Icma.az
close
up
RU
Dünya yeni nüvə silahı yarışına yuvarlanır?

Dünya yeni nüvə silahı yarışına yuvarlanır?

Icma.az, Azvision portalına istinadən məlumat verir.

AzVision.az xəbər verir ki, Xirosimaya atılan bombadan 24 dəfə güclü olan “B61-13” adlı yeni nüvə başlığının istehsalının hazırlıq mərhələsi sürətləndirilmiş şəkildə həyata keçirilib və ilk partiya qoşunlara vaxtından yeddi ay əvvəl çatacaq. Bu, dünyada artan gərginlik fonunda nüvə arsenalının modernləşdirilməsi proqramının bir hissəsidir.
“B61−13” nüvə döyüş başlığı qravitasiya tipli bombadır, yəni təyyarədən atılan bombanın öz mühərriki yoxdur. “B61−7” başlığının bazasında hazırlanan yeni model isə təkmilləşdirilmiş təhlükəsizlik sistemi və dəqiqliyi ilə fərqlənir. Başlıq idarə olunan quyruq modulu alıb ki, bu da onu daha manevrli edə bilir və yerə endikdən sonra trayektoriyasını tənzimləməyə imkan verir. Nüvə başlığının gücü missiyadan asılı olaraq 10-360 kiloton (kT) arasında dəyişə bilər ki, bu da onuuniversal silaha çevirir.

Müqayisə üçün xatırladaq ki, 1945-ci ildə Xirosimanı məhv edən bombanın gücü 12-18 kT, Naqasaki üzərindəki partlayışın gücü isə 18-23 kT idi. Başqa sözlə desək, yeni silah həmin bombalardan on dəfələrlə dağıdıcıdır. Bununla belə, Vaşinqton yeni bombanın ümumi nüvə arsenalını artırmayacağını, sadəcə köhnəlmiş modelləri əvəzləyəcəyini iddia edir.
Qeyd edək ki, “B61−13” bombasının hazırlanmasına 2023-cü ildə başlanılıb. ABŞ-nin Energetika nazirliyi layihə üçün 92 milyon dollar ayırıb. İstehsal Los Alamos Milli Laboratoriyası və digər müdafiə obyektləri ilə birlikdə Milli Nüvə Təhlükəsizliyi İdarəsi tərəfindən əlaqələndirilir. Sürətləndirilmiş istehsal proqramı dizayndan ilk döyüş başlığına qədər olan vaxtı 25%-dən çox azaldıb.
Hər biri təxminən 5000 döyüş başlığına malik olan ABŞ və Rusiya hazırda dünyanın ən böyük nüvə gücləridir. Çin də son illərdə nüvə imkanlarını əhəmiyyətli dərəcədə artırıb. Məhz bu fonda müasir texnologiyaya və istifadənin çevikliyinə güvənən Amerika öz arsenalını yeniləməyə çalışır.
Ekspertlər “B61−13” başlığının təhdidlərin qarşısının alınması üçün nəzərdə tutulduğunu desələr də, onun böyük gücü beynəlxalq ictimaiyyətdə narahatlıq doğurur.
Birləşmiş Ştatlar 50 ildən artıqdır ki, “B61” ailəsinin nüvə bombalarından istifadə edir. İlk versiya 1968-ci ildə “xidmətə” qəbul olunub və o vaxtdan bəri onun bir neçə modifikasiyası yaradılıb. Yeni model “B61−7” və “B61−12” təsniflərini əvəz edəcək: nəticədə arsenalın ölçüsünü saxlamaq və onun effektivliyini artırmaq mümkün olacaq. Pentaqon rəsmilərinin iddiasına görə, bu, onlara beynəlxalq müqavilələri pozmadan müasir təhdidlərə daha yaxşı cavab vermək imkanı yaradacaq.
Putin Trampın ideyası ilə razılaşıb ABŞ Hərbi Hava Qüvvələri, həmçinin Yaponiyaya nüvə bombalarının atıldığı aviabazanı yenidən bərpa edir.
“B61−13” bombasının istehsalının beynəlxalq vəziyyətin pisləşməsi fonunda həyata keçirilir. Bu baxımdan, Ukraynadakı münaqişə, Çinlə artan gərginlik və Amerikanın xarici siyasətindəki qeyri-müəyyənlik nüvə silahı mövzusunu xüsusilə aktuallaşdırır.
Birləşmiş Ştatlar bir tərəfdən digər ölkələri silahlara nəzarəti gücləndirməyə təşviq etdiyi halda, müdafiə kompleksinin nüvə sahəsinə sərmayə qoyuluşunu dayandırmır. Təsadüfi deyil ki, ekspertlər tərəflərdən birinin potensialının artırılmasının qlobal risklərin artmasına səbəb ola biləcəyi barədə xəbərdarlıq edirlər.
Yeri gəlmişkən, fevralın ortalarında Donlad Tramp Ukrayna və Qəzza zolağında hərbi münaqişələr başa çatdıqdan sonra Rusiya və Çinlə müdafiə büdcələrinin və nüvə arsenallarının azaldılması ilə bağlı danışıqlar aparmaq niyyətində olduğunu açıqlayıb.
Rusiya prezidenti Vladimir Putin Rusiyanın dövlət telekanalına müsahibəsində bununla bağlı Vaşinqtonla danışıqlara hazır olduğunu bəyan edib.
Sahil İsgəndərov
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://azvision.az
archiveBu xəbər 02 Aprel 2025 14:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see360

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see343

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see303

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see272

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see247

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see216

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see206

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see201

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see198

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see195

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see190

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see183

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see179

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see173

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see172

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see170

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see167

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see167

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see165

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri