Icma.az
close
up
RU
Dünya yeni pandemiyaya hazır deyil

Dünya yeni pandemiyaya hazır deyil

Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.

“Dünya yeni pandemiyaya həm hazırdır, həm də hazır deyil”.

Turkustan.az Anadolu Agentliyinə istinadla xəbər verir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus 2024-cü ildə səhiyyə sahəsində baş verən qlobal hadisələr və gələcək perspektivlər barədə BMT-nin Cenevrə ofisində jurnalistlərə açıqlamasında deyib.

O, səhiyyə sahəsində əldə olunan uğurlardan bəhs edərək, 2024-cü ildə doqquz ölkənin bəzi xəstəliklərdən tamamilə azad olunduğunu, Afrikanın 17 ölkəsinə 12 milyondan çox malyariya peyvəndinin çatdırıldığını və 150 ölkədə siqaret istifadəsinin azaldığını vurğulayıb. Bildirib ki, bu nailiyyətlər səhiyyə siyasətinin və beynəlxalq əməkdaşlığın əhəmiyyətini bir daha nümayiş etdirir.

ÜST-ün baş direktoru Qəzza, Sudan və Ukraynada davam edən münaqişələrin səhiyyə infrastrukturuna ciddi zərbə vurduğunu bildirib. Təşkilatın qeydlərinə əsasən, son bir il ərzində səhiyyə xidmətləri 1370 dəfə hücuma məruz qalıb. Nəticədə 805 nəfər həlak olub, 1545 nəfər isə yaralanıb. Suriyada isə Hələb və İdlib şəhərlərində səhiyyə müəssisələrinə qarşı 19 hücum baş verib. Bu hücumlar səhiyyə sisteminə ağır zərbə vurub, nəticədə səhiyyə xidmətlərinin göstərilməsi məhdudlaşıb.

O, Suriyadakı inkişafın müəyyən ümid doğurduğunu bildirsə də, məcburi köçkünlərin və ölkəyə qayıdan insanların səhiyyə sisteminə yeni yük gətirdiyini qeyd edib. Suriyada xəstəxanaların üçdə ikisinin fəaliyyətsiz olması ölkədə səhiyyə xidmətlərinin keyfiyyətini müəyyən dərəcədə aşağı salıb.

T.A.Qebreyesus yeni pandemiyanın ortaya çıxması ehtimalının yüksək olduğunu və dünyanın bu təhlükəyə tam hazır olmadığını vurğulayıb. Onun sözlərinə görə, COVID-19 pandemiyasından öyrənilən dərslərə baxmayaraq, bəzi zəifliklər hələ də mövcuddur: “Bu zəifliklərin aradan qaldırılması məqsədilə Dünya Bankı və ÜST-ün Pandemiya Fondu yaradılıb. Bununla yanaşı, yerli dərman və peyvənd istehsalına üstünlük verilməsi kimi təşəbbüslər həyata keçirilir. Lakin dünya əhalisinin yarısının əsas səhiyyə xidmətlərinə çıxışı yoxdur və 2 milyard insan səhiyyə xərclərinə görə maliyyə çətinliyi yaşayır. Qlobal səhiyyə sistemində davamlı islahatlar zəruridir”.

ÜST rəsmisi dünyada yeni və mövcud yoluxucu xəstəliklərin yayılma vəziyyəti barədə də məlumat verib. O, Afrikada “M-pox” virusunun, Ruandada Marburq virusunun və quş qripinin yayılma hallarını xüsusi qeyd edib. Həmçinin Ruandada baş verən naməlum xəstəliklə bağlı narahatlığını ifadə edərək, 416 yoluxma halından 31-nin ölüm ilə nəticələndiyini, ölənlərin əksəriyyətinin 14 yaşdan kiçik uşaqlar olduğunu bildirib. Bundan başqa, vəba və qızılca hallarının artması, 1990-cı ildən etibarən böyüklər arasında şəkərli diabetə tutulma hallarının dörd dəfə artması da qlobal səhiyyə sisteminin üzləşdiyi çağırışlar sırasındadır.

T.A.Qebreyesus COVID-19 virusunun keçmişdə qalmadığını vurğulayıb. 2024-cü il ərzində hər həftə orta hesabla 1000 nəfərin COVID-19 səbəbilə həyatını itirdiyini və son beş ildə dünyada ümumilikdə 7 milyon insanın bu xəstəliyin qurbanı olduğunu bildirib. /Modern.az/

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 12 Dekabr 2024 09:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see383

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see357

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see340

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see286

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see283

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see253

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see249

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see233

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see210

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see208

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see202

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see200

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see191

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see187

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see187

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see177

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see177

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see176

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see172

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri