Icma.az
close
up
RU
TAPın genişləndirilməsini dəstəkləməyə hazırıq Mitsotakis

TAPın genişləndirilməsini dəstəkləməyə hazırıq Mitsotakis

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yunanıstan Trans-Adriatik Boru Qaz Kəmərinin (TAP) genişləndirilməsini dəstəkləməyə hazırdır.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bunu Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis Bakıda keçirilən COP29-da Yunanıstan pavilyonunun rəsmi açılış mərasimində bildirib.

“Mən, 2019-cu ildə Baş nazir vəzifəsinə təyin olunanda, regional enerji təhlükəsizliyinin təmin edilməsi üçün strateji öhdəlik götürdüm. 2020-ci ilin sonunda Azərbaycandan Yunanıstana, İtaliyaya, Bolqarıstana və Cənub-Şərqi Avropaya qaz nəqli həyata keçirən TAP-ı açdıq”, – Baş nazir bildirib.

Onun sözlərinə görə, Yunanıstan lazım gələrsə, TAP-ın genişləndirilməsini dəstəkləməyə hazırdır: “Biz, həmçinin gələcəyə baxırıq, bilirik ki, bugünkü qaz infrastrukturu gələcəkdə müəyyən bir mərhələdə hidrogen infrastrukturuna çevrilə bilər. Belə bir keçid üçün təməl qoymalıyıq. Amma düşünürəm ki, yadda saxlamalı və diqqət yetirməli olduğumuz Şaquli Qaz Dəhlizinin başqa bir aspekti də var. Mən elektrik enerjisini nəzərdə tuturam”.

Xatırladaq ki, 2022-ci ildə Bolqarıstanın ICGB AD, “Bulgartransgaz EAD”, “Yunanıstanın DESFA S.A.”, “Gastrade S.A.”, Macarıstanın FGSZ LTD və Rumıniyanın “SNTGN TRANSGAZ S.A.” şirkətlərinin nümayəndələri Yunanıstanın Afina şəhərində Anlaşma Memorandumunun yenilənməsi haqqında saziş imzalayıblar.

Qəbul edilmiş sənəd Bolqarıstan, Yunanıstan, Rumıniya və Macarıstan qaz şəbəkələrini birləşdirəcək və təbii qazın nəqlinə imkan verəcək Şaquli Qaz Dəhlizinin yaradılması üzrə şirkətlər arasında əməkdaşlığa yönəlib. İGB Şaquli Qaz Dəhlizi layihəsinin inkişafının əsas hissəsidir. Qaz kəməri Yunanıstan və Bolqarıstanın ötürücü şəbəkələrini birləşdirir, Trans-Adriatik Qaz Boru Kəməri (TAP) ilə birbaşa əlaqəni təmin edir və beləliklə, Bolqarıstanı Cənub Qaz Dəhlizinin bir hissəsinə çevirir.

Qeyd edək ki, Azərbaycan 2020-ci il dekabrın 31-dən Avropaya qaz ixracına başlayıb. 2023-cü ildə Azərbaycan qazının Avropaya tədarükü 11,8 milyard kubmetr təşkil edib. 2024-cü ildə Azərbaycan qazının Avropaya tədarükünün 12,5 milyard kubmetr səviyyəsində olacağı planlaşdırılır. TAP 2026-cı ilin əvvəlindən illik nəqliyyat gücünü 1,2 milyard kubmetr artıracaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 13 Noyabr 2024 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see423

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see415

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see291

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see272

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see261

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see254

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see252

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see249

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see246

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see231

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see219

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see215

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see213

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see211

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see208

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see206

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see205

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see202

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see202

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri