Icma.az
close
up
RU
Dünya yeni müharibə və aclıq astanasında: Döyüşə kim qoşulacaq?

Dünya yeni müharibə və aclıq astanasında: Döyüşə kim qoşulacaq?

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Yaxın Şərq növbəti müharibə astanasındadır. 

Səudiyyə Ərəbistanı Yəməndəki Husilərə qarşı genişmiqyaslı hücuma hazırlaşır. Məqsəd Husilərin Qırmızı dənizdəki Səudiyyə limanlarına qarşı tətbiq etdikləri blokadanı aradan qaldırmaqdır. 

Lakin Ər-Riyad bu əməliyyata təklikdə deyil, koalisiya şəklində qoşulmağı planlaşdırır. Bu məqsədlə  ABŞ, Misir, Pakistan, Türkiyə, Qətər, Bəhreyn, Küveyt, Cibuti, Somali və Sudan daxil olmaqla, təxminən 50 ölkə təşəbbüsə qoşulmağa dəvət edilib. 

ABŞ-nin koalisiyada iştirakına dair yekun qərar hələ qəbul edilməyib. Vaşinqtonun dəstəyi təşəbbüsün nüfuzu və effektivliyi baxımından əsas amil hesab olunur. 

Britaniyanın bu əməliyyata qoşulması ilə bağlı dəqiq məlumat yoxdur. Fransa, Almaniya və İtaliya isə hər hansı öhdəlik götürməzdən əvvəl ABŞ-nin qərarını gözləyir. Lakin ABŞ-nin hazırkı şəraitdə Husilərə qarşı müharibə məqsədilə koalisyaya qoşulacağı real hesab edilmir. 

ABŞ Mərkəzi Komandanlığından “Əl-Monitor” nəşrinə verilən açıqlamaya görə,  Vaşinqton daha çox Hörmüz boğazının müdafiəsinə və İranın dənizdən blokadasının təmin olunmasına diqqət yetirir. Ona görə də ABŞ diqqətini Yəmənə yönəltmək istəmir. 

Səudiyyə Ərəbistanı isə dünya dövlətlərini, o cümlədən ABŞ-ni Husilərin Bab əl-Məndəb boğazından keçən beynəlxalq gəmiçiliyi məhdudlaşdırmaq cəhdlərinin qarşısını almaq üçün koalisiyaya qoşulmağın vacibliyinə inandırmağa çalışır. 

Beynəlxalq koalisiya yaratmaq mövzusunun ABŞ və Səudiyyə Ərəbistanı arasında aparılan son danışıqları zamanı qaldırıldığı ehtimal edilir. 

ABŞ Prezidenti Donald Tramp iyulun 29-da Vaşinqtonda Səudiyyə Ərəbistanının müdafiə naziri şahzadə Xalid bin Salmanı qəbul edib. Görüş zamanı İranla münaqişənin əsas müzakirə predmeti olduğu deyilir. 

Səudiyyəli nazir ABŞ Prezidentinə İrana qarşı gələcək tədbirlərlə bağlı Ər-Riyadın mövqeyi barədə məlumat verib. Şahzadə Xalid Trampa Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın məzmunu və təfərrüatları açıqlanmayan bir xahişini çatdırıb. 

Qeyd edək ki, İran Xarici İşlər Nazirliyi və İslam İnqilabı Keşikçiləri Korpusu iyulun 27-də yaydığı bəyanatda ABŞ-ni və Fars körfəzi ölkələrini müharibəni Bab əl-Məndəb boğazı istiqamətində genişləndirməklə hədələyib. 

Husilər Bab əl-Məndəb boğazını bağlayacağı təqdirdə dünya üzrə neft ixracının təxminən 7 faizi dayana bilər. Husilərin boğazı bağlaması Səudiyyə Ərəbistanının gündəlik 3,5 milyon barel neftinin keçdiyi ərazi üzərində İranın hərbi və geosiyasi üstünlüyünü təmin etmiş olar. 

Bu baxımdan, Səudiyyə Ərəbistanının təşəbbüsü Husilərin  Ədən körfəzinə girişi bağlamaq cəhdini önləmək üçün preventiv addım hesab edilə bilər. Lakin Səudiyyə Krallığı Husilərlə təkbaşına müharibəyə girəcəyi tədirdə İranın raket və dron zərbələrinə məruz qalacağını da hesablayır. 

Ona görə də Ər-Riyad Bab əl-Məndəb boğazına nəzarəti ələ keçirmək üçün koalisiya şəklində hücum  təklif edir. Amma Tramp administrasiyası iki cəbhədə müharibə aparmaqda maraqlı görünmür. Husilər hazırda  Qırmızı dənizin cənubundan keçən gəmilərə tarif tətbiq etməklə hədələyirlər. 

Əgər Hörmüz boğazındakı vəziyyət Bab əl-Əndəbdə təkrarlansa, bu, neftin bahalaşması ilə yanaşı, taxılın və digər strateji məhsulların Süveyş kanalı istiqamətində daşınmasının qarşısını alacaq. 

Nəticədə, dünya ölkələri yeni iqtisadi şoklarla üz-üzə qala bilər. Belə olan halda ABŞ-nin hərbi əməliyyatlara qoşulması qaçılmaz olacaq ki, bu da diqqətin İrandan və Hörmüz boğazından yayınması deməkdir. 

Müşfiq Abdulla   
“Cebheinfo.az”

Açar sözlər: Müharibə ABŞ

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:127
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 31 İyul 2026 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see756

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see583

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see333

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see324

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see294

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see292

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see286

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see274

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see272

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see271

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see257

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see242

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see240

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see232

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see216

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see214

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see203

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see195

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri