Icma.az
close
up
RU
Dünyada 50 yaşdan aşağı insanlarda bağırsaq xərçəngi artmaqdadır KONKRET

Dünyada 50 yaşdan aşağı insanlarda bağırsaq xərçəngi artmaqdadır KONKRET

Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Dünyada 50 yaşdan kiçik insanlarda bağırsaq xərçəngi diaqnozu artır.

KONKRET.az xəbər verir ki, “Lancet Oncology”də dərc olunan araşdırmaya görə, bağırsaq xərçəngi nisbətlərinin ən sürətlə artdığı ölkələr arasında Yeni Zelandiya və Çili var.

Tədqiqat Avropa və Şimali Amerikadan Asiya və Okeaniyaya qədər bir çox bölgədə gənc yetkinlərdə erkən başlanğıc bağırsaq xərçənginin artdığını ortaya qoyur.

Bu artım araşdırılan 50 ölkədən 27-də müşahidə edilib. Ən yüksək illik artım nisbətləri Yeni Zelandiya (4 faiz), Çili (4 faiz), Puerto Riko (3,8 faiz) və İngiltərədə (3,6 faiz) müşahidə olunub.

Səbəblər və təsirlər

Mütəxəssislər bu artımın səbəblərinin hələ də tam aydınlaşdırılmadığını, lakin qeyri-sağlam qidalanma, fiziki hərəkətsizlik və piylənmə kimi faktorların mühüm rol oynaya biləcəyini bildirirlər.

Amerika Xərçəng Cəmiyyətinin elmi işçisi Hyuna Sung bildirib ki, “Bu artım ilk növbədə yüksək gəlirli Qərb ölkələrində müşahidə edilib, lakin indi müxtəlif iqtisadi və coğrafi regionlarda da mövcuddur”.

Maarifləndirmə və qarşısının alınması strategiyaları vacibdir

Tədqiqatçılar vurğulayırlar ki, xərçənglə mübarizə üçün yeni üsullar inkişaf etdirilməlidir. Pəhriz vərdişləri, fiziki hərəkətsizlik və artıq çəki ilə əlaqəli xərçənglərin qarşısını almaq və nəzarət etmək üçün innovativ vasitələrə ehtiyac var.

Həmçinin qeyd edilir ki, gənc fərdlər xəstəliyin əlamətlərinə daha çox bələd olmalıdırlar. Bu simptomlara rektal qanaxma, qarın ağrısı, bağırsaq vərdişlərində dəyişiklik və səbəbsiz kilo itkisi daxildir.

Böyük Britaniyanın Xərçəng Araşdırmaları Baş Direktoru Mişel Mitxell qeyd edib ki, gənclərdə bağırsaq xərçəngi nisbətləri hələ də aşağıdır, lakin artan tendensiyanın səbəblərini ciddi araşdırmaq lazımdır.

Qeyd edək ki, tədqiqat məlumatları yalnız 2017-ci ilə qədər olan dövrü əhatə edir və bütün əhalini təmsil etməyə də bilər.

Bu tipli məlumatlar ehtiyatla şərh edilməlidir.

Tədqiqatçılar vurğulayırlar ki, gənc fərdlərin məlumatlılığını artırmaqla diaqnozun qoyulmasında gecikmələrin qarşısını almaq və xəstəlikdən qaynaqlanan ölüm nisbətlərini azaltmaq mümkün ola bilər.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:242
embedMənbə:https://konkret.az
archiveBu xəbər 12 Dekabr 2024 13:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see357

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see356

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see346

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see344

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see333

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see327

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see315

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see310

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see308

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see305

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see297

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see294

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see288

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see275

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see265

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see256

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see242

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see236

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see233
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri