Icma.az
close
up
RU
Dünya nüvə silahı ilə təhdid olunur TƏHLİL

Dünya nüvə silahı ilə təhdid olunur TƏHLİL

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

Dünyamız təhlükə qarşısındadır. Ölüm-itim günbəgün artır. Baş verənləri aradan qaldırmaq, dünya düzənini təmin etmək istəyində olan da yoxdur. Çünki dünyada müharibələri, münaqişələri yaradanlar elə beynəlxalq aləmdə özlərini sülhün və təhlükəsizliyin qarantı kimi təqdim edən dövlətlərdir. Rusiya-Ukrayna savaşı amasız xarakter alır. Hər gün yüzlərlə insan həyatını itirir, yaralanır. Artıq Ukrayna kimi müstəqil dövlətdə həyat nişanı qalmayıb. Əhalinin yarıdan çox bir yerdən başqa yerə və yaxud xarici ölkələrə üz tutub. Müharibə isə hələ də davam edir.

Krımın 2014-cü il fevralın 27-də Rusiya tərəfindən işğal olunması ilə dünya düzəninin dəyişdiyini demək olar. Çünki bəzi öz hərbi gücünə, xüsusilə də nüvə silahına arxalanan dövlətlər nisbətən zəif dövlətlərin ərazilərini işğal etməyə həvəsləndilər. Bu isə dünyada xaos və anarxiyanın yaranmasına, hətta üçüncü dünya müharibəsinin baş verməsinə yol açır. Hətta vəziyyətin dəyişəcəyi təqdirdə nüvə müharibəsinin baş verməsi qaçılmaz görünür. Risiya prezidenti Vladimir Putinin “Rusiyasız dünya bizim nəyimizə lazımdır” deməsi onun nüvə silahı ilə dünyanın sonunu gətirə biləcəyinə işarəsidir. Təhlükəli fikirlərindən illər öncə isə o “Krımı müdafiə etmək üçün öz nüvə başlıqlarını döyüşə hazır vəziyyətə gətirə bilərdik”- deyə bildirmişdir. Təbii ki, nüvə silahından istifadə insanlığın məhv olması deməkdir. Nəzərə almaq lazımdır ki, bu gün dünyanın bir sıra ölkələrində mövcud olan nüvə silahı ABŞ-ın 1945-ci ildə Yaponiyanın Xiroşima və Naqasaki şəhərlərinə atdığı atom bombasından az qala milyon dəfə gücə və qırğınlar törətməyə qadirdir. Yaponiyanı İkinci Dünya müharibəsində sülhə gətirmək məqsədi ilə ABŞ-ın atdığı atom bombaları 250 minə yaxın insanın həyatına son qoymuşdur. Bu gün də həmin nüvə silahının ağır izləri, fəlakətləri Yaponiyada və ətraf regionlarda hiss olunmaqdadır.

Nüvə təhlükəsi gözlənilir

Faktlara istinadən demək olar ki, bu gün dünyada 9 nüvə dövləti var. Həmin nüvə dövlətlərindən 5-i rəsmi,4-ü isə qeyri-rəsmi nüvə dövlətləridir. Rəsmi nüvə dövlətləri ABŞ, Rusiya, Böyük Britaniya, Fransa və Çindir. Qeyri-rəsmi nüvə dövlətləri isə Hindistan, Pakistan, İsrail və Şimali Koreya hesab olunurlar. BMT-nin təşəbbüsü ilə 2 iyun 1968-ci ildə imzalanan “Nüvə silahının yayılmaması barədə müqavilə“yə əsasən, nüvə dövlətləri 1967 – ci il yanvarın 1-nə qədər nüvə sınaqları keçirən ölkələr hesab olunur. Həmçinin qeyd olunan müqaviləyə əsasən bu tarixdən sonra nüvə sınağı keçirən ölkələrin nüvə dövləti olması qanunsuz sayılacaq. Bu səbəbdən də biz nüvə dövlətlərindən danışarkən “rəsmi” və “qeyri-rəsmi” sözlərindən, anlayışlarından istifadə edirik. Nüvə sınaqları keçirmiş və bu silaha malik 9 dövlət həm də “Nüvə klubu”nun üzvü sayılır. Silahlara Nəzarət Assosasiyasının məlumatına əsasən hal-hazırda nüvə dövlətlərinin ixtiyarında təxminən 13000 nüvə başlığı var. “Nüvə klubu”nun üzvü olan dövlətlərin nüvə sınaqlarını keçirilmə tarixlərinin ardıcıllığı belədir : - ABŞ dünyanın ilk nüvə dövləti hesab olunur. Bu ölkə 1945-ci il iyulun 16-da Nyu-Meksika ştatının Alamoqoro səhrasında 20 kilotonluq atom bombasının ilk sınağını keçirdib. Hazırda ABŞ-ın arsenalında 5500 nüvə başlığı var. - Tarixdə 2-ci nüvə dövləti Rusiya sayılır. 1949-cu il avqustun 29 – da Qazaxstanın Semipalatinsk poliqonunda 22 kilotonluq ilk sovet nüvə silahının sınağı keçirilib. SSRİ – nin süqutundan sonra bütün nüvə silahları onun varisi Rusiya Federasiyasına verilib. Rusiya 6257 nüvə başlığı ilə dünyanın ən böyük nüvə dövlətidir. - Böyük Britaniya ilk nüvə sınaqlarını 1952 – ci il oktyabrın 3 – də Sakit okeanındakı Monte – Bello adasında həyata keçirib. Hazırda ölkə ərazisində 225 – dən artıq nüvə başlığı saxlanılır. - Fransa 1960-cı il fevralın 13-dən nüvə dövlətidir. Fransa 290 aktiv nüvə başlığına malikdir. - Çin 1964 – cü il oktyabrın 16-da Lobnor gölü yaxınlığında 20 kilotonluqnüvə silahını sınaqdan keçirməklə nüvə dövlətləri ailəsinə daxil olan 5 – ci ölkədir. Çinin arsenalında 350 – dən artıq nüvə başlığı var. - Hindistan 1974-cü il mayın 18-də ilk nüvə sınağını gerçəkləşdirib. Hindistanın 160 nüvə başlığı var. - İsrail 1979-cu il sentyabrın 22-də qeyri-rəsmi nüvə sınağı keçirib. Xarici kəşfiyyat məlumatlarına əsasən, 90 nüvə başlığı olan israil dövləti rəsmi şəkildə bunu təsdiqləmir. - Pakistan 1998-ci il mayın 28-dən nüvə dövləti sayılır. Arsenalında 165 nüvə başlığı olan Pakisan həm də nüvə silahına sahib olan ilk və yeganə müsəlman dövlətidir. - Şimali Koreya 2006-cı il oktyabrın 9-da ilk dəfə nüvə sınağı həyata keçirib. Nüvə silahından imtina edən dövlətlər də var: Məsələn, Lissabon protokoluna əsasən, Ukrayna, Qazaxıstan və Belarus ərazilərindəki nüvə silahlarını könüllü əsasda Rusiyaya təhvil veriblər, yaxud məhv ediblər. Argentina, Braziliya və Cənubi Afrika Respublikası da könüllü əsasda nüvə texnologiyası tədqiqatlarından imtina edərək, “Nüvə silahının yayılmaması barədə müqavilə”yə qoşulublar.Elə dövlətlərdə var ki, onlar nüvə silahı əldə etməyə can atsalarda istəklərinə nail ola bilməyiblər. Hitler Alamaniyası 1942-ci ildən nüvə silahı əldə etmək üçün geniş işlərə başalamış, ancaq istəklər reallığa çevrilməyib. Əgər həqiqətən də nasistlər nüvə silahı əldə etsə idilər, bu gün ki, dünyamız olmayacaqdı. Onlar müqavimət göstərən dövlətləri nüvə silahı ilə hədəfə alacaqdılar ki, bu da dünaynın sonunu gətirəcəkdi. Bununla belə A.Hitler və ətrafındakı nasistlər dünyada 70 milyona yaxın insanın həyatına son qoydular. Hadisələrin inkişafı təsdiq edir ki, müharibədə dünya əhalisinin 85 faizi, yəni 1, 8 milyard insan iştirak etmişdir. Ən qanlı savaş Almaniya ilə SSRİ arasında baş verdi. A.Hitlerin “Barbarossa” strateji planına görə, üç həftə ərzində SSRİ məğlubiyyətə uğramalı idi. Bu məqsədlə faşist Almaniyası 6 milyona yaxın canlı qüvvə olmaqla 190 diviziya, 4300 tank, 47 min top və minaatan, 4980 döyüş təyyarəsi və 192 döyüş gəmisindən ibarət qüvvə ilə SSRİ-nin ilhaqı üçün hücuma keçdilər. Faşistlər elə hesab edirdilər ki, böyük əraziyə və çoxmillətli dövlətə malik sovetlər hücum etməklə xalqlar mərkəzi hakimiyyətlə əlaqələrini kəsib, müstəqilliyə və suverenliklərinin qorunmasına can atacaqlar. A.Hitler bu barədə demişdir: “Rusiyanın geniş ərazisində yaşayan xalqlara münasibətdə siyasətimiz istənilən formada fikir ayrılığı və parçalanmanı təqdir etməkdir”. Lakin nasistlərin uzaqlara hesablanan planları iflasa uğradı. O zaman SSRİ-ni öz dövlətləri hesab edən xalqlar vahid bayraq altında birləşməklə faşizm kimi yırtıcı düşmənə qarşı birgə mübarizə apardılar. Amansız müharibə SSRİ-nin faşizm üzərində qələbəsi ilə başa çatdı. İkinci dünya müharibəsi başa çatdıqdan sonra məlum olmuşdur ki, müharibə zamanı 70 milyondan çox adam həyatını itirib, 200 nəfər insan isə yaralanıb. Ölən insanlardan 30 milyonu SSRİ-nin, 13,6 milyonu Almaniyanın, 6 milyonu Polşanın, 5 milyonu Çinin, 2,5 milyonu Yaponiyanın, 1,7 milyonu Yuqoslaviyanın, 600 mini Fransanın, 370 mini İngiltərənin, 300 mini ABŞ-ın və digər dövlətlərin payına düşmüşdü.

İnsanlıq ehtiyatlı olmalı, birgə dünyanı qorumağa çalışmalıdır

İkinci Dünya müharibəsindən sonra Almaniya ordu saxlamaqdan, hərbi texnika istehsal etməkdən və onu dünya bazarına çıxarıb satışını təşkil etməkdən məhrum edilmişdir. Bununla bağlı SSRİ, ABŞ və Böyük Britaniya liderlərinin 1945-ci il Yalta görüşündə razılaşma əldə edilmiş və bununla bağlı sənəd imzalamışlar. Lakin SSRİ-nin süqutundan sonra imzalanan saziş aktuallığını itirdi. Hazırda Almaniya öz hərbi sistemini qurmaqdadır. Daha doğrusu hərbi gücünə görə Almaniya heç də digər Avropa dövlətlərindən geri qalmır. Müasir hərbi silah sursat istehsal etməklə onu digər dövlətlərə də satışını həyata keçirir. Ən qorxulusu isə Almaniyanın getdikcə daha çox faşist ideologiyasına meyil göstərməsidir. Artıq Almaniyanın bir çox bölgələrində faşist dərnəklərinin yaradılması işi aparılır. Bunla bağlı hökumət 20 milyard avro vəsaitdə ayırıb. Bəzi hallarda Almaniyanın dünyada gedən münaqişələri, müharibələri qızışdırması, onları maliyyə və hərbi silah-sursatla təchiz etməsi də məhz yeni yaranan nasistlərin sifarişi və dəstəyidir. Almaniya dövləti faşist ideologiyasının məqsəd və vəzifələrinin gənclər arasında daha geniş təbliğ edilməsi məqsədi ilə Adolf Hitlerin qələmə aldığı “Mayn kampf (“Mənim mübarizəm”) kitabını yeni formada çap etməklə yayımını həyata keçirir. Bütün bunlar isə təhlükəlidir. Çünki Bonapart Napolionun hərbi yürüşləri də daxil olmaqla dünyada baş verən müharibələrin, münaqişələrin statistikası təsdiq edir ki, son iki yüz il də bəşəriyyətə ən böyük faciələri, insan qırğınlarını Almaniya yaşadıb. Yəni Almaniya bəşəriyyətə və insanlığa təhlükə yarada biləcək dövlətlərdəndir. Ona görə də insanlıq ehtiyatlı olmalı, Almaniyada faşist ideologiyasının çiçəklənməsinin qarşısını almaq üçün təcili və təxirəsalınmaz birgə tədbirlər görməlidir. Digər tərəfdən nüvə dövlətlərinin tərkisilah olunmaları üçün BMT və nüfuzlu beynəlxalq təşkilatlar əməli addımlar atmalı, danışıqlar, bəzi hallarda sövdələşmələrlə onların əlində olan nüvə silahının alınmasına nail olunmalıdır. Kim qarantiya verə bilər ki, bu gün nüvə silahı ilə az qala hər gün dünyanı hədələyən Rusiya günün birin də sözdən əmələ keçməyəcək. Və yaxud ABŞ-ı potensial düşməni hesab edən Şimali Koreya lideri Kim Çen İn gecə hansısa gördüyü yuxuya aludə olub D. Trampı cəzalandırmaq və ABŞ-ın varlığına son qoymaq üçün daim özü ilə gəzdrdiyi nüvə düyməsini basmayacaq. İsrail az qala Yaxın Şərqi özünün rəqibi hesab edir. Bu baxımdan ciddi təhlükə hiss etdiyi zaman nüvə silahından istifadə edə bilər. Pakistanla Hindistan hər gün bir-birinə zərbələr endirirlər. Onlar da məsələni birdəfəlik həll etmələri üçün nüvə silahına əl ata bilərlər. Ona görə də, sadə dünya insanları gözlənilən təhlükənin qarşısını almaq üçün əsaslı tədbirlər görməyə tələsməlidir.

İLHAM ƏLİYEV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 16 Yanvar 2026 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see237

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see236

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see196

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see190

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see184

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see179

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see173

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see160

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see151

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see150

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see147

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see146

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see144

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see142

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see140

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

14 Yanvar 2026 18:51see135

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see135

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see131

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see130

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri