanaşmaların tətbiqinə çağırış idi — yəni cəmiyyətin inkişafına ən çox töhfə verə bilən azlıq (15-20%) daha çox söz haqqına malik olmalıdır. 

Bu yanaşma texnokratik idarəetmə və ya meritokratiya ilə səsləşir — yəni qərarların daha bilikli və təcrübəli şəxslər tərəfindən verilməsi düşüncəsi. Bəs bu nədir? Demokratik dəyərlərin heçə sayılması yoxsa təkmilləşmiş demokratiya?

Lakin o zaman bu təkliflər demokratiya ideyasının bərabərlik və iştirakçılıq prinsipləri ilə ziddiyyət təşkil etdiyindən, geniş ictimai dəstək qazana bilmədi. Buna baxmayaraq, müzakirələr göstərdi ki, Qərb demokratiyası bir çox ciddi struktur problemlərlə qarşı-qarşıyadır.

Bazar iqtisadiyyatının təkamülü və təbii monopoliyalar

Son 50-60 ildə planlı iqtisadiyyat bazar iqtisadiyyatı qarşısında uduzmağa başladı (SSRİ, Şərqi Avropa, Kuba və s.)

 Liberal demokratiya və azad bazar iqtisadiyyatı isə birgə inkişaf modeli kimi təqdim olunurdu. Lakin zaman keçdikcə məlum oldu ki, azad bazar iqtisadiyyatı olan ölkələrdə belə iqtisadi güc bir neçə transmilli korporasiyanın — yəni təbii monopoliyaların — əlində cəmləşib. Bir çox məsələlərin taleyini müəyyən edən də elə onlardır.

Sinqapur nümunəsi: Siyasi plüralizmsiz tərəqqi mümkündürmü?

2000-ci illərin əvvəllərində akademik dairələrdə Sinqapur modeli geniş şəkildə müzakirə olunurdu. Bu ölkə siyasi plüralizm olmadan, güclü dövlət idarəçiliyi, sərt korrupsiya nəzarəti və uzunmüddətli inkişaf planları ilə Asiyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrilmişdi. Maraqlıdır ki, Sinqapur nəinki iqtisadi, həm də sosial sahədə yüksək göstəricilər əldə etmişdi — bu isə siyasi plüralizmin olmaması halında da effektiv idarəetmənin mümkünlüyü barədə suallar doğurdu.

Əlbəttə, Sinqapur kimi kiçik, mərkəzləşdirilmiş ölkələrdə bu model daha asan işləyə bilərdi. Amma bu nümunə Qərbdəki bəzi dairələri düşündürürdü: İnkişaf üçün hansı daha vacibdir siyasi azadlıqlar yoxsa  dövlət institutlarının keyfiyyəti?

Çin: Avtoritar kapitalizmin yüksəlişi

Bu gün isə dünya daha ciddi bir dilemma ilə qarşı-qarşıyadır. Qərb demokratiyalarının yaratdığı iqtisadi modellər texnoloji və istehsal baxımından Çin kimi təkmərkəzli sistemlər qarşısında aciz qalır. Çin siyasi təkmərkəzlilik və iqtisadi dinamizmi birləşdirərək qlobal liderliyə doğru irəliləyir. Çin modelində demokratiya yoxdur, lakin planlı innovasiya, texnoloji yatırımlar, infrastruktur inqilabı və qlobal ticarətə açıq iqtisadiyyat var.

Belə başa düşmək olur ki, baş verənlər Qərb dünyasında liberal demokratiya ilə iqtisadi üstünlük arasında olan ənənəvi əlaqənin yenidən düşünülməsinə səbəb olub. 

Nəticə: Yeni idarəetmə modellərinə ehtiyac varmı?

Dünyada bizə qəribə görünən, təəccübləndirici hadisələr baş verir. Əslində isə bu hadisələr qlobal qüvvələrin və idarəetmə modellərinin təbii axarına uyğun baş verir. Sadəcə, bu axarın artıq klassik demokratiya çərçivəsinə tam sığmadığını görürük.  

Bu da insanları gələcəyin idarəetmə modelləri, texnokratiya, meritokratiya və post-demokratiya anlayışları üzərində düşünməyə vadar edir.

Görünən odur ki, dünyada müəyyən dəyərlər dəyişir, institutlar yenilənir, idarəetmənin mahiyyəti isə daha çevik və tələbatyönümlü olmağa məcbur qalır. 

Yaxın gələcəkdə texnokratiya (mütəxəssis idarəetməsi), meritokratiya (bacarıq və bilik əsaslı seçki hüququ), hətta süni intellekt dəstəkli qərarvermə modelləri aktuallaşa bilər. Bu isə insanları bir çox suallarla üz-üzə qoyur: 

- İnsan iştirakına əsaslanan səs çoxluğu, yoxsa alqoritmlərə güvənən rasional idarəetmə?

- Gələcəyin mürəkkəb texnoloji cəmiyyətləri üçün "bir insan – bir səs” prinsipi yetərlidirmi?

- Qərb demokratiyası özünü yenidən necə düşünməlidir ki, həm daxili sabitliyi, həm də qlobal rəqabət qabiliyyətini qoruyub saxlasın?

- Yeni nəsil seçicilər və liderlər siyasi idarəetmə modelləri ilə iqtisadi inkişaf arasında balansı necə qura biləcək?

Şəbnəm Səfərova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:142
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 01 Aprel 2025 01:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri