Icma.az
close
up
RU
Dünya yeni pandemiyanın astanasındadır? ÜST dən açıqlama

Dünya yeni pandemiyanın astanasındadır? ÜST dən açıqlama

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Atlantik okeanının cənubundakı Argentina ilə Afrikanın qərbindəki Kabo Verde arasında hərəkət edən sərnişin gəmisində qeydə alınan hallardan sonra gündəmə gələn hantavirusu qlobal əhali üçün "aşağı riskli" kimi qiymətləndirib. Təşkilat eyni zamanda virusun genom sekvensi üzrə araşdırmaların davam etdiyini bildirib. Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, gəmidə aşkarlanan 7 hantavirus yoluxmasından 3-nün ölümlə nəticələnməsi beynəlxalq ictimaiyyətdə geniş müzakirə doğurub. ÜST-nin məlumatlarına əsasən, hantaviruslar gəmiricilər tərəfindən daşınan və insanlarda ağır xəstəliklərə səbəb ola bilən virus qrupuna aiddir. Artıq İsveçrədə də hantavirus infeksiyası halı aşkarlanıb. "Reuters" agentliyinin İsveçrə hökumətinə istinadən verdiyi məlumata görə, bir kişi Sürix xəstəxanasında müalicə alır. Onun bir neçə hantavirus infeksiyası halının baş verdiyi gəmidə kruizdən sonra İsveçrəyə qayıtdığı bildirilir.

Virusun xüsusiyyətləri və yoluxma yolları

Hantaviruslar nadir hallarda insana keçən zoonoz viruslar kimi tanınır. İnsanlar əsasən yoluxmuş gəmiricilərlə və ya onların sidiyi, nəcis və tüpürcəyi ilə təmas nəticəsində yoluxur. Daha az hallarda isə gəmirici dişləmələri ilə də keçə bilər. İnkubasiya dövrü adətən 1–6 həftə təşkil edir və xəstəlik çox vaxt hərarət, baş ağrısı, əzələ ağrıları, qarın ağrısı, ürəkbulanma və qusma kimi əlamətlərlə başlayır. Erkən mərhələdə diaqnozun çətin olduğu, simptomların qrip, Kovid-19, dang qızdırması və ya sepsis kimi xəstəliklərlə qarışa bildiyi bildirilir.

Ağır fəsadlar

Hantavirus infeksiyası ciddi ağırlaşmalara və ölümə səbəb ola bilər. Amerika qitəsində bu viruslar ölüm faizi 50 faizə çata bilən hantavirus kardiopulmonar sindromu ilə əlaqələndirilir. Cənubi Amerikada isə insandan insana məhdud keçidi qeydə alınmış Andes virusu bu qrupun nümunələrindən biridir. Avropa və Asiyada isə hantaviruslar böyrək sindromlu hemorragik qızdırmaya (HFRS) səbəb ola bilir.

Qlobal vəziyyət

Dünyada hantavirus infeksiyalarının nisbətən nadir olduğu bildirilir. İllik yoluxma sayının 10 min ilə 100 min arasında dəyişdiyi təxmin edilir. Ən yüksək xəstəlik yükü Asiya və Avropa regionlarında qeydə alınır. Xüsusilə Çin və Cənubi Koreya kimi ölkələrdə hər il minlərlə HFRS hadisəsi aşkarlanır, lakin son illərdə azalma tendensiyası müşahidə edilir.

ÜST-dən açıqlama

ÜST-nin Epidemiya və Pandemiyaların Qarşısının Alınması Bölməsinin direktoru Mariya van Kerkhove bildirib ki, hantaviruslar gəmiricilər tərəfindən yayılır və ciddi xəstəliklərə səbəb ola bilər. O, eyni mühitdə yaşayan və yaxın təmasda olan insanlar arasında "insandan insana keçidin mümkün ola biləcəyini” qeyd edib. Gəmidə başqa simptomatik xəstənin olmadığı, gəminin isə Kanar adalarına doğru hərəkətini davam etdirdiyi və İspaniya rəsmiləri ilə koordinasiyanın aparıldığı bildirilib. ÜST həmçinin xəstəliyin ilkin mərhələdə daha yoluxucu ola biləcəyini ehtimal edir.

Müalicə və profilaktika

Hantavirus üçün xüsusi müalicə və ya təsdiqlənmiş vaksin mövcud deyil. Erkən mərhələdə göstərilən dəstəkləyici tibbi yardım sağ qalma ehtimalını artırır. Profilaktik tədbirlər əsasən gəmiricilərlə təmasın azaldılmasına yönəlib: yaşayış və iş yerlərinin təmiz saxlanması, gəmiricilərin girişinin qarşısının alınması, çirklənmiş sahələrin təhlükəsiz təmizlənməsi və gigiyena qaydalarına əməl edilməsi əsas tədbirlər sırasındadır. ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus isə vəziyyətin hazırkı məlumatlara əsasən qlobal miqyasda "aşağı risk” səviyyəsində qiymətləndirildiyini və monitorinqin davam etdiyini açıqlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 06 May 2026 23:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın sonu yaxınlaşır Dəccal haqqında peyğəmbərlik gerçəkləşməyə başladı

27 Avqust 2026 23:51see258

Qiymətlər niyə yüksəlir? Hörmüz boğazının təsiri nə qədərdir, digər amillər hansılardır?

28 Avqust 2026 13:00see241

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

29 Avqust 2026 17:51see240

Beşbarmaq: əsrlərin sirrini qoruyan müqəddəs dağ

28 Avqust 2026 15:04see238

Onlar üçün kiçik ailə biznesləri yaradıldı Fotolar

28 Avqust 2026 18:00see236

İnfarkt üçün yeni təsnifat hazırlandı

28 Avqust 2026 17:20see233

Fransa 44 fələstinlini Qəzza bölgəsindən təxliyə edib

28 Avqust 2026 23:21see226

Cəmalanın 43 yaşı var...

28 Avqust 2026 21:07see222

Bakıda Türkiyənin Zəfər Bayramı qeyd olundu

28 Avqust 2026 23:53see214

Rusiya niyə qəsdən valyutasını zəiflədir?

28 Avqust 2026 20:06see212

Subayların sayı artır, biznes üçün YENİ BAZAR yaranır

28 Avqust 2026 15:40see195

“Mançester Siti”dən “Kristal Pelas”a 4 qol: Haland və Şerki dubl etdi VİDEO

29 Avqust 2026 01:33see195

Qardaşının pasportu ilə 15 günlük getdiyi ölkədə 33 il sonra tutuldu

29 Avqust 2026 03:52see194

Bu tələbələr təhsil kreditindən yararlana biləcək RƏSMİ

28 Avqust 2026 11:58see193

Yorğunluq və unutqanlığın səbəbi...

28 Avqust 2026 15:56see192

“Siyasi iradənin nəticəsində Özbəkistan daha açıq ölkəyə çevrilib” Mirziyoyev

28 Avqust 2026 20:13see192

Pezeşkian: İran qonşu və region ölkələri ilə diplomatiyanı gücləndirməlidir.

29 Avqust 2026 03:52see186

Sinir sistemini dəstəkləyən yeddi ən yaxşı meyvənin adı açıqlandı

28 Avqust 2026 21:28see185

Milan A Seriyasında ardıcıl ikinci qələbəsini qazandı

29 Avqust 2026 01:42see182

Şənbə üçün nəzm

29 Avqust 2026 09:16see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri