Icma.az
close
up
RU
Dünya yeni müharibə astanasında: ABŞ Venesuela qarşıdurması

Dünya yeni müharibə astanasında: ABŞ Venesuela qarşıdurması

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son aylarda ABŞ-la Venesuela arasında münasibətlər yenidən təhlükəli həddə çatıb. Gərginliyin artması o qədər sürətlənib ki, Tramp administrasiyası Karib dənizinə hərbi qüvvə yeritmək və ABŞ hərbçilərinə Venesuela ərazisində gizli əməliyyatlar keçirmək üçün səlahiyyət vermək qərarı alıb. Vaşinqtonun bu addımı bölgədə mümkün müharibə risklərini gündəmə gətirib.
İki ölkə arasında gərginlik təxminən 20 ildən artıqdır davam edir. Münaqişənin mahiyyəti təkcə insan haqları və demokratik idarəçilik iddiaları deyil, ABŞ-ın Latın Amerikasındakı ənənəvi hegemon mövqelərinin sarsılmasıdır. Vaşinqtonun əsas narahatlığı isə bu səbəblərdən irəli gəlir:

Çin faktoru: Latın Amerikasında “sakit ekspansiya”

Son illərdə Çin–Venesuela münasibətləri tarixi maksimum həddə yüksəlib. Pekin iqtisadi böhran içində olan ölkədən strateji üstünlüklər qazanmaq üçün geniş investisiya paketləri və kredit xətləri açıb.

Çinin Venesuelada artan təsirinin əsas elementləri:

- On milyardlarla dollarlıq investisiya və infrastruktur layihələri
- Venesuelaya rekord həcmdə Çin mallarının ixracı
- Əvəzində Pekinin ucuz neft, alüminium, dəmir və digər strateji xammal alması
- Sosial-iqtisadi böhrandan istifadə edərək ölkənin strateji sektorlarını iqtisadi nəzarətə keçirməsi

2024-cü ildə iki ölkə arasında ümumi ticarət dövriyyəsinin həcmi 583 milyard dollar civarında olması, artıq Pekin–Karakas xəttinin regional güc balansını dəyişdirdiyini göstərir.

Statistik məlumatlara görə, 2024-cü ilin yanvar-noyabr aylarında Çin və Venesuela arasında ikitərəfli mal idxalı və ixracı illik müqayisədə 53,5% artaraq 582 milyon 994 milyon 828 min ABŞ dolları təşkil edib. Onların arasında Çinin Venesuelaya mal ixracının ümumi dəyəri illik müqayisədə 41,9% artaraq 440,806,222,000 ABŞ dolları təşkil edib. Çinin Venesueladan mal idxalının ümumi dəyəri illik müqayisədə 106,1% artaraq 142,188,060,000 ABŞ dolları təşkil edib.
Bu dinamika isə Ağ Evin strateji maraqlarına tam ziddir. ABŞ Latın Amerikasını öz “arxa həyəti” saydığından, Çin təsirinin sürətlə artması, Vaşinqton üçün qəbul edilməz təhlükə kimi qiymətləndirilir.

Rusiya faktoru: hərbi-siyasi ittifaq

Rusiya ilə Venesuela arasında iqtisadi əməkdaşlıq Çin qədər geniş olmasa da, Moskva Karakas üçün kritik əhəmiyyət daşıyan iki sahədə əsas oyunçudur:

- Enerji sektoru (PDVSA ilə birgə layihələr)
- Hərbi əməkdaşlıq və silah tədarükü

Venesuela Rusiyadan Latın Amerikasında ən böyük həcmdə silah alan ölkələrdən biridir. Moskvanın Karakasda yaratdığı hərbi-siyasi baza ABŞ-ın regional təhlükəsizlik arxitekturasını zəiflədir.

Xüsusilə də Kreml Maduro rejimini açıq şəkildə dəstəkləyir, Qərbin sanksiyalarına qarşı alternativ siyasi platforma yaradır.

ABŞ-ın narahatlığı: Tramp doktrinasının təməli

Tramp administrasiyasının “Böyük Amerika” konsepsiyası əslində ABŞ-ın qlobal güc statusunu bərpa etmək və rəqiblərin nüfuz dairələrini sıxışdırmaqdan ibarətdir. Çin və Rusiyanın Latın Amerikasında paralel şəkildə güclənməsi isə bu doktrinaya birbaşa təhdid yaradır. Xüsusilə də Çin. Pekin Venesueladakı daxili qeyri-sabit siaysi vəziyyəti gördüyündən təkcə Maduro rejimi ilə deyil, eyni zamanda müxalif siyasi qüvvələrlə də işləyərək uzunmüddətli təsir imkanları qurur.
Bu isə təbii olaraq ABŞ-ın narahatlığını daha da artırır. Çünki Çin Venesuelada hakimiyyət dəyişikliyindən asılı olmayaraq qalıcı aktora çevrilir.

Hərbi müdaxilə riski: Trampın son mesajı

Ağ Evin Venesuela sahillərinə hərbi qüvvə göndərməsi və xüsusi təyinatlılara “gizli əməliyyat” səlahiyyəti verməsi göstərir ki, psixoloji təzyiq nəticə verməzsə ABŞ-ın Venesuelaya məhdud hərbi müdaxilə ssenarisi artıq istisna edilmir.

Tramp administrasiyası hesab edir ki, Çin və Rusiyanın bu ölkədə artan mövqeyi nəzarətsiz qalarsa, Latın Amerikasında qüvvələr balansı Vaşinqtonun əleyhinə çevriləcək.

Nəticə olaraq onu qeyd etmək olar ki, Latın Amerikası qlobal qarşıdurmanın yeni cəbhəsi ola bilər.

ABŞ–Venesuela gərginliyi təkcə iki ölkə arasındakı siyasi mübahisə deyil. Qarşıdurma həm də ABŞ-Çin, ABŞ-Rusiya arasında Latın Amerikasında hegemonluq uğrunda mübarizənin tərkib hissəsidir. 

Venesuela dünyada enerji resurslarına görə ən zəngin ölkələrdən biri olduğu üçün buradakı geosiyasi mübarizə böyük güclər üçün dəyərli qənimətdir. Əgər diplomatik metodlar effekt verməsə, o zaman Karib hövzəsində yeni bir regional müharibə riski realdır.

Mürtəza

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:257
embedMənbə:https://olke.az
archiveBu xəbər 01 Dekabr 2025 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see405

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see322

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see279

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see269

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see268

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see256

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see253

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see245

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see243

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see241

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see228

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see223

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see216

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see215

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see215

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see214

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see212

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see210

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see201

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri