DünyaAfina “ən pis ssenari”yə hazırlaşır: Ərdoğan Mitsotakis görüşündə nə baş verəcək?
Hurriyyet saytından alınan məlumata görə, Icma.az bildirir.
Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə fevralın 11-də Türkiyəyə səfər edəcək. Bu xəbər Yunanıstan mətbuatında narahatlığa səbəb olub.
Publika.az xəbər verir ki, "Capital" nəşrinin yazarı Agis Veroutisin sözlərinə görə, 11 fevral görüşünün əsas gündəmi risklərin idarə edilməsi mexanizmi olacaq.
"Afinanın Ankara üçün gündəmi aydındır: kontinental şelf və eksklüziv iqtisadi zona. Digər tərəfdən, Türkiyə bunu Egey dənizindəki iddialarını yenidən yerləşdirmək üçün bir fürsət kimi görür. Bu yanaşma görüşün əhatə dairəsini genişləndirir və Ankara üçün daha çox manevr imkanı yaradır", - o qeyd edib.
Veroutis görüşdən sonra baş verə biləcək 5 mümkün ssenariyə diqqət çəkib: “Birinci və ən çox ehtimal olunan ssenari texniki komitələrin yenidən aktivləşdirilməsini və bəzi ümumi birgə bəyanatlarla “sakit suların” yaradılmasını əhatə edir. İkinci ssenari dəniz zonaları üçün zaman xətti yaratmaq kimi konkret addımların atılmasıdır.
Üçüncü ssenari Ankaranın diplomatik təsirindən istifadə etməsini, Afinanın isə geri çəkilməsini nəzərdə tutur. Dördüncü ssenari çoxsaylı kiçik əməkdaşlıq müqavilələrini əsas məsələlərdə strateji durğunluqla birləşdirir və çətinliklər aylar sonra yenidən ortaya çıxır. Beşinci ssenari, yeni NAVTEX yayımları və Türkiyədən daha sərt ritorika ilə gərginliyin sürətlə geri dönməsidir. Bu isə, heç vaxt istəməyəcəyimiz ən pis ssenaridir".
Verutis son olaraq qeyd edib ki, Afina İsrail və Cənubi Kipr ilə müdafiə üçlüyünü gücləndirmək üçün intensiv səylər göstərir. O, güc münasibətlərini yenidən qurur və Ankaraya strateji dərinliyə və seçimlərə malik olduğu mesajını göndərir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 06 Fevral 2026 12:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















